Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1098/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, onunla X10 arasında 2021-ci ilin iyul ayında şifahi şəkildə razılaşma (şifahi tapşırıq müqaviləsi) olmuşdur. Həmin razılaşmaya əsasən X10 onun Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsində yerləşən şəxsi mənzilində müəyyən növ təmir işlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. X6 isə gördüyü bütün işlərin qarşılığında müəyyən məbləğdə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Aralarında olan şifahi razılaşmaya uyğun olaraq X10 yuxarıda qeyd olunan şəxsi mənzilində müəyyən müddətdə təmir işlərini həyata keçirmiş və həyata keçirdiyi işlərə əsasən əvvəlcədən razılaşdırılmış məbləğdə haqqını almışdır. X2 son tamamlanma işlərini yarımçıq saxlamış, dəfələrlə müraciət edilməsinə baxmayaraq işləri yerinə yetirməkdən boyun qaçırmışdır. Nəticədə başa çatdırılmayan işə görə X6 heç bir haqq ödənilməmişdir. X10 isə bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət etmişdir. 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə MN seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən onun X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər əmək müqaviləsi qüvvəyə minmədən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) törətdiyini qeyd olunmuşdur. Həmin protokol əsasında 14 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, 14 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərar qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməlidir. Bildirir ki, X10 müstəqil peşə fəaliyyətindən irəli gələrək öz razılığı əsasında təmir-tikinti işlərinə cəlb edilmişdir. Bununla bağlı isə aralarında şifahi tapşırıq müqaviləsi olmuş və həyata keçirdiyi bütün işlərin qarşılığında ona əvvəlcədən razılaşdırılmış məbləğdə haqq ödənilmişdir. Bütün bu qeyd olunanlar isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamışdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadan, həmçinin heç bir əsas və sübut olmadan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən təqsirli hesab edilərək cərimə edilməsi tamamilə əsassız və qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun idarəçiliyi altında Şahid və digər şəxslərdən ibarət briqada təşkil edilərək yeni tikili evlərdəki mənzilləri təmir etmişlər. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından vətəndaş Şahid müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında fiziki şəxsə məktub ünvanlanmışdır. X5 məktuba cavab olaraq Şahid ilə aralarında şifahi müqavilə əsasında işlətdiyini, 400 manat borcunun qaldığını bildirmişdir. Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi Şahid əmək müqaviləsi olmadan işə cəlb edildiyi üçün X5 barəsində inzibati tənbeh vermə haqqında qərara qəbul edilmiş və cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, Vüqar Məmmədovun idarəçiliyi altında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4 briqada olaraq təxminən 30-40 mənzil təmir etmişlər. Bu içləri görərkən onunla əmək müqaviləsi bağlanmamışdır. Vüqar Məmmədov onun 5 aylıq əmək haqqısını verməmiş, həmçinin, əlavə gördüyü işlərdən də verəcəkləri qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, Şahid xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 tərəfindən Şahid əmək müqaviləsi olmadan mənzillərin təmiri işinə cəlb edilmişdir. Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1 rəhbərliyi altında təmir işləri görmüş, lakin əmək haqqısını ala bilmədiyi üçün işi yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı Azərbaycan Respublikasının İXMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul etmişdir. Göründüyü kimi X5 tərəfindən inzibati xəta hadisəsi törədildiyi gün xx.xx.2022-ci il tarixidir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN № ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2023-cü il tarixdə, yəni Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə (xx.xx.2022-ci il tarixədək olan redaksiya) əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 38-ci maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan və yaxud vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulan hallardan biri olduqda, inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1098/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1098/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver