Məhkəmə qərarları › İş №3(006)-1169/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1169/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1169/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 mart 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ünvan 1 ünvanında yaşayan 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərara görə 1 saylı RETSİ-nin əməkdaşı tərəfindən onun Biləsuvar rayonunun inzibati ərazisində yerləşən “Mahmudçala” ovçuluq təsərrüfatında qadağan olunmuş müddətdə qanunsuz ov etməsi faktı aşkar edilmişdir. Bildirir ki, o, fərdi sahibkarlıqla fəaliyyəti ilə məşğul olur və Biləsuvar rayonu “Şorsulu” kəndinin yaxınlığında yerləşən ərazidə əkin sahələri olduğundan, oranın suvarması, eləcə digər işlərin gedişatı ilə maraqlanmaq üçün 04.03.2021-ci il tarixdə idarə etdiyi “X7” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə getmişdir. Xeyli müddət sonra uzaqdan görmüşdür ki, 1 nəfər naməlum şəxs “X7” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşın içərisinə girib oranı dağıdır. Onun yaxınlaşdığını görüb avtomaşının yük hissəsində olan 12 çarplı, “Beretta” markalı, Z-136365 nömrəli ov tüfəngini götürərək ərazidən uzaqlaşmağa çalışmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs X1r və o, Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyinin əməkdaşıdır. Onun bu qanunsuz hərəkətindən Biləsuvar RPŞ-nə müraciət edilmişdir. Ona güman etməyə əsas verir ki, Füzuli Məmmədovun maşına oğru kimi girməyi tərəfindən aşkar edilməsəydi, avtomaşında olan qiymətli əşya kağızları oğurlayacaqdı. Nəzərinizə çatdırmaq istəyirik ki, hadisə 04.03.2021-ci il tarixdə baş verməsinə baxmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 06.03.2021-ci il tarixdə qeydə alınmış, habelə işin hər tərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş və sözügedən araşdırmada iştirakmı təmin etmək üçün mənə vaxtında məlumat verilməmişdir. Belə ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ona ünvanlanan 16.03.2021-ci il tarixli, 502 saylı məktubu 12.04.2021-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Xüsusi ilə qeyd etmək istəyir ki, protokolda qeyd olunan ərazidə ov etməsini təsdiq edən nə foto nə də video çəkliş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən təqdim edilməmmişdir. Belə ki, ov edən şəxsin əlində və yaxud çiynində tüfəngi, ətrafında isə vurulan heyvanların cəsədi olardı. Halbuki, deyilənlərin heç biri olmamışdır. Bundan əlavə ona məxsus olan “X7” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşına Füzuli Məmmədov qanunsuz, heç bir əsas olmadan avtomaşının içərisini oğru kimi girməsi və vəhşicəsinə dağıtması nəticəsində avtomaşına ciddi maddi ziyan dəymişdir. Belə ki, 05.03.20201-ci “X7” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşın işə salmaq mümkün olmadığından, avtomaşın Biləsuvar royunundan Bakı şəhərinə evakuator xidməti (xidmət haqqı 300 (üç yüz) manat vasitəsilə gətirilərək “xxxx” MMC servisə qoyulmuş və 1.732 bir min yeddi yüz otuz iki min) manat məbləğində xərc çıxmışdır. Sözügedər avtomaşının saz vəziyyətə və dəymiş zərəri tam aradan qaldırmaq mümkün olmadığından yenidən avtomaşın 19.03.2021-ci il tarixdə “xxxx” MMC servisə müraciət etməli oldu və sözügedən avtomaşının təmiri üçün 1146 (bir min yüz qırx altı) manat məbləğində xərc sərv etməli olmuşdur. Beləliklə Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyinin əməkdaşı olan Füzuli Məmmədovun qanunsuz hərəkəti nəticəsində ona ümumilikdə 3178 (üç min yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş X4 tərəfindən barəmdə 06.03.2021-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında 30.03.2021 -ci il tatixli qəbul edilmiş MN № ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, eləcə də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin, eləcə də Füzuli məmmədovu Azərbaycan Respublikası qanunlarının tələblərini pozduqlarına görə barələrində müvafiq tədbir görülməli barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 3(049)- 476/2021 saylı qərardadı ilə şikayət baxılması üçün X2 yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına görə şikayət verən şəxsin yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Ak. M.Qaşqay küçəsi, ev 28, mənzil 3 olsa da, inzibati xəta hadisəsi Biləsuvar rayonu ərazisində baş vermiş, işdə isə vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Qeyd olunanlarla əlaqədar hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə, yəni Biləsuvar Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar