Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1146/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 fevral 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC “Toyota Camry” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 yanvar 2022-ci il tarixdə, saat 11:04-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi B.İ.Quliyeva məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixi 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.13-cü bəndinə əsasən hüquqi şəxslərə (Şəxs MMC-yə) ünvanlanmış sadə və sifarişli məktublar, poçt kartları, poçt göndərişlərinin və pul köçürmələrinin çatdırılması haqqında xəbərnamələr, poçt göndərişlərinin və pul köçürmələrinin daxil olması haqqında bildirişlər, dövrü çap nəşrləri, əgər poçt rabitəsi operatoru ilə bu hüquqi şəxslər (müəssisələr) arasında bağlanmış müqavilə ilə digər qayda müəyyən edilməyibsə, hüquqi şəxsin yerləşdiyi binanın birinci mərtəbəsində dəftərxana, ekspedisiya şöbələrində çatdırılır və ya poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə etibarnamə əsasında verilir. İş üzrə Şəxs MMC-nin ünvanına dair əlavə edilmiş qoşma sənədindən də göründüyü kimi həm 18.02.2022-ci il tarixli, AP №0219544 nömrəli protokolda qeyd edilən, həm də poçt tərəfindən təhvil verilən ünvan Şəxs MMC-nin faktiki ünvanı deyildir. Lakin müvafiq protokolda həmin ünvan Şəxs MMCnin faktiki ünvanı kimi göstərilmişdir. Poçt tərəfindən isə yuxarıda qeyd edilən qaydalar pozularaq işə əlavə edilmiş poçt göndərişinin verilməsi barədə xəbərnamənin sürətindən də göründüyü kimi sənəd etibarnamə ilə Məmmədova adında şəxsə təhvil verildiyi qeyd edilmişdir. Göründüyü kimi hüquqi şəxsin (Şəxs MMC-nin) ünvanında poçt təhvil verildiyi zaman onun qəbulu dəftərxana və ya ekspedisiya tərəfindən həyata keçirilir, bununla bağlı məktubun qəbulu üzrə dəftərxananın işçisi (səlahiyyətli şəxs) məktubu öz imzası ilə qəbul edir və etibarnaməyə ehtiyac olmur. İkinci halda isə hüquqi şəxsin faktiki ünvanını tapmaq mümkün olmadıqda həmin hüquqi şəxs məktubu poçt obyektindən götürmək üçün etibarnamə ilə səlahiyyətli şəxs müəyyənləşdirir və sənəd həmin şəxs tərəfindən etibarnamə ilə təhvil alınır. Burada isə poçt göndərişinin verilməsi barədə xəbərnamənin etibarnamə ilə təhvil verildiyi yazılsa da işə etibarnamə əlavə edilməmiş və yalnız təhvil alan qismində Məmmədova soyadında şəxsin imzası göstərilmişdir. Bundan əlavə, poçt göndərişlərinin müasir göndərilmə texnologiyası qəbul zamanı qeydiyyatlı göndərişlərə unikal poçt identifikatorunun (ştrix-kodun) aid edilməsi prinsipinə əsasən hər bir keçid mərhələsində poçt identifikatorunun məlumatı vahid uçot və nəzarət sisteminə, daxil edilməklə, internet vasitəsilə daxili və beynəlxalq poçt göndərişlərinin keçidinin izlənilməsi mümkün olur. 13 simvoldan (dörd hərf, 9 rəqəmdən) ibarət poçt identifikatoru poçt göndərişlərinin qəbulu zamanı verilən qəbzdə onun nömrəsi olaraq göstərilir və ştrix-kod nömrəsini daxil etməklə, göndərişin cari statusu haqqında tez və ətraflı məlumat almaq mümkündür. İşə qoşma olaraq əlavə edilən “Azərpoçfun https://www.azerpost.az/az/tracking/ saytında bu məktub üzrə izləmə kodu (SS742409651AZ) qeyd edildikdə həmin sənədin aqibəti barədə məlumat tapılmır. Bu da həmin poçt göndərişinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı pozmaqla göndərildiyini və təyinatı üzrə çatdırılmadığını bir daha sübut edir. Beləliklə, Şəxs MMC-yə qarşı hazırkı iş üzrə barəsində tərtib edilmiş protokola münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin 18.02.2022-ci il tarixli, AP №0219544 saylı inzibati xəta haqqında protokolu əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin DYPŞ-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin MMC-nin mülkiyyətində olan “Toyota Camry” minik markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 yanvar 2022-ci il tarixdə, saat 11:04də tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki halda Şəxs MMC-nin mülkiyyətində olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumat əldə olunması üçün müvafiq sorğunun həmin MMC-yə təqdim edilməsi və ya çatdırılması məhkəmə iclasında sübut edilməmişdir. Belə ki, əvvəla, iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin xəbərnamənin üzərində SS742409651AZ ştrix kodu qeyd edilmişdir. Lakin, “Azərpoçt” poçt göndərişlərinin izlənilməsi sisteminə əsasən müəyyən edilmişdir ki, həmin ştrix kod üzrə heç bir məlumat mövcud deyildir. Bundan başqa, poçt göndərişinin verilməsi haqqında həmin xəbərnamədə onun “Məmmədova” adlı şəxs tərəfindən qəbul edilməsi göstərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi B.İ.Quliyeva tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, Şəxs MMC-də “Məmmədova” adlı şəxs fəaliyyət göstərmir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1146/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1146/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver