Məhkəmə qərarları › İş №3(006)-1123/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1123/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1123/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin tərtib etmiş şəxs: X15 Şöbəsinin baş inspektoru X1 Barəsində inzibati xəta haqqında X9 iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1963-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 14, mənzil 05-də müvəqqəti yaşayan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri üzrə tərtib olunmuş 30.03.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 halda 19 mart 2022-ci il tarixdə, saat 13:20 radələrində idarə etdiyi «TOYOTA PRİUS» markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Rəsulbəyli küçəsində hərəkətdə olarkən yolun sağ kənarında hərəkətsiz dayanmış «HYUNDAİ İX35» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə qeyd olunan avtomobilin sahibi X3 maddi zərər vurulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, X11 19 mart 2022-ci il tarixdə, saat 13:20 radələrində idarə etdiyi «TOYOTA PRİUS» markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Rəsulbəyli küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin və 42-ci maddəsinin İ hissəsinin tələbinə riayət etməyərək yolun sağ kənarında hərəkətsiz dayanmış «HYUNDAİ İX35» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məlum olmuşdur ki, X11 avtomobili sərxoş halda idarə etmişdir. Hadisə nəticəsində avtomobilin mülkiyyətçisi X3 maddi zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahatında bildirdi ki, «TOYOTA PRİUS» markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. 19 mart 2022-ci il tarixdə, saat 13:20 radələrində avtomobili şəhərin mərkəzində olan yolla idarə edərkən sərxoş vəziyyətdə olduğu üçün yolun sağ kənarında hərəkətsiz dayanan «HYUNDAİ İX35» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Qəzadan sonra hadisə yerinə polis əməkdaşı gəlmiş, ondan alkoqol iyisi gəldiyi üçün onu həkimə aparmışdır. Törətdiyi əməldən çox peşmandır. İş materiallarına əlavə edilmiş: - 19.03.2022-ci il tarixli, 2/9526 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X7 aşkar edilmiş alkoqolun miqdarı 3,332‰ təşkil edir; - nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətlərindən aydın olur ki, «TOYOTA PRİUS» markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11, «HYUNDAİ İX35» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə X5r. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X11 tərəfindən səmimi peşmançalıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. X8 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə X8 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda inzibati xəta haqqında protokolda X8 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə deyil, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqdədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. X8 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar