Məhkəmə qərarları › İş №3(006)-1099/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1099/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1099/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242081223 nömrəli çıxarışına və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-161/2024 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı (tibb bacısı X7 və rentgenoloq X9) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X10 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı (tibb bacısı X7 və rentgenoloq X9) aşkar edilmişdir. Aşkar olunmuş fakt üzrə Səhiyyə Nazirliyi tərəfindən İXM-nin 215.4-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində X7 Cəmiyyətin işçisi olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində Svetlana Butayevanın əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, X9 “şüa diaqnostika” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi əsasında onları işçisidir, lakin həmin vaxt rentgen kabineti işləməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı (tibb bacısı X7 və rentgenoloq X9) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-28- 1/3-2-161/2024 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Z DENTAL KLİNİK” klinikanın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242081223 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Z DENTAL KLİNİK” klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 137 saylı özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, 1. müəssisədə görülən işlərə dair (lisenziya üzrə) tibbi qeydiyyat sənədləri ARSN-nin təsdiq edilmiş formaları ilə mövcud olsa da, qaydaları ilə tam olaraq aparılmır. Müəssisənin tibi fəaliyyəti üzrə tibbi statistika hesabatlar aparılmış. Təxirəsalınmaz ilk tibbi yardım və anafilaktik şok əleyhinə təlimat “rus” dilində tərtib edilmişdir. Sterilizasiya sahəsində “avtoklav” cihazının iş prinsipinə müvafiq təlimatı, eləcə də dezinfeksiyaedici işçi məhlulun hazırlanmasına dair təlimat tərtib edilməyibdir. “Rentgonoloji” iş üzrə xüsusi icazə və “radioloji” gigiyenik pasport sənədləri yoxlamaya təqdim edilmədi. Havalandırma sisteminə texnikki qulluq barədə təsdiqedici sənəd yoxdur. Müəssisədə “cərrahi stomatoloji” iş üzrə sahənin təşkilinə dair cari olaraq təmir aparılır. Anbar bölmədə temperatura və rütubətə nəzarət vərəqələri tərtib edilməmişdir. 2. Təqdim edilən sənədlər əsasında (müəssisənin işçi heyətinin rəsmi siyahısı, əmək müqaviləsinin bildirişi, xitam sənədləri, və s.) müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktları aşkarlanmışdır. Həkim rentgenoloq X9 və tibb bacısı, assistent X7. Planlı yoxlama ərəfəsində X3 xx.xx.2024-cü il tarixində işdən çıxarılması barədə əmək müqaviləsinin xitam sənədi təqdim edilmişdir. X12 əmək müqaviləsinin bildiriş sənədinə əsasən “baş həkim” vəzifəsində, sertifikasiya şəhadətaməsi isə “üz çənə cərrahiyyəsi” ixtisası üzrədir. X11 da əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. 3. Nöqsan aşkarlanmadı. Qeyd: X6 “şüa diaqnostika” ixtisası üzrə sertifikasiya şəhadətnaməsi təqdim edilmişdir. Həkim rentgenoloq X6 tibbi fəaliyyəti üçün qüvvədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X9 Şəxs MMC-yə xx.xx.2024-cü il tarixədək həkim rentgenoloq vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X12 Şəxs MMC-yə xx.xx.2024-cü il tarixədək baş həkim vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, X12 ilə Şəxs MMC arasında bağlınmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, X7 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixə xitam verilmişdir. İş materiallarında olan AH №041873 sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X2 keçmiş və ona Azərbaycan Respublikasının ərazisində üz-çənə cərrahiyyəsi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan AH №034842 sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X1 keçmiş və ona Azərbaycan Respublikasının ərazisində şüa diaqnostika ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda xx.xx.2024-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMCyə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması qeyd olunsa da, lakin Şəxs MMC-nin sertifikatsız tibb fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, həkim rentgenoloq X6 tibbi fəaliyyəti üçün sertifikatı olmuş, digər iki nəfər işçi, yəni X12 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X7 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Məhkəmə, inzibati işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin edərkən, həkim rentgenoloq X6 tibbi fəaliyyəti üçün sertifikatı olmasını, digər iki nəfər işçi, yəni X12 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X7 ilə əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam veriləsini nəzərə alır. Beləliklə də, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar