Məhkəmə qərarları › İş №3(006)-1124/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1124/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1124/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X2 Zərər çəkmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Culfa rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 59/61, mənzil 58-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 31.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı icra sənədinə əsasən 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11.06.2020-ci il tarixdən hər ay 900 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. Həmin məhkəmənin 27.07.2021-ci il tarixli, 2(006)- 4659/2021 saylı icra sənədinə görə isə 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) Şəxs X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Borclu Şəxs bununla bağlı öz üzərinə düşən vəzifələri yerinə yetirmir, üzürlü səbəblər olmadan ödəniş etməyərək icra məmurunun qanuni tələblərinə əməl etmir. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı icra sənədinə əsasən 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11.06.2020-ci il tarixdən hər ay 900 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. Həmin məhkəmənin 27.07.2021-ci il tarixli, 2(006)-4659/2021 saylı icra sənədinə görə isə 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) Şəxs X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Bununla bağlı borclu şöbəyə dəvət olunaraq izahatı alınmış və o, aliment borcundan 650 manat ödədiyini, həmçinin borcun onların bir ailə kimi birgə yaşadığı dövrdə yığıldığını, uşaqların məişət, təhsil və digər xərclərini daima ödədiyini bildirmişdir. Hazırda işsiz olduğundan həmin məbləği tam şəkildə ödəyə bilmir. Hər ay mütəmadi ödənişlər etsə də tələbkar yaranmış borcun tam şəkildə ödəməsini tələb edir. Hazırda Şəxs 12.450 manat aliment borcu yaranıb. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, Şəxs onun xeyrinə hər ay 900 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, 27.07.2021-ci il tarixli, 2(006)-4659/2021 saylı qətnaməsi ilə alimentin məbləği azaldılaraq Şəxs hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilmişdir. Lakin borclu bugünə qədər ona heç bir ödəniş etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə ondan X1 xeyrinə aliment tutuması qət edilsə də, onlar 2021-ci ilin sentyabr ayınadək bir ailə kimi yaşamış, birgə təsərrüfat idarə etmişlər. Ailənin bütün xərclərini də o qarşılamış, bu səbəbdən də E.Əliyeva ondan aliment tələb etməmişdir. İcra məmurunun xəbərdarlığından sonra 2022-ci ilin fevral ayında 175 və 200 manat, mart ayında isə 175 və 100 manat ödənişlər etmişdir. Hazırda işləmədiyindən yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Hər ay mütəmadi ödənişlər etsə də, tələbkar yaranmış borcun tam şəkildə ödəməsini tələb edərək həmin məbləği qəbul etmir. Uşağını saxlamaqdan imtina etmir. Hissə-hissə ödəniş edərək borcu bağlamağa çalışacaq. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı və 27.07.2021-ci il tarixli, 2(006)-4659/2021 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yaranmış alimnet borcu üzrə vaxtında ödənişlər etməmiş, üzrsüz olaraq icra sənədlərini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, yaşını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar