Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1112/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 11.01.21-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya - gigiyena və karantin rejimlərinin pozulmasına görə” ona tərtib olunmuş cərimənin detallarını təqdim edir. Qeyd edir ki, Türkiyədə təhsil alması ilə əlaqədar olaraq şəxsiyyətini təsdiq edən sənədi etibarlılıq müddəti bitən anda yeniləyə bilməmişdir. Belə ki, seriya nömrəsi AZE09527592 olan ona məxsus şəxsiyyət vəsiqəsinin etibarlılığı 29.09.2020-ci il tarixində başa çatmışdır. 10.12.2021-ci il tarixdə vətənə qayıtdıqdan sonra Asan Xidmətə şəxsiyyət vəsiqəsinin yenilənməsi ilə əlaqədar müraciət etmiş, 30.12.20-ci il tarixində Asan Xidmət müraciəti qəbul etmiş və 11.01.2021-ci il tarixdə Asan Xidmətdən yeni şəxsiyyət vəsiqəsini təhvil almaq üçün evdən çıxarkən etibarlılığı bitmiş şəxsiyyət vəsiqəsi ilə saat 13:23-də 3 saatlıq SMS icazə alaraq Asan Xidmətə yollanmışdır. Asan Xidmətdə köhnə şəxsiyyət vəsiqəsini təhvil verib yenisini əldə etmiş, icazəsi çərçivəsində yolda olarkən PPX əməkdaşı tərəfindən SMS icazə ilə bağlı yoxlanışa cəlb olunmuş, polis əməkdaşına Asan Xidmətdə olması ilə bağlı onlayn növbə çekini (Qoşma 1) göstərərək, köhnə şəxsiyyət vəsiqəsini artıq təhvil verdiyini bildirmiş, telefonunda olan və hələ də aktiv olan SMS icazəni göstərdikdə polis əməkdaşı yeni şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmiş və bildirmişdi ki, alınan icazədə istifadə olunan seriya nömrəsi təqdim etdiyi sənədin seriya nömrəsi ilə uyğunlaşmır. Mən isə həm köhnə həm də yeni şəxsiyyət vəsiqəsində FİN kodun (60XF03U) dəyişməz qaldığını əsas gətirərək FİN kod əsasında müqayisə aparmasını polis əməkdaşından xahiş etmişdir. Polis əməkdaşı isə dediklərinə məhəl qoymuyaraq əlavə araşdırma məqsədi ilə onun şöbəyə getməli olduğumu bildirmiş, o, şöbədə onun FİN kodların müqayisəsi ilə bağlı müraciətlərini nəzərə almayaraq, ona Karantin qaydalarının pozulmasına görə konstitutsiya haqlarını heçə sayaraq, polis X5 tərəfindən protokol (MN0917961) tərtib olundu və yalnız bundan sonra onu sərbəst buraxdılar. 11.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola 11.01.2021-ci il tarixli MN ******* saylı qərarı qəbul edilmiş, polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilərək qəarar da qanunsuz qəbul edilmişdir. Qərarın nüsxəsini istədiyi zaman verilməmiş, əvəzində isə məhkəməyə şikayətinin protokol əsasında etməli olduğunu bildirdilər. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxlır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, baxılmasının yeri va müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı Şəhər Nəsimi rayon 22-ci Polis bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı olmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati xətalar məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla bərabər qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq haqqında Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində çıxarılmış qərarı Konstitusiya üzrə sahib olduğu hüquq və azadlıqlarımın pozulması kimi qəbul edir və Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X3 tərəfindən 11.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi B.İ.Abdullayev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 22-ci PŞ-yə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11 yanvar 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, B.İ.Abdullayev 11 yanvar 2021-ci il tarixdə, saat 15:32də Nəsimi rayonu, Puşkin və D.Əliyeva küçələrinin kəsişməsi ünvanında icazəsiz olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol vermiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, B.İ.Abdullayev epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, B.İ.Abdullayevin barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, şikayətçi B.İ.Abdullayev həmin tarixdə şəxsiyyət vəsiqəsini yeniləmək məqsədi ilə yaşadığı ünvanı tərk etmiş, həmin vaxt rəsmi olaraq SMS icazə almış və etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsini “Asan Xidmət”-ə təhvil vermiş və yeni şəxsiyyət vəsiqəsini almışdır. Həmin vaxt şikayətçinin icazəsi olmasına baxmyaraq polis əməkdaşı tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi yenilənsə də vətəndaşın fərdi identifikasiya nömrəsi dəyişdirilmədiyindən şəxsin sms icazəsi alıb-almamasını dəqiqləşdirmək mümkün olduğu halda polis əməkdaşı bunu etməmiş və şikayətçinin barəsində əsassız olaraq protokol tərtib etmişdir. Həmçinin müəyyən edilmişdir ki, B.İ.Abdullayevin barəsində Nəsimi RPİ-nin 22-ci PB tərəfindən 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun SMS icazəsi olduğu halda qəbul edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, B.İ.Abdullayevin barəsində 11 yanvar 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında MN ******* protokol tərtib edilərkən vətəndaşın yeni şəxsiyyət vəsiqəsi aldıqda onun fərdi identifikasiya nömrəsini dəyişdirilməməsi nəzərə alınmamışdır. Belə ki, “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2005-ci il tarixli, 92 nömrəli Qərarının 2-ci bəndindən görünür ki, Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində informasiyanı birmənalı tanıdan təkrarolunmaz, dəyişilməz, müvafiq beynəlxalq standartların tələblərinə uyğun təsadüfi seçilmiş müvafiq simvollardan ibarət vahid koddur və həmin şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilir. Həmin Qərarın 8-ci bəndində əsasən Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və B.İ.Abdullayevin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22ci PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1112/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1112/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver