Məhkəmə qərarları › İş №3(006)-1093/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1093/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1093/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5, Barəsində icraat aparılan «X11 Sanayi ve Ticaret hüquqi şəxs: Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X9 oğlunun iştirakları ilə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 6, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi üzrə tərtib olunmuş 09.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi mülkiyyətində olan «Mitsubishi L 200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.02.2022-ci il tarixdə, saat 09:27-də idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi nümayəndəsi X6 izahatında göstərdi ki, şirkətə Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş sorğuda qurumun mülkiyyətində olan «Mitsubishi L 200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.02.2022-ci il tarixdə, saat 09:27-də kim tərəfindən idarə olunması barədə məlumatın verilməsi xahiş olunmuş, onlar tərəfindən də bu maşını səhvən olaraq X3 tərəfindən idarə edilməsi barədə 21.02.2022-ci il tarixdə məktub göndərilmişdir. Halbuki, sonradan müəyyən etmişlər ki, həmin avtomobili qeyd olunan vaxtı X4 idarə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhər Xətai Rayon Dövlət X10 məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən cəmiyyətə məxsus «Mitsubishi L 200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07.02.2022-ci il tarixdə, saat 09:27-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuşdur; - Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhər Xətai Rayon Dövlət X12 ünvanlanmış 21.02.2022-ci il tarixli məktubda 07.02.2022-ci il tarixdə, saat 09:27-də «Mitsubishi L 200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 (sürücülük vəsiqəsi AB 427407) idarə etdiyi göstərilmişdir; - Müvafiq informasiya sistemindən əldə edilmiş çıxarışa görə X1 AB 427407 saylı sürücülük vəsiqəsinin müddəti 17.10.2021-ci il tarixdə bitmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi mülkiyyətində olan «Mitsubishi L 200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 07.02.2022-ci il tarixdə, saat 09:27-də idarə etmək üçün həmin vaxta idarəetmə hüququ olmayan, sürücülük vəsiqəsinin müddəti bitmiş şəxsə - X2 vermişdir. İşlə bağlı şirkətin nümayəndəsinin məhkəmədə gətirdiyi dəlil isə heç bir tutarlı sübutlarla təsdiq edilmir və məhkəmə bu cür izahatı məsuliyyətdən yayınmaq məqsədinin güdülməsi kimi qiyməttləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar