Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1088/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının vəkili Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının iştirakları ilə, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X16 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN № ******* nömrəli, 28 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X11 ödənilməlidir. Nəticədə Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt icra sənədi üzrə yığılmış 8000 manat aliment borcunun ödənilməməsi, icra məmurunun qanuni tələblərini icra etməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X13 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 xeyrinə verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X16 olmuşdur. Tərəfimizdən borclu Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının borcunun ödəyəcəyi ilə bağlı iltizamda alınmışdır. Borcundan hazırda 400 (dörd yüz) manat ödəniş olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı izahatında bildirdi ki, icra sənədindən məlumatlıdır. Hazırda sağlamlığı ilə əlaqədar olaraq borcu tam şəkildə ödəməyə imkanı yoxdur. İcra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəyini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının vəkili X15 borclunun yeni ailə həyatı qurmasını və müvəqqəti olaraq işləmək imkanının olmadığını bildirdi. Həmçinin borclunun qısa zaman ərzində borcunu hissə-hissə ödəyəcəyi vəkil tərəfindən qeyd edildi. Göstərilənləri nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X14 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu uzun müdətdir ki, nə aliment ödəyir, nə də uşaqlarını görür. Sonuncu dəfə aramızda olan telefon danışığında uşaqları görmək istədiyini bildirmiş, lakin təyin olunan görüş yerinə gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qətnaməsinin icra olunmasını, borcun ödənilməsini tələb edərək Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görnür ki, cavabdeh Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızından 18 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 xeyrinə verilməsi qərara alınmışdır. - “Xudafərin-54” firmasına məxsus olan “Xudafərin” şadlıq sarayının direktoru və baş mühasibi tərəfindən 2022-ci il tarixində verilən arayışa əsasən Şəxs həmin tarixlərdə “Xudafərin-54” firmasına məxsus olan “Xudafərin” şadlıq sarayında işəmuzd gündəlik əmək haqqı 20 (iyirmi) manat olmaqla, aşpaz-soyuq yeməkləri hazırlayan vəzifəsində çalışmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X16 tərəfindən tərtib olunan 02 noyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hal şahidləri X3 və X12 iştirakları ilə boclu Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş və həmin ünvanda aşkar edilməmişdir. - xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X9 qərarına əsasən borclu xx.xx.1990-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elaan edilmiş və qərar icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X16 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı MN seriyalı 1062497, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5254/2021-013 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X11 ödənilməlidir. Nəticədə Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu faktı icra sənədi üzrə yığılmış 2600 manat aliment borcunun ödənilməməsi təsdiq edərək, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən icra məmuru tərəfindən məcburi icra müddətində bütün lazımi icra tədbirlərin, o cümlədən borclunun gəlirlərinin, pul vəsaitləri və başqa sərvətlərinin aşkar olunması üzrə görülmüş tədbirlər barədə müvafiq məlumatların təqdim edilməməsi, həmçinin X1 əmək müqaviləsinə əsasən “Xudafərin-54” firmasında aşbaz və fərdi sahibkar X4 ofisiant işləyərək hər iş yerindən 300 (üç yüz) manat əmək haqqı alması ilə əlaqədar olaraq Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* seriyalı inzibati xəta haqqında” protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmışıdr. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızına cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçi – 38 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qurbanova (Hüseynova) Zeynəb Hüseyn qızının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1088/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1088/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver