Məhkəmə qərarları › İş №3(006)-1100/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1100/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1100/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Tərcüməçi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında “ merikan Büro of Şippinq”in Azərbaycan A iş üzrə icraat aparılan şəxs: Respublikasındakı Nümayəndəliyinin rəhbəri Guy Laureysin iştirakları ilə “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69, İSR plaza, 9-cu mərtəbə, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasında Korporativ dəyişikliklərin qeydiyyata alınması haqqında qərar 40 iş gün ərzində deyil, xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, “Amerikan Büro of Şippinq”in xx.xx.2023-cü il tarixli qərarı ilə “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanının və rəhbərinin məlumatlarında dəyişiklik edilmişdir. Hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklər və bu quruma dair qeydə alınmış faktların sonrakı dəyişikliyi qeydiyyata alınması üçün “Hüquqi X2 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 40 gün müddətində və qaydada Dövlət Vergi Xidmətinə müraciət olunmalıdır. Lakin “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən bu qərar həmin müddər ərzində deyil, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Məhkəmə iclasında “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Guy Laureys izahatında göstərdi ki, “Amerikan Büro of Şippinq”in 05 dekabr 2023-cü il tarixli qərarı ilə Nümayəndəliyin hüquqi ünvanı və rəhbəri dəyişdirilmişdir. Lakin texniki səbəblərdən sənədlərin təsdiqi və ABŞ-dan Azərbaycan Respublikasına çatdırılması uzun müddət tələb etmişdir. Bu səbəbdən də sözügedən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması üçün qanunla müəyyən edilmiş 40 iş günü müddəti Nümayəndəlikdən asılı olmayan səbəblərdən ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq Nümayəndəlik barəsində ən yüngül tənbehin təyin olunmasını xahiş edir. İş materiallarında olan: • “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasında Korporativ dəyişikliklərin qeydiyyata alınması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən həmin tarixdən Rayan Salamati “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbər vəzifəsindən azad edilmiş, X5 rəhbəri təyin edilmiş, Nümayəndəliyin qeydiyyatdan keçmiş hüquqi ünvanı “ünvan 2onu, Nizami küçəsi, ev 69, İSR plaza, 9-cu mərtəbə” ünvanına dəyişdirilmişdir; • “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” xx.xx.2024-cü il tarixli ərizədən və ona əlavələrdən aydın olur ki, “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi dəyişiklik barədə məlumatların qeydiyyata alınması üçün vergi orqanına müraciət etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi tam sübuta yetirilir və buna də görə qurum həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi X2 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə məsuliyyət nəzərdə tutur. “Hüquqi X2 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Bu Qanunun 9.4-cü maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Amerikan Büro of Şippinq”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar