Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1149/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakı ilə, X3 Daxili İşlər Nazirliyi Nəsimi rayon X9 Şöbəsinin 28 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Nəsimi rayon X9 Şöbəsinin 28 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Yol-Patrul Xidməti əməkdaşı tərəfindən TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 28 fevral 2024-cü il tarixdə “Əcəmi” metrostansiyası yaxnlığında yerləşən çay evlərinin birində 5 dəqiqəlik sanitar qovşağa daxil olmuşdur. Həmin müddət ərzində çay evini işlədən icarədar ondan xəbərsiz avtomobilinin açarını çay stolunun üzərindən götürmüşdür. Bu zaman 19-cu polis şöbəsinin əmədaşı ilə X2 ona xəbər etmədən hər ikisi avtomobilinə əyləşib arxaya sürmək istəyən zaman obyektdə işləyən ofisiant ona PPX əməkdaşı və çay evinin icarədarının avtomobilin açarını götürüb çölə çıxması barədə cəld məlumat vermişdir. O, obyektdən çıxıb dərhal avtomobilinə yaxınlaşaraq onları dayandırmış və avtomobilin sükanı arxasına keçərək şiddətli narazılığını bildirmişdir. PPX əməkdaşı avtomobili sürməyini və əsas yola çıxaraq piyada keçidinin yanında saxlamağını tələb etmişdir. O da razılaşaraq tələb olunanı etmişdir. Həmin vaxt **-YP-*** nömrəli avtomobilin əməkdaşları onu saxlayıb cinayətkar kimi davranaraq onunla kobud formada danışmış, “məsələnin” onunla bağlılığının olmamasını bildirmişlər. Bundan sonra Əbdülhüseyn adlı şəxs polis əməkdaşları ilə qarşılıqlı nalayiq ifadələr işlətdikdən sonra yaxalanmışdır. Bu zaman YPX əməkdaşı ona təhqiramiz söz deyərək avtomobildən düşərək açarı ona verməsini tələb etmişdir. O isə heç bir qanunu pozmadığına görə şəxsi avtomobilini tərk etməyəcəyini və YPX əməkdaşının sərnişin tərəfdə əyləşdikdən sonra deyilən yerə gedəcəyini bildirmişdir. Lakin həmin vaxt polis əməkdaşları ona zor tətbiq edərək polisə tabe olmamasını bildirmişdir. Bundan sonra onu vuraraq zor tətbiq etməklə post-patrul xidməti avtomobilinə mindirmişlər. Daha sonra onu Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirərək inzibati binanın həyətində onu saxlamışlar. Daha sonra onu öz avtomobilinin sağ oturacağında əyləşdirərək “Ağ şəhər” duracağına aparmışlar. Bundan sonra ona Hüseyn adlı şəxsi Nəsimi rayon DYPŞ-nə gətirəcəyi təqdirdə giriş sənədi veriləcəyi bildirilmişdir. Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. O daha sonra Hüseyn adlı şəxslə əlaqə saxlaya bilməmişdir. Lakin o, səhər saat 9-dan axşam saat 17:00 zaman aralığında Nəsimi rayon DYPŞ-nin önündə gözlədilmişdir. Hətta saat 17:45 radələrində onun avtomobilinin duracaqdan aparılmasına icazə verilməmişdir. Lakin sonradan rəisin işlərinə nəzarət edən şəxs kimi özünü təqdim edən YPX əməkdaşı avtomobilin iki gün duracaqda olduğunu bildirərək 60 manat məbləğində cərimə yazılmasının zəruriliyini bildirmişdir. O da maddi vəziyyətini nəzərə alaraq, qeyd edilən təkliflə razılaşmışdır. Daha sonra ona təzyiq göstərilməklə onların dedikləri formada ərizə yazmasını tələb etmişlər və o da polis əməkdaşına inanmışıdır. Lakin o, evə gəldikdən sonra barəsində 60 manat cərimə nəzərdə tutulan İXP ******* nömrəli və 500 manat cərimə nəzərdə tutulan İXP ******* qərarsız protokol tərtib edidldiyini görmüşdür. Bundan sonra, o, DİN-nin 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyi Nəsimi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verib, sonda şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Nəsimi rayon X9 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Nəsimi rayon X9 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, **-ZV-*** dövlət nömrə nişanlı, «X7» markalı avtomobilə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə dair sübutlar mövcud deyildir. Belə olan halda, inzibati xətanın məhz X5 tərəfindən törədildiyi barədə qənaətə gəlmək üçün hüquqi əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmədə şikayətə baxılarkən müvafiq tədbirlər görülməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da, məhkəmə iclasında X3 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktiki olaraq müəyyən edilməmişdir. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Nəsimi rayon X9 Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Nəsimi rayon X9 Şöbəsinin 28 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyi Nəsimi rayon X9 Şöbəsinin 28 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1149/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1149/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver