Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1127/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 fevral 2024-cü il tarixli, 00100-00520/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/002160 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC (VÖEN:**********) tərəfindən təqdim olunan **********3231 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində təkrar araşdırılması zamanı **********3231 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında qeyd olunan **********3451 sorğu nömrəli qısa idxal bəyannaməsinə ümumi invoys dəyəri 46800 ABŞ dolları göstərilən 5 nömrəli xx.xx.2023cü il tarixli invoys əlavə edilməsinə baxmayaraq sərhəd keçmə zamanı ümumi invoys dəyəri 7800 ABŞ dolları göstərilən 5 nömrəli xx.xx.2023-cü il tarixli invoys təqdim olunduğu müəyyən olunmuşdur. Araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin gömrük işləri üzrə mütəxəssisi vəzifəsində çalışır. QSC-nin əsas fəaliyyət istiqaməti ölkə ərazisinə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın idxalını həyata keçirmək və həmin malların X2 məşğulluq proqramında istifadə edilməsi üçün topdan satışını həyata keçirməkdən ibarətdir. İdxal edilmiş mal-qaranın pərakəndə və ya fiziki şəxslərə satışı həyata keçirilmir və ancaq əhalinin məşğulluq proqramı çərçivəsində istifadəsi üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin dekabr ayında "xxxx" QSC tərəfindən Rusiya Federasiyasının "Rustorq" və "Poritet" şirkətlərindən çoxlu sayda iri və xırda buynuzlu mal-qara idxal edilmişdir. Həmin mal-qara adları qeyd edilən şirkətlərlə bağlanmış illik müqavilə əsasında alınmış və ödənişin mallar idxal edildikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin mallar idxal edildikdən sonra onların ödənişini etmək mümkün olmadığından müqaviləyə dəyişiklik edilərək ödənişin başqa şirkət vasitəsilə ödənilməsi müqaviləyə əlavə edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinə müraciət edilərək idxal edilmiş malların bəyan edildiyi gömrük bəyannamələrində dəyişiklik edilmiş müqavilələrin yerləşdirilməsini xahiş etmişdirlər. Həmin vaxt tərtib edilmiş gömrük bəyannamələri yenidən yoxlanılmış və nəqliyyat vasitələri sərhədi keçərkən gömrük orqanına fərqli invoys sənədi verildiyi bildirilmişdir. Həmin uyğunsuzluğun səbəbi mal-qara idxal edilərkən qanunvericiliyin tələblərinə əsasən mallar ölkəyə idxal edilməzdən əvvəl qısa idxal bəyannaməsi verilməli olduğundan qabaqcadan ixracatçı şirkətlə əlaqə saxlayıb invoys sənədi, nəqliyyat qaiməsi və digər sənədləri göndərmələrini istəmiş, həmin vaxt invoys sənədlərinin göndərilməsi nəticəsində onların səhv tərtib edildiyi onlara məlum olmuşdur. Bundan sonra ixracatçı şirkətə məlumat verərək invoys sənədinin düzgün tərtib edilmədiyini bildirmiş və düzəliş olunmasını xahiş etmişdirlər. Nəqliyyat vasitəsinin sürücüsünə həmin invoys sənədi təqdim edilmiş, buna görə də sürücü sərhədi keçərkən mala dair düzgün olmayan sənədləri "xxxx" QSC-nin adından təqdim etmişdir. Həmin uyğunsuzluqların yaranmasına səbəb göndərən şirkətin əməkdaşının texniki səhvə yol verərək invoys sənədləri tərtib etməsi olmuş və həmin invoys sənədlərini sürücüyə təqdim etməklə uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Sürücü isə həmin sənədləri özü ilə götürüb onların yanlış tərtib edildiyini bilmədən sərhəd gömrük orqanına təqdim etmişdir. İdxal edilmiş malların iki ayrı ixracatçı şirkət tərəfindən göndərilməsinə baxmayaraq, hər iki şirkətin əməkdaşı invoys sənədlərini tərtib edərkən səhvə yol vermişdirlər. İnvoys sənədlərinin səhv tərtib edildiyi onlara məlum olduqdan sonra nəqliyyat vasitələrinin sürücüsünə bu barədə sürücülərə məlumat verməmişdirlər. Çünki sürücülərin dördünün də telefonuna zəng çatmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş **********3231 sorğu nömrəli, **********7299 sorğu nömrəli, **********7343 sorğu nömrəli vǝ **********7359 sorğu nömrəli gömrük bəyannamələrində və qısa idxal bəyannamələrində malların qiyməti düzəliş olunmuş, yüksək dəyəri əks etdirən invoys sənədləri qeyd olunmuşdur. İdxal edilmiş mallar üçün ixracatçı şirkətə ödənişlər mümkün olmadığından başqa şirkət vasitəsilə ödəniş etməyi nəzərdə tutmuşdurlar. Lakin hələlik ödəniş edilməmişdir. Həmin mallar şifahi telefon danışığı zamanı rəhbərliyin göstərişi ilə onun tərəfindən ixracatçı şirkətlərdən mal gəlməzdən aralarında hər hansı yazışma təxmini 1 gün əvvəl sifariş olunmuş, bütün müzakirələr telefon vasitəsilə şifahi şəkildə aparılmış mövcud olmamışdır. **********3231 sorğu nömrəli, **********7299 sorğu nömrəli, **********7343 sorğu nömrəli və **********7359 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların daşındığı nəqliyyat vasitələrinin sürücülərinin kimlər olduğunu xatırlamır, onlar malları boşaldaraq getmişdirlər. İnvoys sənədləri, nəqliyyat qaimələri və digər sənədlər tərtib edildikdən dərhal sonra onlara təqdim edilməmişdir. Yanlış tərtib edilmiş invoys sənədlərini heç bir əhəmiyyəti olmadığına görə atmışdır. İş materiallarında olan 30 dekabr 2024-cü il tarixli, **********3231 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "Rustorq" şirkətindən idxalatçı "xxxx" QSC-nin ünvanına invoys dəyəri 46800 dollar təşkil edən "xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı mal (2023-0-12-Rus1 nömrəli, xx.xx.2023 tarixli müqavilə, 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura) bəyan edilmişdir. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli, **********3451 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, "Rustorq" şirkətindən idxalatçı "xxxx" QSC-nin ünvanına invoys dǝyǝri 46800 dollar təşkil edən "xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı mal (2023-0-12-Rus1 nömrəli, xx.xx.2023 tarixli müqavilə, 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura) bəyan edilmişdir. İş materiallarında olan və 30 dekabr 2024-cü il tarixli, **********3231 sorğu nömrəli gömrük bəyannaməsinə qoşma edilmiş 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura sənədindən malların invoys dəyəri 46800 dollar təşkil edir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli "Gömrük Xidmətinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında" protokoldan görünür ki, «Rustorq" şirkətindən idxalatçı "xxxx" QSC-nin ünvanına göndərilmiş "Xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı malların daşındığı P420KP05/AE844605 nömrəli nəqliyyat vasitəsi 30 dekabr 2023-cü il tarixdə, saat 05:30-da gömrük sərhədini keçərkən gömrük orqanına malların dəyərinin 7800 dollar təşkil etdiyini özündə əks etdirən 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura sənədi təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından ölkə ərazisinə idxal edilmiş "xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı mallar 30 dekabr 2023-cü il tarixdə **********3231 sorğu nömrəli gömrük dəyərinin bəyannaməsi ilə bəyan edilərkən və **********3451 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib 46800 ABŞ dolları olduğu qeyd olunsa edilərkən əlavə edilmiş 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura sənədində malın invoys da, həmin malların daşındığı P420KP05/AE844605 nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olarkən malın invoys dəyərinin 7800 ABŞ dolları olduğunu əks etdirən eyni nömrəli və tarixli hesab-faktura sənədi sərhəd gömrük orqanına təqdim edildiyi müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, idxalatçı "xxxx" QSC ilə ixracatçı "Rustorq" şirkəti arasında bağlanmış 2023-0- 12-Rus1 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC tərəfindən ümumi dəyəri 46800 ABŞ dolları təşkil edən "xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı mallar sifariş verildikdən sonra həmin mallar ixracatçı şirkət tərəfindən Rusiya Federasiyasında P420KP05/AE844605 nömrəli nəqliyyat vasitəsinə yüklənməklə, həmin mallara dair invoys sənədi, mənşə sertifikatı, nəqliyyat qaiməsi və digər müşayiət sənədləri tərtib edilərək nəqliyyat vasitəsinin sürücüsünə təqdim edilmiş, həmçinin nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmazdan əvvəl "xxxx" QSC-yə göndərilmişdir. İxracatçı şirkət tərəfindən hesab-faktura sənədi tərtib edilərkən malın faktiki dəyərinin 46800 ABŞ dolları olduğu halda, 05 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura sənədində malın dəyəri 7800 ABŞ dolları göstərilmiş və bu uyğunsuzluq "xxxx" QSC tərəfindən müəyyən edildikdən və sənədin təhrif olunmuş məlumatları əks etdirdiyi aşkar edildikdən sonra sürücüyə məlumat verilmədiyindən P420KP05/AE844605 nömrəli nəqliyyat vasitəsi 30 dekabr 2023-cü il tarixdə, saat 05:30-da gömrük sərhədini keçərkən "xxxx" QSC adından gömrük orqanına təhrif olunmuş məlumatları özündə əks etdirən hesab-faktura sənədi təqdim edilmiş və "VAİS" sisteminə əlavə edilmişdir. Beləliklə, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3231 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xırdabuynuzlu heyvanlar saxlamaq məqsədilə 390 baş qoyun" adlı mala dair 5 nömrəli, xx.xx.2023-cü il tarixli hesab faktura sənədinin malların daşındığı P420KP05/AE844605 nömrə nişanlı nəqliyyat vasitəsi sərhədi keçərkən gömrük orqanına təhrif olunmuş formada verildiyini nəzərə alaraq, "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Beləliklə, "xxxx" QSC tərəfindən AR İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs QSC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/002160 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN:**********) tərəfindən təqdim olunan **********3231 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində təkrar araşdırılması zamanı **********3231 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında qeyd olunan **********3451 sorğu nömrəli qısa idxal bəyannaməsinə ümumi invoys dəyəri 46800 ABŞ dolları göstərilən 5 nömrəli xx.xx.2023-cü il tarixli invoys əlavə edilməsinə baxmayaraq sərhəd keçmə zamanı ümumi invoys dəyəri 7800 ABŞ dolları göstərilən 5 nömrəli xx.xx.2023-cü il tarixli invoys təqdim olunduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1127/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1127/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver