Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1086/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında X2 protokolu tərtib etmiş şəxs: Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15/5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri üzrə tərtib olunmuş 28.03.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində sürücülük hüququ olmadan “Daewoo Nexia” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında hərəkətə başlayıb sola manevr edərkən sol tərəfi ilə hərəkətdə olan, X1 idarə etdiyi “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sonununcu maşına zərər yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, Şəxs yol hərəkəti qaydalarının pozulması ilə bağlı əvvəllər ona yazılmış cəriməni ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə təqsirli bilənərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Buna baxmayaraq o, 22 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində “Daewoo Nexia” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında hərəkətə başlayıb sola manevr edərkən sol tərəfi ilə hərəkətdə olan, X1 idarə etdiyi “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sonununcu maşına zərər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 22 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Daewoo Nexia” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında hərəkətdə olarkən sola manevr edən zaman sol tərəfi ilə hərəkətdə olan “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Təqsir onun özündə olmuş, çünki hərəkət üstünlüyü digər avtomobildə idi. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququnün məhdudlaşdırılmasına səbəb olmuş cəriməni də 25.03.2022-ci il tarixdə ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cəriməni ödəyə bilməyəcək. Ona aşağı həddə həbs verilməsini xahiş edir. İş materiallarında olan: 28.03.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, 22 mart 2022-ci il tarixdə, saat 17:30 radələrində Nəsimi rayonu, C.Cabbarlı meydanında Şəxs idarə etdiyi “Daewoo Nexia” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlayıb sola manevr edərkən sol tərəfi ilə hərəkətdə olan “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşur; 09.07.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Şəxs “Daewoo Nexia” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 3(006)-301/2022 saylı qərarına əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə deyil, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqdədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1086/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1086/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver