Məhkəmə qərarları › İş №3(006)-1118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1118/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1118/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1990-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Zaqatala şəhəri, Bakı prospekti, ev 85-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:20-də idarə etdiyi “Renault Megane” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirmiş, yoxlama zamanı onun nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1118/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-826/2023 saylı qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, rayon məhkəməsinin qərarı ləğv edilmiş, işdə olan natamamlıqların həll edilib aradan qaldırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bu qərarda göstərilmişdir ki, birinci instansiya məhkəməsi Şəxs sözügedən inzibati xətanı törətməsini onun barəsində tərtib olunmuş protokol, ona əlavə edilmiş sənədlər, hadisənin görüntüsünü özündə əks etdirən CD diskə istinad edib tam sübuta yetirildiyi qənaətinə gəlsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin vəzifəli şəxs tərəfindən götürübgötürülməməsini, onun məhkəməyə təqdim edilib-edilməməsini, zərurət yarandıqda predmetə baxış keçirilib-keçirilməməsini məhkəmə iclasında müzakirə etməmiş, habelə normada müəyyən edilən həmin predmetin müsadirə edilməsi məsələsinə münasibət bildirmədən və bununla da iş üzrə yaranan ziddiyyətli halları aradan qaldırmadan natamam material əsasında yekun qənaətə gəlinmişdir. Şəxs apellyasiya icraatında istifadə etdiyi avtomobildə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmədiyini, məhsul çatdırılması edildiyi üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görmə bucağında olmadığı zaman bağlamanın həmin hissəyə qoyulduğunu bildirmiş, işin bu xususatını məhkəmə araşdırmadan diqqətsiz saxlamışdır. Eyni zamanda işin hallarından da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd etdiyi məsələlərin işin faktiki halları ilə müqayisəli araşdırılması təmin edilməmiş, birinci instansiya məhkəməsi hakimi göstərilən xüsusatlara əhəmiyyət vermədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilərək cərimə edilməsi barədə qərar qəbul etmiş, normanın sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət və ya bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi məsələsi ilə bağlı imperativ tələb diqqətdən kənar saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, şirkətdə kuryer işləyir və malların ünvan sahiblərinə çatdırılması ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Renault Megane” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili Azadlıq prospektində, “Hökumət Evi”nin yaxınlığında saxlayıb yük yerini açıb malları seçərkən dövlət qeydiyyat nişanının görmə bucağında olmadığı zaman bağlamanın mexaniki olaraq həmin hissəyə qoymuşdur. Lakin, onun dövlət qeydiyyat nişanını gizlətmək niyyəti olmamış və bunu yol-patrul xidməti əməkdaşına da söyləmişdir. Barəsində tərtib edilmiş protokol ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Renault Megane” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsində yerləşən dövlət qeydiyyat nişanının bir hissəsini bağlamış, yoxlama zamanı onun nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə müəyyən edir. Normanın dispozisya şərtlərindən göründüyü kimi, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edildiyi təqdirdə inzibati məsuliyyət yaranır və bu hal üzrə həmin örtük və qurğular müəyyən edilməlidir ki, məhz xətanı törətmiş şəxsə münasibətdə tənbeh tətbiq edilərkən inzibati xətanın törədilməsində alət və ya bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi təmin edilmiş olsun. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın törədilməsində alət olmuş predmet məhkəməyə təqdim olunmadığı üçün inzibati xəta haqqında protokola baxıb işi tamamlamaq mümkün deyil. Bu səbəbdən də həmin alətin götürülüb-götürülməməsi, götürüldüyü təqdirdə onun məhkəməyə hansı səbəbdən təqdim edilməməsi məsələləri aydınlaşdırılması üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə aid deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.9-cu maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar