Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1155/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə +**********27 mobil nömrədən ona zəng edilmiş, həmin operator özünü təqdim etməyərək ona BDYPİdə 7-ci otaqda əyləşən Paşazadə Mimmət adlı şəxsə yaxınlaşmasını bildirmiş, o, operatordan ora hansı səbəbə gəlməsini soruşduqda sonuncu onun xx.xx.2023-cü il tarixdə İXM-nin tələbini pozduğunu bildirmişdir. O, həmin operatora həmin inzibati pozuntunu törətdiyi halda video görüntüsü varsa qeyd edib barəsində protokol tərtib edərək onu inzibati məsuliyyətə cəlb edilməsini bildirmiş, operator ona pozuntu varsa onun elektron kabibetinə bildiriş göndərəciyini dedikdə, o, həmin şəxsə ona bildiriş göndərəcəkləri halda BDYPİ-yə gələcəyini demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında o, 100 manat məbləğində cərimə edilmişdir. Onun cərimə edilməsi barədə qərar elektron kabinetinə 03 fevral 2023-cü il tarixində yerləşdirilmişdir. Bundan başqa, bildirmişdir ki, İXM-nın 38.6-cı maddəsinə əsasən bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, barəsində 24 yanvar 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, guya o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 327.4-cü maddəsinin tələbini pozmuşdur. O, həmin qayda pozuntusunu etmişdirsə ona qanunsuz olaraq əlaqə saxlanılıb niyə polis idarəsinə yaxınlaşması istənilir, ona rəsmi olaraq bildiriş göndərilməsini tələb etdikdən sonra elektron kabinetinə 100 azn məğləbində cərimə gəlir. Həmiçinin qeyd edir ki, gələn cərimənin elektron kabinetdə foto və ya video materialları mövcud deyil, bu qayda pozuntusunu etmişdirsə İXM 38.6-cı maddəsinə əsasən bir gün ərzində göndərilməli idi. Göstərilənləri nəzərə alaraq Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qanunsuz və əsassız olduğuna görə qərar ləğv edilməsi və inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın elektron kabinetə yerləşdirilməməsi əsası ilə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.N.Məmiyev ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polis İdarəsinə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki Baş Dövlət Yol Polis İdarəsinə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2022-ci il tarixli reyestrin 11 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Asanpay” ödəniş sistemindən olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İ.N.Məmiyev 90 (doxsan) manat məbləğində cərimə edilmişdir. Həmin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol İ.N.Məmiyevin elektron kabinetə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.N.Məmiyev xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küçəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbini pozmuş, buna görə də barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.N.Məmiyevə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun elektron kabinetinə yerləşdirilməli olduğu halda yerləşdirilməmiş, sonuncuya barəsində tərtib edilmiş protokol və qərar rəsmi qaydada göndərilməmiş, umumiyyətlə barəsində qərar qəbul edilərkən ona məlumat verilməmişdir. Belə ki, məhkəmə iclasında şikayətçi İ.N.Məmiyev şikayət ərizəsində göstərmişdir ki, o, ona istinad edilən inzibati xətanın araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə dəvət edilmiş, o, həmin zaman ona rəsmi bildiriliş göndərilməsini xahiş etmiş, lakin ona bildiriş göndərilməmişdir. Nəticədə, o, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirak edə bilməmiş və bununla da, öz arqumentlərini əsaslandırmaq hüququndan məhrum olmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.N.Məmiyevə məlumat verilsə də, gecikməylə verilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum olmuşdur. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.N.Məmiyevə istinad edilən inzibati xəta hadisəsi xüsusi texniki vasitənin köməyi ilə videogörüntü şəklində qeydə alınmışdır. Lakin həmin videogörüntü bugünədək İ.N.Məmiyevin elektron kabinetində yerləşdirilməmiş və ya sonuncuya hər hansı digər formada təqdim edilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Həmçinin, inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, İ.N.Məmiyevin barəsində Baş Dövlət Yol Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntülərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində İ.N.Məmiyevin barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən dayandırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1155/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1155/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver