Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1141/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 mart 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC “KHAZAR LX” minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 06 dekabr 2020-ci il tarixdə, saat 09:18də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamış, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi E.T.Nəcəfli bildirmişdir ki, Şəxs MMC barəsində Nəsimi RPİ-nin DYPŞ nəqliyyat vasitəsinin icbari qaydada sığorta edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin protokol əsassızdır. Belə ki, Şəxs MMC ilə X1 arasında bağlanmış 03 dekabr 2019cu il tarixli MAS-1596 saylı “Daxili lizinq” müqaviləsinə əsasən C.Ş.Cavadovun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF523494 ban nömrəli göy rəngli avtomobil Şəxs MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 25 mart 2021-ci il tarixdə C.Ş.Cavadov, X3 və Şəxs MMC arasında MAS-1596 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 03 dekabr 2019-cu il tarixli MAS-1596 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-6.4-cü maddəsinə əsasən lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəymiş ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Göründüyü kimi lizinq obyekti olan avtomobilin icbari sığorta qaydasında sığortalamaq lizinq alan vəzifəsidir. Buna görədə avtomobilin icbari qaydada sığorta edilməməsinə görə şirkət məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən, Nəsimi rayonu DYPŞ-nin Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu əsasız olduğundan icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 dekabr 2019-cu il tarixli, MAS-1596 saylı daxili lizinq müqaviləsindən görünür ki, C.Ş.Cavadovun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF523494 ban nömrəli göy rəngli avtomobil Şəxs MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş 25 mart 2021-ci il tarixli, MAS-1596 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, C.Ş.Cavadov, N.R.Yusifov və Şəxs MMC arasında öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 03 dekabr 2019-cu il tarixli MAS-1596 saylı “Daxili lizinq” müqaviləsi üzrə N.R.Yusifov bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin DYPŞ-də müvafiq inzibati araşdırma natamam aparılmış, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta qaydasında sığortalamaq lizinq alan vəzifəsi olduğu halda subyekt düzgün müəyyən edilmədən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, MMC-nin nümayəndəsinin izahatında göstərdiyi hallar üzrə araşdırma aparıldıqdan sonra istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı protokolu tərtib edən orqan tərəfindən hər hansı araşdırma aparılmadan və ya natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi RPİ-nə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1141/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1141/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver