Məhkəmə qərarları › İş №3(006)-1166/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1166/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1166/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 mart 2023cü il tarixli, 00100-00416/23 EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Koreya Respublikasından Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, X9, 11-ci mərtəbə ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına SD707LO/OO409K nömrəli nəqliyyat vasitəsilə **********04 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunmuş olub XİF MN-nə görə tarixli invoysun 4, 22-25-ci mal mövqeyində olan sənədi ilə daxil olmuş “meyvə şirəsi” yükünə **********5794 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-013/0xx-xx/000575 saylı xx.xx.2023-cü il tarixli məktubun nəticəsinə əsasən **********04 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 4,22-25-ci mal mövqeyi üzrə idxal olunmuş yük XİF MN-ə görə “**********” sinifləşdirilir və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 2142.00 manat. ədv 385.56 manat, ümumi 2527.56 manat təşkil edir. Həmçinin Şəxs QSC barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-00041/23 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək iş üzrə icraata tərəflərindən xitam verilmişdir. Bununla da qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs QSC tərəfindən **********5794 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 2527.56 manat gömrük ödənişi ödəmişdir. Şəxs QSC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 2527.56 (iki min beş yüz iyirmi yeddi manat əlli altı qəpik) manat məbləğində yayınmışdır. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi A.F.Əlizadə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə Şəxs QSC tərəfindən Koreya Respublikasında fəaliyyət göstərən “OKF CORPORATİON” şirkətinin istehsal etdiyi meyvə şirələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilmişdir. Bununla əlaqədar **********5794 nömrəli gömrük bəyannaməsində idxal edilmiş malların X5 mal nomenklaturasına (XİF MN) uyğun olaraq təsnifat kodu ixracatçının təqdim etdiyi 24 noyabr 2022-ci il tarixli “COMMERCİAL İNVOİCE” fakturada olan koda əsasən göstərilmişdir. Lakin 24 yanvar 2023-cü il tarixdə, şirkətin gömrük işləri üzrə təmsilçisinə hər hansı bir məlumat verilmədən Gömrük orqanı tərəfindən gömrük ekspertizası təyin edilmişdir və ekspertizanın rəyi ilə idxal edilmiş 25 növ meyvə şirələrindən yalnız 5 ədədinin (X10, Smoothie (red), Smoothie (orange), Smoothie (yellow) və Smoothie (green)) XİF MN kodunun ixracatçının təqdim etdiyi kodla uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa, 25 yanvar 2023-ci il tarixdə Şəxs QSC tərəfindən Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “RİHA WESERGOLD GETRANKE” şirkətinin istehsal etdiyi meyvə şirələri Azərbaycan Respublikasının Gömrük ərazisir idxal edilmişdir və bununla bağlı **********8887 nömrəli gömrük bəyannaməsində idxal edilmiş malların X5 mal nomenklaturasına uyğun olaraq təsnifat kodu ixracatçının təqdim etdiyi koda əsasən göstərilmişdir. Lakin 27 yanvar 2023-cü il tarixdə, təkrarən təyin olunma səbəbi barədə şirkətin gömrük işləri üzrə təmsilçisinə hər hansı bir məlumat verilmədən komitənin əməkdaşı tərəfindən gömrük ekspertizası təyin edilmişdir və ekspertizanın rəyi ilə malların XİF MN kodunun ixracatçının təqdim etdiyi kodla uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 319.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən X5 mal nomenklaturası X1 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X6 Edilmiş Sisteminə və X2 X5 vahid mal nomenklaturasına uyğun olmalıdır. Bu səbəbdən də, tərəflərindən idxal edilmiş mallar bəyan edilən zaman ixracatçının müvafiq sənədlərlə təqdim etdiyi XİF MN-nın kodu gömrük bəyannaməsində qeyd edilmişdir. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim etməlidir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buna baxmayaraq gömrük orqanı tərəfindən Şəxs QSC-yə gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi ilə bağlı hər hansı bir bildiriş göndərilməmiş və məlumat verilmədən gömrük ekspertizası təyin edilmişdir. Lakin Gömrük Məcəlləsinin 322.9-cu maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına göndərilməsi barədə yazılı bildiriş göndərməlidir, bildirişdə həmin şəxslərin hüquq və vəzifələri izah olunmalıdır, gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə hüquq və vəzifələrinin izah olunması barədə qərarda müvafiq qeyd aparmalıdır. Bundan başqa Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin və malların gömrük rəsmiləşdirilməsi üzrə digər'əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər və həmin məcəllənin 321.3-cü maddəsinə əsasən Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmçinin bildirmişdir ki, idxalatçı kimi tərəfindən ixracatçıların təqdim etdiyi XİF MN koduna hər hansı bir müdaxilə etmək hüquqları olmadığından ixracatçının göndərdiyi fakturada qeyd edilmiş XİF MN kodunu məcbur olaraq gömrük bəyannaməsində əks etdirməli olur. Təəssüflər olsun ki, gömrük əməkdaşları yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin tələblərinə əsasən yardım göstərmək əvəzinə tərəflərindən gömrük ödənişlərindən yayınmaq niyyətinin olması qənaətinə gəlirlər. Bu məsələ ilə bağlı 07 fevral 2023-cü il tarixdə tərəflərindən Dövlət Gömrük Komitəsinin rəhbərliyinə rəsmi müraciət göndərilsə də, heç bir cavab məktubu təqdim edilməmiş və hər hansı bir tədbir görülməmişdir. Əlavə olaraq bildirir ki, uzun müddət ərzində fəaliyyət göstərən Şəxs QSC gömrük qanunvericiliyi də daxil olmaqla Azərbaycan Respublikasında qüvvədə olan bütün zəruri qanunların tələblərinə əməl etmiş və bu şəkildə fəaliyyətini davam etdirir. Qabaqcıl və gündən-günə inkişaf edən şirkət olaraq tərəflərindən heç bir zaman rəsmi gömrük ödənişlərindən yayınmaq niyyətləri olmamışdır və gömrük əməkdaşlarının tələb etdikləri rüsumları ödəməyə hazır və iqtidarında olmuşlar. Odur ki, ixracatçının təqdim etdiyi gömrük ekspertizasının rəyi ilə uyğun olmayan X5 mal nomenklaturasının kodunun tərəflərindən bəyannamədə qeyd olunmasında inzibati xəta hadisəsi olmadığından bu hal gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma kimi qiymətləndirilməməlidir. Göstərilənləri nəzərə alaraq, Şəxs QSC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə bağlı protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli, 00100-00416/23 EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Koreya Respublikasından Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, X9, 11-ci mərtəbə ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına SD707LO/OO409K nömrəli nəqliyyat vasitəsilə **********04 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunmuş olub XİF MN-nə görə tarixli invoysun 4, 22-25-ci mal mövqeyində olan sənədi ilə daxil olmuş “meyvə şirəsi” yükünə **********5794 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-013/0xx-xx/000575 saylı xx.xx.2023-cü il tarixli məktubun nəticəsinə əsasən **********04 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 4,22-25-ci mal mövqeyi üzrə idxal olunmuş yük XİF MN-ə görə “**********” sinifləşdirilir və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 2142.00 manat. ədv 385.56 manat, ümumi 2527.56 manat təşkil edir. Həmçinin Şəxs QSC barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-00041/23 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək iş üzrə icraata tərəflərindən xitam verilmişdir. Bununla da qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs QSC tərəfindən **********5794 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 2527.56 manat gömrük ödənişi ödəmişdir. Şəxs QSC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 2527.56 (iki min beş yüz iyirmi yeddi manat əlli altı qəpik) mant məbləğində yayınmışdır. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs QSC-nin ünvanına SD707LO/OO409K nömrəli nəqliyyat vasitəsilə, **********04 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunmuş XİF MN-nə görə tarixli invoysun 4, 22-25-ci mal mövqeyində olan sənədi ilə daxil olmuş “meyvə şirəsi” yükünə **********5794 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-013/0xx-xx/000575 saylı xx.xx.2023-cü il tarixli məktubun nəticəsinə əsasən **********04 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 4,22-25-ci mal mövqeyi üzrə idxal olunmuş yük XİF MN-ə görə “**********” sinifləşdirilir və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 2142.00 manat. ədv 385.56 manat, ümumi 2527.56 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 238.1-ci maddəsinə əsasən idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır; 238.2-ci maddəsinə görə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X5in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X5 X7 Şərhetmə Qaydalarına müvafiq olaraq “metalla doldurulmuş rezindən hissələr” mal mövqeləri adı altında XİF MN üzrə 4016 99 520 0 saylı kod ilə sinifləşdirilən mallara dair 15% gömrük rüsumu (tarif) dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın hallarını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 2527.56 (iki min beş yüz iyirmi yeddi manat əlli altı qəpik) manat gömrük ödənişi məbləğinin 70 faizi – 1.769 (bir min yeddi yüz altmış doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar