Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1101/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 28.12.1991-ci ildə Şamaxı rayonu, Mədrəsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Mədrəsə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17.04.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus 50-60 manat dəyərində olan 01 ədəd kanalizasiya qapağını oğurluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, 23.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, 17 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində ünvan 1 ünvanının qarşısında olan ona məxsus 50-60 manat dəyərində olan 01 ədəd kanalizasiya qapağının oğurluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Bundan sonra aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində oğurluğun Şəxs tərəfindən törədildiyi müəyyən olunmuş və saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə Şəxs inzibati xətanı törətdiyini etiraf etdikdən sonra barəsində protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 17.04.2021-ci il tarixdə, o, ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus 50-60 manat dəyərində olan 01 ədəd kanalizasiya qapağını oğurluq yolu ilə ələ keçirdikdən sonra satmış və əldə etdiyi məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Onun oğurluq əməlini törətməsinin əsas səbəbi isə işsiz olduğuna görə maddi ehtiyaclarını qarşılamaq üçün pulunun olmaması olmuşdur. Belə ki, Bakı şəhərinə gəldikdən sonra uzun müddət işsiz olduğundan maddi vəziyyəti yaxşı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 23.04.2021ci il tarixdə o, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, 17 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində ünvan 1 ünvanının qarşısında olan ona məxsus 50-60 manat dəyərində olan 01 ədəd kanalizasiya qapağının oğurluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Aparılmış araşdırmalardan sonra Şəxs həmin oğurluq əməlini törətməsi müəyyən olunmuşdur. Halhazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən qəbul edilmiş 26.04.2021-ci il tarixli qərardan görünür ki, 17.04.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus 50-60 manat dəyərində olan 01 ədəd kanalizasiya qapağının oğurluq yolu ilə ələ keçirilməsi faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 25 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1101/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1101/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver