Məhkəmə qərarları › İş №3(006)-11/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-11/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-11/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1960-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Xəzər" Gənclərin X3 direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi 06.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə «Xəzər» GETYM-nin direktoru Şəxs Nəsimi Rayon İcra şöbəsinin icraatında olan bir neçə icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 3(006)- 2582/2019-008 nömrəli, 28.11.2019-cu il tarixli icra sənədininə əsasən borclu “Xəzər" Gənclərin X6 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 723.06 ABŞ dolları məbləğinin 25 faizi miqdarında, yəni 180 ABŞ dolları 76 sent məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(81)-813/2019 nömrəli, 10.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 cəmi 11984,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1110/2019 nömrəli, 30.01.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 20.888 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-795/2019 nömrəli, 30.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 cəmi 22530,56 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-17/2020-005 nömrəli, 08.01.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər” Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 50.000,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi - 10.000,00 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1147/2019-005 nömrəli, 25.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu “Xəzər” Gənclərin X6 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 200000 ABŞ dolları məbləğinin 25 faizi miqdarında, yəni 50.000 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-572/2019-007 nömrəli, 24.04.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi yəni, 25000 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 42500 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1410/2019-006 nömrəli, 15.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X2 1975,40 manat məbləğində inzibati cərimə tutularaq Dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 3(006)- 2625/2019-006 nömrəli, 25.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu «Xəzər» Gənclərin X6 (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%i, yəni 40.000 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq. 68.000 (altmış səkkiz min) manat məbləğində inzibati cərimə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-2653/2019-009 nömrəli, 28.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu “Xəzər" Gənclərin X6 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 200000 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 40000 (qırx min) ABŞ dolları məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-551/2020-005 nömrəli, 31.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-475/2019 nömrəli, 17.04.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 20000 ABŞ dolları milli məzənnə ilə 34000 manat inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-18/2020-005 nömrəli, 15.01.2020-ci il tarixli icra sənədinə əsasən borclu «Xəzər» Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 50000,00 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 10000 (on min) ABŞ dolları məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-375/2019-005 nömrəli, 22.04.2019-cu il tarixli icra sənədinə əsasən «Xəzər» Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3321 ABŞ dolları 54 sent, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənəsinə uyğun olaraq, 5646 manat 62 qəpik məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-549/2020-005 nömrəli, 04.06.2020-ci il tarixli icra sənədinə əsasən borclu «Xəzər» Gənclərin X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-164/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 ümumillikdə 6384,43 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2624/2019 nömrəli, 25.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 50000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi -10000 ABŞ dolları məbləğində cərimə edilmiş və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(81)-466/2019 nömrəli, 26.07.2019-cu il tarixli icra sənədinə əsasən cəmi 115130,50 manat məbləğində pul və 30 manat dövlət rüsumu borclu “Xəzər" Gənclərin X2 tutularaq iddiaçı “Grands Motors" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-856/2020-006 nömrəli, 10.08.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 400 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1447/2020-034 nömrəli, 01.12.2020-ci il tarixli icra sənədinə əsasən borclu “Xəzər" Gənclər X2 cəmi 13.537,41 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Aktif Elektrik" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1495/2020-005 nömrəli, 14.08.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər” Gənclərin X1 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1564/2020-022 nömrəli, 18.09.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər” Gənclərin X2 cəmi 8.825 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-632/2021 -015 nömrəli, 25.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu «Xəzər» Gənclərin X2 təbii qazdan istifadəyə görə yaranmış 144146,14 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq "Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805153, VOEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-682/2020-003 nömrəli, 03.12.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 17978.60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qayada icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq borclu hüquqi şəxs «Xəzər» GETYM-nin direktoru Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-2624/2019 saylı, 25.11.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 50000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi -10000 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 11.12.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 186297/2019-5-3 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 2624/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-164/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə “Xəzər" Gənclərin X6 arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı 17.04.2017-ci il tarixli müqavilə üzrə 5940,48 manat, 430,65 manat faiz borcu “Xəzər" Gənclərin X2 tutularaq "xxxx" MMCyə ödənilməli, ödənilmiş dövlət rüsumunun 13,30 manat məbləği “Xəzər" Gənclərin X2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 29.04.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 54143/2020-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-164/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 795/2019 nömrəli, 30.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu "Xəzər" Gənclərin X1 cəmi 22530,56 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 03.09.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 128899/2019-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş e-2-2(81)-795/2019 nömrəli, 30.07.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-2653/2019 saylı, 28.11.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 200000 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 40000 (qırx min) ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 12.12.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e186264/2019-5-33 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 2624/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-475/2019 saylı, 05.04.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti nin 20 faizi miqdarında, yəni 20.000 ABŞ dolları, "Xəzər" Gənclərin X1 20000 ABŞ dolları, milli məzənnə ilə 34000 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 24.04.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 65949/2019-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 475/2019 saylı, 05.04.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1110/2019 nömrəli, 30.01.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X1 20.888 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 13.02.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 24374/2020-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(81)-1110/2019 nömrəli, 30.01.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1564/2020 nömrəli, 18.09.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər” Gənclərin X2 cəmi 8.825 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 18.11.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e198133/2020-5-15-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)- 1564/2020 nömrəli, 18.09.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)-856/2020 saylı, 10.08.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 25.08.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e122872/2020-5-15-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)- 856/2020 saylı, 10.08.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-1495/2020 saylı, 14.08.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 28.10.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e172399/2020-5-15-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 1495/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-813/2019 nömrəli, 10.02.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X1 cəmi 11984,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 04.03.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 28426/2020-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(81)-813/2019 nömrəli, 10.02.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-682/2020 nömrəli, 03.12.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X1 ümumilikdə 17978.60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 29.04.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e72625/2021-1-19 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən verilmiş 2-2(103)-682/2020 nömrəli, 03.12.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-17/2020 saylı, 08.01.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər” Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 50.000,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi - 10.000,00 (on min) ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 24.01.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e13805/2020-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 17/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-572/2019 saylı, 24.04.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi yəni, 25000 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 42500 manat məbləğində inzibati cərimə edilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 15.05.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e74658/2019-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 572/2019 saylı, 24.04.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-1410/2019 saylı, 15.07.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi yəni, 1162 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1975.40 manat məbləğində inzibati cərimə edilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 07.08.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e115336/2019-5-22 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 1410/2019 saylı, 15.07.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-1147/2019 saylı, 25.06.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 25 faizi yəni, 50000 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 13.07.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e101327/2019-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 1147/2019 saylı, 25.06.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)-551/2020 saylı, 31.05.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 17.06.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e75957/2020-5-15-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)- 551/2020 saylı, 31.05.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)-549/2020 saylı, 04.06.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 30.06.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e82304/2020-5-37 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 3(002)- 549/2020 saylı, 04.06.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-2625/2019 saylı, 25.11.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi yəni, 40.000 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 68000 manat məbləğində inzibati cərimə edilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 17.12.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e188478/2019-5-33 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 2625/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-375/2019 saylı, 27.03.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, "Xəzər" Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 3321.54 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 5646.62 manat məbləğində inzibati cərimə edilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 24.04.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e65321/2019-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 375/2019 saylı, 27.03.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-18/2020 saylı, 15.01.2020-ci il tarixli icra vərəqəsindən görünür ki«Xəzər» Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 50000,00 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 10000 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 18.02.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e27731/2020-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 18/2020 saylı, 15.01.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-632/2021 nömrəli, 25.02.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, «Xəzər» Gənclərin X2 təbii qazdan istifadəyə görə yaranmış 144146,14 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq "Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805153, VOEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 05.07.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e136447/2021-5-15 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)- 632/2021 nömrəli, 25.02.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1447/2020 nömrəli, 01.12.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, “Xəzər" Gənclər X2 cəmi 13.537,41 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Aktif Elektrik" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 02.02.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e23578/2021-5-15-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)- 1447/2020 nömrəli, 01.12.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 466/2019 nömrəli, 26.07.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cəmi 115130,50 manat məbləğində pul və 30 manat dövlət rüsumu borclu “Xəzər" Gənclərin X2 tutularaq iddiaçı “Grands Motors" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 17.06.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 74350/2021-5-15-004 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-466/2019 nömrəli, 26.07.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)-2582/2019 saylı, 28.11.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, «Xəzər» Gənclərin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 723,06 ABŞ dolları məbləğinin 25 faizi miqdarında, yəni 180.76 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 12.12.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e186267/2019-5-3 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "Xəzər" Gənclərin X5 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 3(006)- 2582/2019 saylı, 28.11.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, «Xəzər» GETYM-nin direktoru Şəxs yuxarıda qeyd olunan icra vərəqələri üzrə borcu lazımı qaydada ödəməmiş və ona görə də onun barəsində 06.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X14 tərəfindən tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, icra sənədləri üzrə tələb borclu tərəfindən hazırki tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "Xəzər" Gənclərin X3 direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2624/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinin, 3(006)-2653/2019 saylı, 28.11.2019-cu il tarixli icra sənədinin, 3(006)-475/2019 saylı, 05.04.2019-cu il tarixli icra sənədinin, 3(006)-1495/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədinin, 3(006)-17/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinin, 3(006)- 572/2019 saylı, 24.04.2019-cu il tarixli icra sənədinin, 3(006)-1410/2019 saylı, 15.07.2019cu il tarixli icra sənədinin, 3(006)-1147/2019 saylı, 25.06.2019-cu il tarixli icra sənədinin, 3(006)-2625/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinin, 3(006)-375/2019 saylı, 27.03.2019-cu il tarixli icra sənədinin, 3(006)-18/2020 saylı, 15.01.2020-ci il tarixli icra sənədinin, 3(006)-2582/2019 saylı, 28.11.2019-cu il tarixli icra sənədinin, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-856/2020 saylı, 10.08.2020-ci il tarixli icra sənədinin, 3(002)-551/2020 saylı, 31.05.2020-ci il tarixli icra sənədinin, 3(002)-549/2020 saylı, 04.06.2020-ci il tarixli icra sənədinin, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 164/2020 nömrəli, 17.03.2020-ci il tarixli icra sənədinin, 2-2(81)-1110/2019 nömrəli, 30.01.2020-ci il tarixli icra sənədinin, 2-2(113)-1564/2020 nömrəli, 18.09.2020-ci il tarixli icra sənədinin, 2-2(113)-632/2021 nömrəli, 25.02.2021-ci il tarixli icra sənədinin, 2-2(113)- 1447/2020 nömrəli, 01.12.2020-ci il tarixli icra sənədinin, 2-2(113)-1447/2020 nömrəli, 01.12.2020-ci il tarixli icra sənədinin, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-795/2019 nömrəli, 30.07.2019-cu il tarixli icra sənədinin, 2-2(81)- 466/2019 nömrəli, 26.07.2019-cu il tarixli icra sənədinin və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-682/2020 nömrəli, 03.12.2020-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, "Xəzər" Gənclərin X3 direktoru Şəxs məhkəmə qərarlarında göstərildiyi qaydada üzərinə düşən öhdəlikləri icra etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, “Xəzər" Gənclərin X3 direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Xəzər" Gənclərin X3 direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarlarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında “Xəzər" Gənclərin X3 direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, “Xəzər" Gənclərin X3 direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, “Xəzər" Gənclərin X3 direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Xəzər" Gənclərin X3 direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar