Məhkəmə qərarları › İş №3(006)-1137/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1137/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1137/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndə və vəkilləri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 4 mkr, ev 60, mənzil 89, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 31.03.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki o, 49275,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 18.02.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 49275,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19.02.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndə və vəkilləri Nümayəndə1 və Nümayəndə2 tərtib edilmiş protokola etiraz edərək bildirmişlər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli 31 mart 2022-ci il tarixli protokol tərtib edilmiş və inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, "Sar-2016” MMC 49275.00 ABŞ dolları məbləğində vəsaiti 18 fevral 2020-ci tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 49275.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 fevral 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Hesab edir ki, Mərkəzi Bankın 31 mart 2022ci il tarixli inzibati xəta haqqında protokolu prosessual hüquq normalarının pozulması ilə tərtib edildiyindən ləğv edilməlidir. Belə ki, Koreya Respublikasının “X2 Ltd" şirkəti ilə Azərbaycan Respublikasının Şəxs MMC-i arasında bağlanmış 15 avqust 2019-cu il tarixli KS/SAR-150819 saylı müqaviləyə əsasən Koreya Respublikasının “DONGKUK STEEL şirkətinin istehsal etdiyi ümumi dəyəri 1.000.000 (bir milyon) ABŞ dolları olan polimer örtüklü sink-metal Üstlərinin alınması nəzərdə tutulmuşdur. Müqaviləyə uyğun olaraq malların alınması üçün malgöndərənın hesabına 18.02.2020-ci il tarixdə 49.275 ABŞ dolları, 24.02.2020-ci il tarixdə isə 15.450 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Müqavilənin 6.1-ci bəndində əmtəənin onun kəmiyyətini bildirən müşaiyətedici sənədlərə və keyfiyyətini təsdiq edən müvafiq sənədlərə uyğun olması nəzərdə tutulmuşdur. Lakin mal müqavilə şərtlərinə uyğun olaraq Gürcüstan Respublikasının Poti limanına daxil olduqdan sonra sifarişçinin 19 may 2020-ci il tarixli məktubuna əsasən təqdim edilmiş üç nümunənin səthlərinə baxış keçirərək keyfiyyət itkilərinin müəyyən edilməsi xahiş edilmişdir. Ekspertizaya təqdim edilmiş 3CCL; 2020-03-06-20:05: C 36A 31F; 0.380/0,325- 120 EH-Dx 51 D; GO130 - qeydləri olan etiket vurulmuş bir nümunə; - 3CCL 2020-03-07 02:59; C 36 A 32 C-0,440/0.385 120; EN3-DX 51D MO450 qeydləri olan etiket vurulmuş bir nümunə; -3CCL-2020- 03-06; C 36A31 R, 0.380/0,325 120 EN3-DX51D 06240 qeydləri olan etiket vurulmuş bir nümunə olmaqla üç müxtəlif rəngli polimer örtüklü sink-metal Üstləri adi gözlə və 25 dəfə böyüdücü vasitəsi ilə keçirilən ətraflı dəqiq baxış zamanı hər üç nümunənin üzərində çoxsaylı qabarcıqların olması müəyyən edilmişdir. 22 may 2020-ci il tarixli, 099 nömrəli ekspert rəyi ilə uyğun standartlara əsaslanaraq (QOST 14918-80; 9045-80; 1050-38; 380-94; 30246-94) baxış keçirilərkən müəyyən edilmişdir ki, nümunələrin üzərində müxtəlif ölçülü, müxtəlif saylarda qabarcıqlar var. KS/SAR-150819 saylı 15.08.2019-cu il tarixli müqaviləyə əlavə edilmiş 2 saylı 24.12.2019-cu il tarixli və 3 saylı 14.01 220-ci il tarixli spesifikasiyalarda mal göndərən tərəfindən məhsulların səthlərində polimer örtüklərdə qabarcıqların əmələ gəlməsinə 10 (on) il qarantiya-zəmanət verilməsini nəzərə almaqla hər üç müxtəlif rəngli nümunələrin keyfiyyətsiz olması müəyyən edilmişdir ki, bu səbəbdən malların qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra malın əvəz edilməsi və ya avans kimi ödənilmiş vəsaitin geri qaytarılması barədə malgöndərən şirkətlə yazışmalar başlanılmışdır. Lakin həmin ərəfədə dünyada yayılmış və uzun müddət davam edən pandemiya ilə əlaqədar ölkədən gediş-gəlişə məhdudiyyət qoyulduğundan, nə mal göndərənin nümayəndəsini dəvət etmək, nə də mübahisənin həlli üçün malgöndərən şirkətin (cavabdehin) olduğu yerin (müqavilənin 10.1-ci bəndi) məhkəməsinə müraciət etmək mümkün olmamışdır. Hazırda mübahisənin həlli istiqamətində işlər davam etdirilir. Yəni ''Sar-20161” MMC-nin 18 fevral 2020-ci il tarixdə xaricə köçürdüyü 49275.00 ABŞ dolları məbləğində vəsaitin hesabına alınan malların ölkəyə idxal etməməsi və köçürülmüş valyuta vəsaıtininin geri qaytarılmaması yuxarıda göstərilən səbəbdən olmuşdur. İkinci, Mərkəzi Bank tərəfindən "xxxx" MMC barəsində EP ******* nömrəli 31 mart 2032-ci il tarixli protokol tərtib edildikdən sonra surəti Şəxs MMCnin nümayəndəsinə təqdim edilməmiş, nümayəndə tərəfindən imzalanmamışdır ki, bu da barəsində inzibatı xəta haqqında icraat aparılan şəxsin hüquqlarının pozulması ilə nəticələnmiş və hüquqi şəxsin nümayəndəsi izahat və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim edə bilməmişdir. Bununla da Mərkəzi Bank Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2, 100.3 və 100.4-cü maddəsinin tələblərini pozmuşdur: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibatı xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu bərəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə edilir. Üçüncü, məhkəmənin nəzərinə çatdırır ki, Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş inzibati xətanın obyekti-Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 18.02.2020-ci il tarixdə köçürülmüş 49.275 ABŞ dolları vəsaitə görə malların ölkəyə idxal edilməməsi və valyuta vəsaitinin geri qaytarılmaması da göstərilən səbəbdən, Şəxs MMC-nin təqsiri üzündən olmasa da, protokol tərtib edilərkən cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilmədiyindən bu barədə olan müvafiq sənədlər təqdim edilməmişdir. Ona görə belə hesab edir ki, ‘'Sar-2016'’ MMC-nin vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibatı xətanın tərkibi yoxdur. İnzibati xətanın yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində mövcud deyil, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməməsinə və ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə ‘'Sar-2016” MMC-nin vəzifəli şəxslərinin psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda konkret müəyyənləşdirilməmiş qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 430.4-cü i ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının “Sar- 2016" MMC barəsində tərtib etdiyi EP ******* nömrəli 31 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və inzibati xəta haqqında iş uzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 23.02.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 18.02.2020-ci il tarixdə 49275,00 ABŞ dolları məbləğində vəsait göndərildiyi və 49275,00 ABŞ dolları vəsaitin bəyan olunmadığı qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Cənubi Koreyada yerləşən “X2 LTD” şirkətinin hesabına 15.08.2019-cu il tarixli, KS/SAR-150819 saylı müqavilə ilə bağlı 04.11.2019-cu il tarixli, 002 saylı invoys üzrə 24.12.2019-cu il tarixdə 49275,00 ABŞ dolları məbləğində pul göndərilmişdir. - 24.12.2019-cu il tarixli, 002 saylı “Proforma İnvoice”dan görünür ki, polimer örtüklü sink-metal listlərinin ümumi dəyəri 112.500 ABŞ dolları təşkil etmiş, ilkin ödəniş məbləği kimi isə 49.275 ABŞ dolları məbləğində pulun ödənilməsi müəyyən edilmişdir. - Şəxs MMC ilə “X2 LTD” şirkəti arasında bağlanmış 15.08.2019-cu il tarixli, KS/SAR- 150819 saylı müqavilədən görünür ki, satıcı “X2 LTD” şirkəti polimer örtüklü sink-metal listləri satmağı, alıcı Şəxs MMC isə razılaşdırılmış şəkildə mallar üçün ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə məbləği isə 1.000.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ticarət və sənaye apaltası “Azərekspertiza” birliyinin 22.05.2020-ci il tarixli, 099 saylı ekspertiza aktından görünür ki, ekspertizaya təqdim edilmiş 3CCL; 2020-03-06-20:05: C 36A 31F; 0.380/0,325-120 EH-Dx 51 D; GO130 qeydləri olan etiket vurulmuş bir nümunə; - 3CCL 2020-03-07 02:59; C 36 A 32 C- 0,440/0.385 120; EN3-DX 51D MO450 qeydləri olan etiket vurulmuş bir nümunə; -3CCL- 2020- 03-06; C 36A31 R, 0.380/0,325 120 EN3-DX51D 06240 qeydləri olan etiket vurulmuş bir nümunə olmaqla üç müxtəlif rəngli polimer örtüklü sink-metal Üstləri adi gözlə və 25 dəfə böyüdücü vasitəsi ilə keçirilən ətraflı dəqiq baxış zamanı hər üç nümunənin üzərində çoxsaylı qabarcıqların olması müəyyən edilmişdir. Aktın 3-cü bəndində göstərilən üç nümunə polimer örtüklü sink metal lövhələrinüzərlərindəpolimer örtüklərdə qabarcıqların yaranması malların istehsal zamanı polimer örtüklərin vurulması əməliyyatlarında yol verilmiş texnoloji qüsurlar ucbatından baş vermişdir. Nümunələrin keyfiyyət itkilərinə əsaslanaraqgələcəkdə uyğyn polimer örtüklü sink metal lövhələrdən alınacaq mallar da öz təyinatları üzrə yararsız olacaqlar. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 49275,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 18.02.2020-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində 49275,00 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, qurum Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 49275,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 9.855 (doqquz min səkkiz yüz əlli beş) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar