Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-115/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs tərəfindən 27 dekabr 2021-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən qadın geyim mağazasında saat 17:30 radələrində (protexniki vasitələrin) istehsalı və ya satılması qadağan olunmuş işlərin görülməsi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 27 dekabr 2021-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Arzu” qadın geyimləri mağazasında korsan partlayıcı maddə olan və satışı qadağan olunmuş 5 ədəd protexniki maddələri satan zaman iki nəfər mülki geyimli şəxs içəri daxil olaraq onlara həmin malların satılmasının qadağan olunduğunu bildirmişdir. O hal hazırda tutduğu əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri, əməlindən səmimi peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbəh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 19-cu PŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 27 dekabr 2021-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən qadın geyim mağazasında saat 17:30 radələrində (protexniki vasitələrin) istehsalı və ya satılması qadağan olunmuş işlərin görülməsi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektorları O.İbişov və P.Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında yerləşən “Arzu” adlı qadın geyimləri mağazasında satışı qadağan olunmuş, yəni protexniki vasitələrin satılması barədə məlumat daxil olmuş, məlumatı yoxlamaq məqsədi ilə onlar 27.12.2021-ci il tarixdə, saat 17:45-də həmin mağazanın ətrafında müşahidə aparan zaman mağazadan bir nəfər oğlanın protexniki vasitə alıb çıxdığını müşahidə etmiş, həmin şəxs aldığı vasitəni partladan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin şəxsə sorğu-sual zamanı sonuncu özünü X2 təqdim etmişdir. M.İ.Mahmudzadə protexniki vasitəni həmin mağazadan aldığını bildirmiş, sonuncu onlarla birlikdə “Arzu” adlı qadın geyimləri mağazasına daxil olmuşdur. Orada özlərini Şəxs və X1 təqdim edən qadınlar həmin protexniki vasitəni həqiqətəndə 02 (iki) manat 50 (qəpik) məbləğində satdıqlarını bildirmişlər. Əlavə olaraq Şəxs üzərində olan “corsor” yazılmış 05 ədəd protexniki vasitəni polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan maddi sübut növü kimi məhkəməyə təqdim edilmiş 5 qutu “korsan” adlı proteniki vasitələrdən görünür ki, polis nəfərləri O.İbişov və P.Məmmədov tərəfindən ünvan 2 ünvanında yerləşən “Arzu” adlı qadın geyimləri mağazasından satışı və istifadəsi qadağan olunmuş 05 ədəd (1-açıq, 4-ü bağlı qutuda olmaqla) “korsan” adlı protexniki vasitələr aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 27 dekabr 2021-ci il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən qadın geyim mağazasında saat 17:30 radələrində (protexniki vasitələrin) istehsalı və ya satılması qadağan olunmuş işlərin görülməsi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddi sübutla məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd (1-açıq, 4-ü bağlı qutuda olmaqla) “korsan” adlı protexniki vasitələr qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd (1-açıq, 4-ü bağlı qutuda olmaqla) “korsan” adlı protexniki vasitələr qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-115/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-115/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver