Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-111/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 15; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (01800-00902/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC xx.xx.2023-cü il tarixli **********1010 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 5.894,12 ABŞ dolları (10.020,00 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “M STYLE LLC” şirkəti arasında malların alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq MMC tərəfindən bu şirkətə 5.894,12 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixdə mal göndərilmişdir. Göndərilmiş mallara dair pul vəsaiti “M STYLE LLC” tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Bununla bağlı bank sənədini təqdim edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • xx.xx.2023-cü il tarixli **********1010 saylı gömrük bəyannaməsinə görə Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən “M STYLE LLC” şirkətinin ünvanına xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.020,00 manat dəyərində mallar ixrac olunmuşdur; • 27.10.2023-cü il tarixli raporta görə Şəxs MMC tərəfindən **********1010 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğ 5.894,12 ABŞ dolları (10.020 manat) təşkil edir; • "xxxx" ASC-də olan şəxsi hesabdan çıxarışa əsasən “M STYLE LLC” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10.020,00 manat pul köçürülmüşdür. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “M STYLE LLC” şirkəti arasında malların alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq MMC tərəfindən bu şirkətə xx.xx.2023-cü il tarixdə 10.020,00 manat dəyərində mal göndərilmişdir. Göndərilmiş mallara dair pul vəsaitinin “M STYLE LLC” şirkəti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan bank hesabına 180 gün ərzində, yəni xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Bununla da aydın olur ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********1010 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan 5.894,12 ABŞ dolları (10.020,00 manat) dəyərində vəsait vaxtında köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-111/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-111/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver