Məhkəmə qərarları › İş №3(006)-1114/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1114/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1114/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 16 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 16 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitar-epidomoloji Xidmətinin 16.04.2021 tarixli EXP1024755 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Din Nəsimi RPİ-nin 22-ci PB onun barəsində 16.04.2021-ci il tarixli EXP ******* saylı protokol tərtib ederək onun fiziki şəxs qismində İXM-in 211.1 maddəsi ilə 400 manat cərimə etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə başlanmış icraata xitam verilməlidir. Qanunun tələbindən göründüyü kimi, o, inzibati xəta hadisəsi ilə razılaşmadığı halda səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edərək onun inzibati qaydada cərimə olunması barədə qərar qəbul etmişdir.Səlahiyyətli vəzifəli şəxsin bu qərarı inzibati xəta hadisəsi olunmadığı halda və ehtimal olunan xətanın mövcudluğunun qəbul etməməsinə baxmayaraq iş üzrə qanunsuz və əsassız olaraq tənbeh tədbiri barədə qərar qəbul edilmişdir. Hesab edir ki, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında qərarı ləğv edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 16.04.2021-ci il tarixli, EXP ******* saylı qərarının ləğv edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.B.Nuruşov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə çağırılmış, həmin zaman ondan portaldan icazə sənədinin surəti və şəxsiyyət vəsiqəsi istənilmiş, o, da həmin sənədləri təqdim etmiş və polislər tərəfindən ona heç bir problemin olmadığı bildirilmişdir. Bundan sonra, o, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən çağırılmış və ona saxta portal açdığı, bərbər işlədiyi halda portala adının kuryer kimi qeydiyyata vurulduğu bildirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən şikayətinin əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan elektron çıxarışdan görünür ki, C.B.Nuruşov 16 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsini törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, C.B.Nuruşovun barəsində 16 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 16 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin izahatından müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, polis əməkdaşlarına bərbər kimi fəaliyyət göstərməsini desə də, elektron portalda onun adı kuryer kimi qeydiyyata düşməsi aşkar edilmiş, kuryer vəzifəsində işləməsi ilə bağlı o, polis əməkdaşlarına heç bir rəsmi sənəd təqdim etməmiş, sadəcə olaraq bundan sonra kuryer kimi işləmək istədiyini bildirmişdir. Göründüyü kimi şəxs bərbər fəaliyyəti ilə məşğul olsa da portalda adı fəaliyyət göstərmədiyi “kuryer” kimi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 16 aprel 2021-ci il tarixli, EXP ******* saylı qərarı qanuni və əsaslı olduğundan C.B.Nuruşovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2021-ci il tarixli, EXP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar