Məhkəmə qərarları › İş №3(006)-1088/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1088/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1088/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MTK-nın Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş materiallar Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Yasamal rayon prokuroru Elman Süleymanovun 06 yanvar 2023-cü il tarixli qərarına əsasən, Şəxs MTK tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) olmadan fiziki şəxslər X3, X5, X2 və X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bununla da, Şəxs MTK Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon prokurorunun böyük köməkçisi E.E.Bəşirli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı müdafiə edərək Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi və vəkili K.Ə.Ələkbərov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs MTK barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsluliyyətə cəlb etmə müddətinin başa çatması ilə əlaqədar xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vətəndaşlar Q.F.Fərzəliyev, E.F.Rzayev və digərləri 16 noyabr 2022-ci il tarixdə Yasamal rayon prokurorluğuna müraciət edərək əmək müqaviləsi bağlamadan Şəxs MTK-da işlədiklərini bildirərək maaşlarının ödənilməməsini bildirmiş və kömək göstərilməsini xahiş etmişlər. Göründüyü kimi inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və inzibati tənbeh tətbiq edilməsi üçün qanunla müəyyən edilmiş üç aylıq müddət xx.xx.2022-ci il tarixdə başa çatmışdır. “Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən AR İXM-nin 38.1-ci maddəsinin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,“ sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. İnzibati xəta haqqında qərar subyektin inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutursa, inzibati tənbehin verilməsi inzibati xəta haqqında iş üzrə müvafiq məhkəmə qərarının qəbul edilməsi ilə başa çatır. Beləliklə subyektin barəsində inzibati tənbehin verilməsi üçün qanunla müəyyən edilmiş üç aylıq müddət, xətanın törədildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə müvafiq məhkəmə qərarının qəbul edildiyi gün arasında yaranan prosessual müddəti ifadə edir. Göstərilənlərə əsasən 16 noyabr 2022-ci il tarixə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi tətbiq edilməqlə Şəxs MTK barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Q.F.Fərzəliyevin, E.F.Rzayevin 15 noyabr 2022-ci il tarixli, Ə.H.İsgəndərovun və H.İ.Əsədovun 29 noyabr 2022-ci il tarixli Yasamal rayon prokurorluğuna ünvanladıqları ərizələrin və izahatların surətlərindən görünür ki, Şəxs MTK-da usta kimi fəaliyyət göstərmişlər, MTK-nın rəhbərliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq onlarla əmək müqaviləsi bağlanılmamış və 3-4 aya yaxındır ki 15 noyabr 2022-ci il tarixədək gördükləri iş üçün əmək haqqıları ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MTK-nın hüquqi ünvanı ünvan 2rında olan Yasamal rayon prokuroru E.Süleymanovun 06 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72, mənzil 10 olan Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 23 dekabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs MTK tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri ilə bağlı məlumatların təqdim edilməsi barədə Yasamal rayon prokurorunun 13 dekabr 2022-ci il tarixli 168-ş-22 nömrəli məktubuna X9 Xidmətində baxılmışdır. Məktubda qeyd olunan şəxslərin adına Şəxs MTK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən əmək hüquqları əleyhinə olan inzibati xətalara dair inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci“bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmçinin 02 dekabr 2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən əmək hüquqları əleyhinə olan inzibati xətalara dair inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci“üç”ay keçənədək verilə bilərdi. Azərbaycan Respublikasının İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaşlar Q.F.Fərzəliyev və E.F.Rzayev 15 noyabr 2022-ci il tarixdə Yasamal rayon prokurorluğuna müraciət edərək Şəxs MTK-nın rəhbərliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq onlarla əmək müqaviləsi bağlanılmamasını və 15 noyabr 2022-ci il tarixədək olan 3-4 aya yaxın müddət ərzində gördükləri iş üçün əmək haqqlarını ödənilməməsini bildirmiş və həmin müraciət əsasında Yasamal rayon prokuroru E.Süleymanov 06 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. Hazırda məhkəmə hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və 02 dekabr 2022-ci il tarixədək qüvvədə olan həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi inzibati xətanın törədilmə vaxtı inizbati xətanın aşkar edildiyi, yəni Şəxs MTK-da usta işləyən Q.F.Fərzəliyevin, və E.F.Rzayevin əmək müqavilərinin olmaması və işlədikləri dövr üçün əmək haqqı almamaları ilə bağlı şikayət ərizələrinin Yasamal rayon prokurorluğuna daxil olduğu 16 noyabr 2022-ci il tarixidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçilər ərizələrini Yasamal rayon prokurorluğuna 15 noyabr 2022-ci il tarixdə vermələrinə baxmayaraq həmin ərizələrdə əmək hüquqularının pozulmasının 3-4 ay əvvəldən baş verdiyini qeyd etmişlər. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, törədilmiş xəta uzanan inzibati xətalara aid olduğundan inzibati xətanın törədilmə vaxtı inizbati xətanın aşkar edildiyi yəni Q.F.Fərzəliyevin və E.F.Rzayevin ərizələrinin 16 noyabr 2022-ci il tarixdə Yasamal rayon prokurorluğuna daxil olduğu vaxtdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan“hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)“inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və hazırki inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti yəni üç ay keçdiyindən həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar