Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1138/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1WR555J), Şəxs MMC-nin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, ev 01, mənzil 18-də qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4277/2023 saylı icra vərəqəsinə görə CRM ConstructionMMC ilə Şəxs MMC arasında bağlanılmış 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48.364,50 manat məbləğində pul cavabdeh Şəxs MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Lakin Şəxs MMC-nin direktoru X5 tərəfindən icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirilməmiş, heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında icra məmuru X6 izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4277/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılmış 23 yanvar 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 48.364,50 manat məbləğində pul cavabdeh Şəxs MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin qərar əsasında verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında müvafiq qərar qəbul edilmiş, aidiyyəti bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə tələb müəyyən edilmiş müddətdə könüllü icra olunmadığından “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə borclunun əmlak vəziyyəti yoxlanılmış, bu zaman borcluya məxsus bank hesabları aşkar edilərək inkasso sərəncamı icra olunması üçün aidiyyəti banka göndərilmişdir. Eyni zamanda Şəxs MMC-nin direktoru X5 şöbəyə dəvət olunaraq izahatı alınmış və sonuncu onun həmin hüquqi şəxsə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Şəxs MMC-nin direktoru X3 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4277/2023 saylı icra vərəqəsinə görə "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılmış 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48.364,50 manat məbləğində pul cavabdeh Şəxs MMC-dən tutularaq iddiaçı “CRM Construction MMC-yə ödənilməlidir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 405 manat pul cavabdeh Şəxs MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir; • Şəxs MMC-nin direktoru X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə verdiyi ərizədə qeyd olunur ki, Şəxs MMC-ni onun adına keçmiş əri X1 yollarla açmışdır. O adına firma açılması barədə icra şöbəsinə çağırılan vaxtı bilmişdir. Eləcə də məhkəmə barədə məlumat almamış, "xxxx" MMC-yə borcu barədə də heç bir məlumatı yoxdur. O, Zaur Mirzəyev tərəfindən dələduzluq yolu ilə adına firma açılması, borc alınması və digər saxta əməliyyatlar barədə dövlət orqanlarına, o cümlədən Dövlət Vergi Xidmətinə məlumat vermiş və araşdırma aparılması barədə müraciət etmişdir. Borclu o yox, adına açılmış Şəxs MMC-dir. Maddi imkanının çox zəif olduğunu, heç bir yerdə işləmədiyini, 03 azyaşlı övladının olduğunu və gəlirinin ancaq onlara baxmağa kifayət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə təqdqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4277/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq şirkətin direktoru X5 üzrsüz səbəbdən məhkəmə qərarında qeyd olunmuş məbləğin ödənilməsi təmin etməmişdir. Göstərilən hallar da Şəxs MMC-nin direktoru X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin direktoru X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin direktoru X5 tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1138/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1138/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver