Məhkəmə qərarları › İş №3(006)-1113/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1113/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1113/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş Kayman Adalarının Şəxsı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən Kayman Adalarının Şəxsı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100- 0532/22 saylı, 15.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda xarici şirkətdən göndərilmiş nəqliyyat vasitəsinin gömrük postundan keçməklə gömrük ərazisinə daxil olma tarixi 08 mart 2022-ci il tarixi göstərilməli olduğu halda səhvən 08 avqust 2022ci il tarixi göstərilmişdir. Protokol tərtib olunarkən yanlışlığa yol verildiyi üçün baxılması mümkün deyildir və bu səbəbdən onu tərtib edən orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Beləliklə, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ya digər materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Kayman Adalarının Şəxsın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar