Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1132/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 xx.xx.2025-ci il tarixli, EQ 25746549 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq məhkəmə m ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 25746549 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Şikayət ərizəsindən və ona əlavə edilmiş portaldan əldə edilmiş çıxarışdan isə inzibati xəta haqqında qərarı tərtib etmiş inzibati orqanı və səlahiyyətli əməkdaşı müəyyən edilmir. Bundan əlavə, şikayət ərizəsində şikayət verən şəxslərin X2 və X4 olduğu göstrəilsə də, şikayət ərizəsini imza edən şəxsin şəxsiyyəti müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixli, EQ 25746549 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 xx.xx.2025-ci il tarixli, EQ 25746549 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1132/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1132/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver