Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1163/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X7, Şəxs nümayəndələri X4 və X5 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 mart 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə X21 SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsini 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X15 izahatında göstərdi ki, X16 Xidmətinə Xocavənd rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarı araşdırılması üçün göndərilmişdir. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə, saat 10:15-də Xocavənd rayon polis şöbəsinin növbətçi hissəsindən xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Fizuli-Şuşa avtomobil yolunun 54-cü km-liyində yerləşən “T-0 Çıxış” tunelinin giriş hissəsinin yaxınlığında “X21 Sanayi ve Ticaret Anonim Şirketi’-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində dəmirçi işləyən, Türkiyə Respublikasının vətəndaşı X11 armaturla karkas hörən zaman armaturun onun sağ gözünə dəyərək xəsarət alması barədə rayon prokurorluğuna verilmiş məlumat xx.xx.2023-cü il tarixdə 27C-23 nömrəsi ilə qeydiyyata alınaraq material üzrə araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Xocavənd'rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 54-cü km-liyində yerləşən “T-0 Çıxış” tunelinin giriş hissəsinin yaxınlığında xx.xx.1986-cı il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı, “X21 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dəmirçi işləyən X18 armaturlarla karkas hörən zaman qəflətən armaturlardan birinin uc hissəsi onun sağ gözünə dəymiş, nəticədə “OD korneoskleral dəlib keçən yaralanma.gözdaxili qişaların yara ağzına çıxması, zədədən sonrakı afakiya" diaqnozlu xəsarət almış, daha sonra X14 adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunmuşdur. X18 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30-da Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 54-cü km-liyində yerləşən “T-0 Çıxış” tunelinin giriş hissəsinin yaxınlığındakı bayırda yerdən 1 metr hündürlükdə armaturlarla karkas-kəmər hörən zaman qəflətən kənarda olan armaturlardan birinin ona tərəf olan hissəsi sağ gözünə dəymiş, bu zaman orada olan digər iş yoldaşları avtomobillə həmin şirkətin düşərgəsinə gətirmiş, orada olan tibb məntəqəsində həkim ilkin tibbi yardım olaraq gözünə təmiz sarğı qoymuş, həmin düşərgədən də Bakı şəhərində yerləşən X14 adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunmuşdur. Orada müvafiq müayinələrdən keçirildikdən sonra əməliyyat olunmuşdur. Həmçinin qeyd etmişdir ki, karkas toxuyan zaman bütün diqqətini gördüyü işə yönəltdiyindən kənarda olan armaturun necə və hansı formada yerə düşməsini görməmişdir. İşləyən zaman iş yoldaşları, Ökkeş Doruk, Ali Karaküçük, Fatih Yesin və Ali Türkmenoğlu onun yaxınlığında olmuşlar. İş zamanı üzərində iş geyimi, gödəkçə, kaska, çəkmə olmuş, işə başlamamışdan əvvəl təhlükəsizliklə bağlı təlimatlandırmalarda iştirak edərək həmin təlimatlandırmaları imzalamışdır. İşlədiyi müddətdə şirkətin rəhbərliyi və digər şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçilik mürasibəti yoxdur, hər hansı problem yaşamamış, şirkət rəhbərliyi və ya hər hansı şəxsdən şikayət vs tələbi yoxdur, müalicə xərclən şirkət tərəfindən qarşılanmışdır. Tərəflərindən həmin xəsarət alan şəxs X11 həmin şirkətə nə vaxt işə qəbul olunması araşdırıldıqda bəlli olmuşdur ki, X18 “X21 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə rəsmi işə qəbul olunması xx.xx.2023-cü il tarixdə olmuşdur. Şəxsin özü izahatlarında və hadisə ilə bağlı dindirilmiş “X21 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin digər əməkdaşlarının izahatında da X11 həmin şirkətdə dəmirçi kimi işləməsi xx.xx.2023-cü il tarixdən göstərilmişdir. Bu səbəbdən “X21 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərəfmizdən protokol tərtib olunmuşdur. Həmin protokolu müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, İnzibati Xətalar Məcəlləsinin 38.1. maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edilən bir il müddət xx.xx.2023-ci il tarixdən qüvvəyə minmişdir, ona kimi cəlb etmə müddəti 4 ay müəyyən edilmişdir. İnvestisiya fəaliyyəti haqqında AR-nın qanununun 18.2-ci maddəsinə görə: “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayır. Öz növbəsində “Xarici investisiyanın qorunması haqqında” qanuna görə: Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir (maddə 10). “Xarici investisiyanın qorunması haqqında” qanuna görə: Xarici investisiya qoyulmuş müəssisələr dedikdə - Azərbaycan Respublikasının ərazisində xarici investorların pay iştirakı ilə müəssisələr (birgə müəssisələr); tamamilə xarici investorlara məxsus olan müəssisələr (xarici müəssisələr); xarici hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları, agentlikləri) yaradıla və fəaliyyət göstərə bilər (maddə 16). Qeyd edirik ki, Kolin nümayəndəliyi xarici (Türkiyədə dövlət qeydiyyatına alınmış) hüquqi şəxsin nümayəndəliyidir. Məlumat üçün: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR-nın qanununa görə: xarici hüquqi şəxs- Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir (maddə: 2.0.2.); Qeyd edək ki, İnzibati Məsuliyyətə cəlb etmə müddətinin 4 aydan, 12 aya qaldırılması investisiya şəraitini pisləşdirən haldır, yəni şirkətin ziyanına olan bir dəyişiklikdir, bu səbəbdən də 10 il müddətinə, yəni xx.xx.2033-cü il tarixədək tətbiq edilə bilməz. xx.xx.2033-cü il tarixədək cəlb etmə müddəti 4 ay olaraq tətbiq edilməlidir. Həmçinin xx.xx.2016-cı il tarixədək olan inzibati xətalar məcəlləsinin 36.1-ci maddəsinə görə: İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilərdi. Həmçinin İnzibati xəta haqqında protokol tərtib olunarkən yalnız Xocavənd Rayon Prokurorluğunun 28 iyul 2023-cü il tarixli “Cinayət İşinin Başlanmasının X17” Qərarına istinad edilmiş, X12 tərəfindən Doruk Ökkeşin şəxsiyyəti müəyyən edilmədən, izahatı alınmadan, bəhsi keçən tarixdə Kolin İnşaat ilə əmək münasibətlərində olub-olmamasını dəqiləşdirmədən, konkret olaraq kim tərəfindən nə kimi işlərin icra edilməsinə cəlb edilibedilməməsini araşdırmamışdır, yəni formal mülahizələr əsasında protokol tərtib edilmişdir. X9 Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri müəyyən edilir. İXM-nin 101.1-ci maddəsinə əsasən "İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.” Həmin məcəllənin 102.2-ci maddəsinə əsasən “işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.” İnzibati araşdırma aparıldığı hallarda isə bu müddət 1 ayadək uzana bilər. X2 xəta üçün əsaslandığı sənəd Xocavənd Rayon Prokurorluğunun 28 iyul 2023-cü il tarixli “Cinayət İşinin Başlanmasının X17” Qərarıdırsa belə anlaşılır ki, Əmək müfəttişliyinin vəzifəli şəxsi həmin qərarla tanış olduğu zaman/dərhal inzibati xəta haqqında protokolu tərtib etməli idi. Bu müddət İXM-nin 101-ci maddəsi əsasında ən geci 1 ayadək uzana bilərdi. X6 məlum olması iş materiallarına əlavə olunmuş və təhqiqatı xx.xx.2023-cü il tarixdə bitmiş Avan Özgürün bədbəxt hadisəsinin Təhqiqat Aktında əks olunur. Lakin İnzibati xəta haqqında protokol aylar sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Habelə İnzibati xəta haqqında protokol Doruk Ökkeşin xx.xx.2024-cü il tarixdə işlərin görülməsinə cəlb edilməsi ilə bağlı tərtib edilmişdir. Qeyd olunan tarixə hələ iki aydan artıq müddət var. Doruk Ökkeşin həmin tarixdə işlərin görülməsinə cəlb ediləcəyini kimsə bilmir. Qeyd olunanlardan da göründüyü kimi, X3 Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmamışdır. Beləliklə, Məhkəmədən göstərilən halların nəzərə alınmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirik. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X8 digər nümayəndə X1 izahatına oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Doruk Okkes adlı Türkiyə vətəndaşı ilə Şəxs arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin bildirişi də həmin tarixdə sistemə daxil edilmişdir. - “Cinayət işinin başlanmasının X17” xx.xx.2023-cü il tarixli qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, X19 izahatında 09 aprel 2023-cü il tarixdə Azərbaycana gəlməsini, 10 aprel 2023-cü il tarixdən ŞəxsNDƏ dəmirçi vəzifəsində işləməsini, xx.xx.2023-cü il tarixdə də işdə olmasını bildirmişdir. - Avan Özgürün xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, komissiya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu aktı tərtib etmişdir. Həmin aktın “Bədbəxt hadisənin şəraiti” adlı 3-cü bəndində qeyd edilir: “...işləyən zaman digər işçilərin, Ökkeş Dorukun, Ali karaküçükün, Fatih Yesinin ve Ali Türkmenoğlunun onun yaxınlığında olduqlarını...”. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Cinayət işinin başlanmasının X17” xx.xx.2023-cü il tarixli qərar, bədbəxt hadisənin təhqiqat aktı, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs tərəfindən X19 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilən sübutlarla Şəxs İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X12 Xidməti Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, həmçinin Şəxs nümayəndəsinin məhkəmə iclasında göstərdiyi xüsusatlara münasibətdə aşağıdakıları qeyd edir: “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində göstərilən “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlərin 10 (on) il müddətinə qüvvəsini saxlaması barədə müddəa hazırki halda İnzibati Xətalar Məcəlləsinin məsuliyyətə cəlb etmə müddəti ilə bağlı müddəalarının hüquqi qüvvəsini istisna edən norma kimi şərh edilə və qiymətləndirilə bilməz. Həmin maddədən də görünür ki, burada söhbət “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş daha əlverişli şərtlərdən gedir. Həmin qanunlarla isə investisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatlar aydın şəkildə müəyyən edilmişdi. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsində göstərilir ki, bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikasının qanunlarının tətbiqinə xələl gətirmir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar İbadzadə