Məhkəmə qərarları › İş №3(006)-1118/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1118/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1118/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Dövlət Miqrasiya tərtib etmiş: Xidmətinin nümayəndəsi X1 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-in nümayəndəsi X6 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəs., Katib Şamilov küçəsi, ev 8, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi üzrə tərtib olunmuş 18.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC iç icazəsi tələb olunduğu halda, belə icazə olmadan Gürcüstan Respublikasının vətəndaşını şirkətdə işə cəlb etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahatında göstərdi ki, Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsi tərəfindən vətəndaşların müraciətləri zamanı aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC iş icazəsi tələb olunduğu halda, belə icazə olmadan Gürcüstan Respublikasının vətəndaşı Kara Mamedovu şirkətdə işə cəlb etmiş, sonuncu özünü şirkətin nümayəndəsi kimi təqdim edərək müxtəlif şəxslərə su filterləri satmış, daha sonra onlar arasında narazılıq yaranmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs “Dinamik Ocean”MMC-nin nümayəndəsi X10 izahatında göstərdi ki, şirkət su filterlərinin satışı, quraşdırılması və onlara xidmətlə məşğuldur. Şirkətin respublikanın bir neçə ərazisində təmsilçiləri mövcuddur. Onların fəaliyyəti xidmət müqavilələri ilə tənzimlənir. "xxxx" MMC-nin Şəki rayonunda təmsil etmək üçün Bəxtiyar Bəxtiyarov adlı şəxslə müqavilə bağlanılmışdır. Şirkətin Gürcüstan Respublikasının vətəndaşı olan Kara Mamedov adlı işçisi yoxdur, nə də ki, belə şəxslə hər-hansı müqavilə bağlanılıb. Əgər hansısa təmsilçi bu şəxsi işə cəlb edibsə, bu zaman məsuliyyəti də o özü daşımalıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma səthi aparılıb. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: ” Şəki şəhər sakinləri X4, X3, X8 və X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış müraciətlərindən aydın olur ki, onlar müxtəlif tarixlərdə su filterləri almış, bu zaman həmin malı satan Qara Məmmədov özünü "xxxx" şirkətinin qrup rəhbəri və nümayəndəsi kimi təqdim etmişdir; ” Mamedov Kara tərəfindən verilmiş izahata əsasən, o, 2020-ci ildə Azərbaycana gəlmiş və Sumqayıt şəhərində ailəsi ilə birlikdə kirayədə qalır. 20.02.2021-ci il tarixdə Qəbələ şəhərinə Bəxtiyar adlı dostunun yanına qonaq getmişdir. Bəxtiyar su filterləri şirkətində işləyir. 25.02.2021-ci il tarixdə Bəxtiyarın işi olduğu üçün ondan xahiş etmişdir ki, Fikrət Məmmədov adlı şəxsin ailəsinə su filteri apar və buna görə ona 300 manat pul veriləcək. O, "xxxx" şirkətində işləmir və heç bir maaş almır; ” Pasportun surətindən görünür ki, Mamedov Kara 10.03.2000-ci il təvəllüdlüdür, Gürcüstan Respublikasının vətəndaşıdır; ” Bakı Apellyasiya Məhkəməsinin 07.06.2021-ci il tarixli, 3(103)-1337/2021 saylı qərarı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi işəgötürən tərəfindən”Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi”alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iş icazəsi”alınmadan əcnəbi olan Gürcüstan Respublikasının vətəndaşı Kara Mamedov işə cəlb edilmişdir. Bununla belə o da müəyyən olunur ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti ötüb. Belə ki, inzibati xəta haqqında protokolda "xxxx" MMC tərəfindən inzibati xətanın törədildiyi vaxt 17.03.2021-ci il tarix göstərilmiş, onun törədildiyi gündən də həmin zaman qüvvədə olan qanuna görə artıq üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.”Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları,”gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları,”xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,”qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,”eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,”hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə,”qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında”qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya”görə”inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin qeyd olunmalıdır ki, 23 fevral 2021-ci il tarixli, 270 nömrəli”Azərbaycan Respublikasının Qanunu”ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddənin ikinci cümləsinə “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri və “qaydalarının” sözündən sonra “, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının” sözləri əlavə edilmiş və bu qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən 12.04.2021-ci il tarixdə imzalanaraq dərc olunmuşdur. Göründüyü kimi, bu qanun qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının”pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddəti 3 ay həddində müəyyən edilmişdir. Hazırkı protokol isə 18 mart 2021-ci il tarixdə tərtib edilmiş və qeyd olunan qanunun 23.02.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, bu normativ hüquqi akt 12.04.2021-ci il tarixdə imzalanaraq dərc olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2 və 11.3-cü maddələrinə görə inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar