Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1131/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Fövqəladə Hallar tərtib etmiş şəxs: Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin inspektoru X1 Barəsində icraat aparılan şəxs: X3 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1178QPV), evli, fərdi sahibkar (VÖEN: **********), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 1380-da qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə fərdi sahibkar X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən geyim mağazasında keçirilən yanğıntexniki müayinə zamanı yoxlama ilə bağlı sənədləri təqdim etməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərlə baxış keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən geyim mağazasında keçiriləcək yanğıntexniki müayinə barədə obyekti icarə əsasında işlədən X5 yoxlama 5 gün əvvəl məlumat verilmiş və xx.xx.2024-cü il tarixdə yoxlama keçiriləcəyi deyilmişdir. Həmin günü obyektə gələndə A.Əlizadədən şəxsiyyət vəsiqəsinin təqdim olunması istənilmiş, lakin o bu vəsiqənin üzərində olmadığını demişdir. Bundan sonra ondan yoxlamaya aid sənədlər də tələb olunsa da, sonuncu onları təqdim etməmişdir. Məhkəmədə barəsində icraat aparılan şəxs X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə onun işlətdiyi, ünvan 1 ünvanda yerləşən geyim mağazasında yoxlama aparılan zaman o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşına mane olmamışdır. Belə ki, ondan şəxsiyyət vəsiqəsinin təqdim olunması istənilsə də, həmin sənəd üzərində olmadığı üçün onu dərhal təqdim edə bilməmiş, vəsiqəsini gətizdirilməsi üçün 1-2 saatlıq vaxt istəmişdir. Bununla belə obyektə baxış keçirilməsinə mane olmamışdır. Həmçinin, yoxlayıcı ondan yoxlama ilə bağlı hansısa sənədləri tələb edəndə, o belə sənədlərdən məlumatsız olduğunu söyləmiş və buna görə heç nə təqdim edə bilməmişdir. Onu da qeyd edir ki, mağazada əvvəllər də bu cür yoxlama olduğu zaman yoxlayıcının özü ona köməklik göstərərək zəruri sənədləri düzəltmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin xx.xx.2024-cü il tarixli, 0869 saylı qərarından görünür ki, ünvan 1 ünvanda yerləşən, fərdi sahibkar X3 (VÖEN: **********) icarə əsasında işlətdiyi geyim mağazasında 21.02.-xx.xx.2024-cü il tarixədək yanğıntexniki müayinənin aparılması ilə bağlı planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır; • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-cü il tarixli, KY242081539 saylı çıxarışın surətindən görünür ki, X6 barəsində yoxlama xx.xx.2024-cü il tarixdə başlanır, xx.xx.2024-cü il tarixdə bitir; • xx.xx.2024-cü il tarixli, 0869 saylı yanğın-texniki müayinə aktına əsasən ünvan 1 ünvanda yerləşən, fərdi sahibkar X3 (VÖEN: **********) icarə əsasında işlətdiyi geyim mağazasında keçirilən yanğın-texniki müayinə zamanı o, yoxlama ilə bağlı sənədləri təqdim etməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərlə baxış keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 tərəfindən heç bir pozuntu edilməmiş, yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması ilə bağlı hər-hansı hərəkətə yol verilməmişdir. Belə ki, A.Əlizadə yoxlamaya aid sənədlərin nə olduğundan anlayışı olmadığından onları təqdim edə bilməmiş, lakin yoxlayıcıya baxış keçirilməsinə şərait yaratmış, onun suallarından yayınmamış, nöqsan olduğu halda onları aradan qaldırmağa vaxt istəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1131/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1131/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver