Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1150/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində xx.xx.2023-cü il tarixdə, saat 11:16-da X7 və digər 5 (beş) nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Ə.C.Əsədullayev inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində xx.xx.2023-cü il tarixdə saat 11:16-də yoxlama keçirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, 5 nəfər şəxs, yəni X4, X3, X6, X11 və X12 əmək müqavilələri olmadan işləmişdir. Həmin şəxlərin və MMC-nin direktoru Elnur Məmmədovun izahatı alınmışdır. Həmin şəxslərdən ikisi ilə 19 yanvar 2023-cü il tarixdə, digər üçü ilə isə 20 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və sisteme məlumat yerləşdirilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2da olan 23 fevral 2023-cü il tarixli, 3(006)-1150/2023 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3 Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 4 sıra nömrəsi ilə). İş materiallarında olan 07 mart 2023-cü il tarixli, 3(006)-1150/2023 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3 Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 2 sıra nömrəsi ilə). Bununla da, məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında şirkətin yeganə ünvanı kimi qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 144A, mənzil 4,5 ünvana bildiriş göndərilmiş və MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, DVD diskə baxış keçirib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində xx.xx.2023-cü il tarixdə saat 11:16-da X7 və digər 5 (beş) nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli 29596 nömrəli tikinti obyektində plandankənar yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs MMC-də 2023-cü ilin 17-19 yanvar tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X1 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində plandankənar yoxlamanın xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yoxlama sualların siyahısı və Yoxlama aktından görünür ki, tikinti obyektində 19 şəxs yoxlanılmışdır. Tikinti obyektinin podratçısı Şəxs MMC tərəfindən işə cəlb olunmuş 13 şəxslə əmək müqaviləsini bağlanıldığı, 1 şəxslə isə əmək müqaviləsi bağlanmadığı müəyyən olunmuşdur. İşə cəlb olunmuş digər 5 şəxslə isə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəaliyyətə başladığı aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair Arayışın 2 və 3-cü cədvəlində qeyd olunan həmin MMC tərəfindən əmək müqaviləsi və ya mülki (xidməti) müqaviləsi olmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən şəxslərin siyasından görünür ki, X7 əmək müqaviləsi və ya mülki (xidməti) müqaviləsi olmadan və digər 5 şəxs, yəni X4, X3, X6, X11 və X12 əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işə cəlb olunmuşlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X1 Tikinti obyektində yoxlanılan şəxslərində siyasından görünür ki, X7 əmək müqaviləsi və ya mülki (xidməti) müqaviləsi olmadan və digər 5 şəxs, yəni X4, X3, X6, X11 və X12 əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işə cəlb olunmuşlar. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, R.R.Babayev əmək müqaviləsi və ya mülki (xidməti) müqaviləsi olmadan və digər 5 şəxs, yəni C.B.Məmmədov, A.Ə.Səfərov, T.Q.Abbasov, E.D.Novruzov və Q.L.Əliyarov əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işə cəlb olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçəsinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində xx.xx.2023-cü il tarixdə saat 11:16-da R.R.Babayev və digər 5 (beş) nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-də monitorinqin aparılması zamanı MMC ilə işçilərdən R.R.Babayev əmək müqaviləsi və ya mülki (xidməti) müqaviləsi olmadan və digər 5 şəxs, yəni C.B.Məmmədov, A.Ə.Səfərov, T.Q.Abbasov, E.D.Novruzov və Q.L.Əliyarov əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işə cəlb olunmuşlar. Yəni, Şəxs MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1150/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1150/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver