Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1093/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X2 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 445.1 və 447.0.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 445.1 və 447.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən «Vətən» restoranında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yekun məbləğə əlavənin (artırmanın) hesablanması nəticəsində vətəndaşdan əlavə vəsait alınmış, həmçinin, restoranda istifadə olunan menyu düzgün tərtib olunmamış, bununla da Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İXM-nin 445.1 və 447.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaşın şikayəti əsasında tərəflərindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, menyunun düzgün tərtib olunmamasına görə vətəndaşdan əlavə vəsait alınmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əndinə əsasən, Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Lakin belə bir məlumatlar əvvəlcədən vətəndaşa bildirilməmişdir. Daha sonra, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xətanın aşkar olunması qəbzin alındığı vaxtdan deyil, onların aşkar etdikləri tarixdən hesablanır. Çünki, hazırki inzibati xəta davam edən xətadır. Vətəndaş tərəfindən onlara təqdim edilən menyuda servis haqqı barədə məlumat göstərilməmiş və bu məlumat hələ də menyuya əlavə edilməyib. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığından hüquqi nəticəsi yoxdur. Əsas: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən “Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddənin xidmətin göstərildiyi vaxt qüvvədə olduğu dövrdə (8 noyabr 2022-ci ildəki) mətni: 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7) ilə 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Göründüyü kimi xidmətin göstərildiyi iddia edilən vaxt, yəni 8 noyabr 2022-ci ildə bu növ inzibati xətalara görə hadisənin baş verdiyi vaxtdan 3 ay ərzində inzibati tənbeh verilə bilərdi. Həmin maddəyə sonradan edilmiş dəyişiklik nəticəsində isə müddət 4 aya qaldırılmışdır. Qanuna edilmiş bu dəyişiklik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Aqşin Məmmədlinin 21 noyabr 2022-ci il tarixli müraciətdəki ittihamlar (spirtli içkiyə görə 20 manat cərimə, göstərilən xidmətə görə 1096 əlavə haqq) təsdiqini tapmır. Müraciət edən hadisələri təhrif etmiş və guya xəbərsiz olduğunu demişdir. Halbuki onun əvvəlcədən bu barədə məlumatı olmuşdur. Məlumat masanın üzərindəki menyularda öz əksini tapmış, habelə müştərilərə masada əyləşərkən və sifariş verməzdən əvvəl əlavə məlumat verilmişdir. Əgər bəyənmirdisə onda sifariş verməzdi. Özü ilə gətirdiyi spirtli içkini açmazdı. Sübutları isə menyular təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında iş üzrə tərəflərin izahatları ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Aqşin Məmmədlinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və sair orqanlara müraciət məktubunun surətindən görünür ki, Bakı şəhəri, Tbilisi pr 60 ünvanında yerləşən “Vətən” adı altında fəaliyyət göstərən restoranın bir neçə ildir ki, daimi müştərisi kimi davamlı şəkildə göstərdikləri xidmətlərdən xx.xx.2022-ci il tarixədək yararlanmışdır. Lakin son dövr ərzində restoran rəhbərliyi tərəfindən qanunsuzluqlar onu öz hüquqlarının müdafiəsi məqsədi ilə məcbur etmişdir ki, onlara müraciət etsin. Belə ki, (yalnız sonuncu qəbzləri saxladığımdan) xx.xx.2022-ci il tarixdə təqdim olunan xidmətlərin əvəzinin ödənilməsi üçün tərtib edilmiş qəbzdə xidmət haqqı üçün 5.01% “artırma” adı altında əlavə məbləğ hesablanmışdır. Bunun səbəbini örgəndikdə bu “servis haqqı”dır deyə məlumat verilmişdir. Bununla razılaşaraq ödəniş etmişdir. Lakin üzərindən 10 gün sonra yəni xx.xx.2022-ci il tarixdə eyni məkanda göstərilən xidmətlərə görə 10% “artırma” adı altında əlavə məbləğ hesablanmışdır. Bunun səbəbini aydınlaşdırmaq məqsədi ilə restoranın adminstratorunu cağırdıqda hal-hazırda nə adminstrator var, nədə müdiriyyət deyə məlumat vermişlər. Xidmət göstərən ofisiantlar bu faiz dərəcəsinin rəhbərlikləri tərəfindən müəyyən edildiyini bildirmişlər. Sual verdikdə isə bir neçə gün öncə 5 faiz olan xidmət haqqı hansı əsasla bu gün 10 faiz olduğunu örgəndikdə cavablarından belə qənaətə gəlmək olar ki, el arasında “damara baxıb qan alırlar” məsələsinə bənzədi. Eyni zamanda spirtli içki gətirdikləri üçün 20 (iyirmi) manat cərimədə tətbiq ediblərmiş. Bundan sonra bununla bağlı şikayət və pretenziya müraciətləri bütün sosial şəbəkələrdə özlərinə yazsa da oxuyaraq cavab yazmaqdan imtin etmişlər. İşçi heyyəti arasında olan ofisiantların bəziləri ümumiyyətlə heç rəsmi qeydiyyata alınmadan çalışmaqdadırlar. Əlavə olaraq bildirir ki, “instaqram” sosial şəbəkələrində yerləşən rəsmi “Vətən restoranının səhifəsində “Menu” bölməsində ki, qiymətlərlə qəbzin üzərindəki, qiymətlərdə fəqr var, hətda özlərinin təqdim etdiyi “menu” da göstərilən yeməklərin qiyməti ilə qəbz arasında böyük fərq var. Buda insanların aldadılması və qanunsuz reklama gətirib çıxararaq istehlakçıların hüquqları kobud şəkildə pozulmaqdadır. İnsanları aldadaraq əldə etdikləri qazancı bu yolla ələ keçirillər. Qeyd olunanları nəzərə alaraq həmin restoranda yoxlama aparılmasına və pozulmuş hüquqlarının bərpasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xidmət haqqı üçün 5,01 % “artırma” adı altında əlavə məbləğ hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, xidmət haqqı üçün 10 % “artırma” adı altında əlavə məbləğ hesablanmışdır. İş materiallarında olan “İnstaqram” sosial şəbəsində «Vətən» restoranına məxsus səhifədən görünür ki, vətəndaşlara təqdim olunan menyuda “artırma” adı altında xidmət haqqı göstərilməmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi menyuda “artıra” adı altında xidmət haqqı göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.1-ci maddəsinə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Aqşin Məmmədlinin müraciəti əsasında Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Aqşin Məmmədlidən xidmət haqqı üçün 5,01 % “artırma” adı altında əlavə məbləğ alınmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Aqşin Məmmədlidən xidmət haqqı üçün 10 % “artırma” adı altında yenidən əlavə məbləğ alınmışdır. Həmçinin, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən “artırma” adı altında alınan xidmət haqqı nə “İnstaqram” sosial şəbəsində «Vətən» restoranına məxsus səhifədə göstərilən menyuda, nə də ki, Şəxs MMC-nin nümayəndəsi təqdim etdiyi menyuda göstərilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, hər iki menyuda qiymət fərqləri mövcuddur. Belə olan halda, Şəxs MMC vətəndaşdan əlavə vəsait almış, həmçinin, restoranda istifadə olunan menyu düzgün tərtib olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 445.1 və 447.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 445.1 və 447.0.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəxs MMC tərəfindən Aqşin Məmmədlidən xidmət haqqı üçün müvafiq olaraq 5,01% və 10 % “artırma” adı altında əlavə məbləğ alması inzibati xəta hadisəsinin törədildiyi gündür. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə (xx.xx.2022-ci il tarixədək olan redaksiya) əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindən hazıradək üç aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 445.1 və 447.0.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114- 115 və 128-129-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 445.1 və 447.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1093/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1093/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver