Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1170/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 06.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 06.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Azərbaycan Respublikası Qanunlarına tam hörmətlə yanaşaraq “xxxx” MMC protokolda səhf yazıldığı kimi deyildə “xxxx” MMC-nin yerləşdiyi ünvan 1 ünvanda ofisdə olarkən karantin qaydalarına zidd heç bir pozuntuya yol vermədiyi halda mülki geyimdə özünü Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs Karantin qaydalarının hansı qaydada pozulduğunu izah etmədən, yazdığı protokolda bunu əsaslandırmadan inzibati xəta törətdiyini və bu səbəbdən də 1500 manat məbləğdə cərimə olunmağı barədə 06.06.2020-ci il tarixli, MN ******* saylı protokol və həmin protokola əsasən verilmiş eyni tarixli, MN ******* saylı Qərarı icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Əcnəbi vətəndaş olduğu üçün özlərinin tərcüməçisini gətirmişlər, o da onun dediklərini deyil, polis əməkdaşının dediklərini protokola qeyd etmiş və baş vermiş inzibati xətanın nədən ibarət olmasını izah etmədən haqqında İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 1500 manat məbləğində cərimə edilmişdir. Protokol yazılarkən o, həmin hadisəni profilaktik tədbir kimi başa düşmüş və mahiyyətini bilmədən həmin əməkdaşın sözü ilə protokola imza atmışdır. Onu bir gecə polis idarəsində saxlayıb mənəvi təzyiqlər göstərmişlər və müxtəlif məbləğlər səsləndirib ödəməyini tələb etmişlər. Onun şirkətinin fəaliyyəti xaricdən tələbələri Azərbaycana gətirib, burada olan universitetlərə yerləşdirməkdən ibarət olmuşdur. Covid-19 ilə əlaqəli olaraq sərhədlər bağlanmış və universitetlər “online” rejimində fəaliyətə başladıqları üçün bu günə kimi heç bir fəaliyyəti yoxdur. Fəaliyyəti olan vaxtlarda Azərbaycan Respublikasının büdcəsinə xeyli gəlirlər vermişdir. Mövcud olan durumlarla əlaqəli kirayədə qaldığı evi təhvil verməli olmuş və ofis sahibi vəziyyətini başa düşərək onun həmin iki otaqdan və mətbəxdən ibarət olan ofisdə tam təmənassız qalmağına icazə vermişdir. Qeyd edir ki, ofis prospektdə deyil binaların arasında olan həyətdə yerləşir. Sərt Karantinin ilk günü qonşular həyətdə normal adi günlərdə olduğu kimi öz işləri ilə məşğul olmuşlar. Polis əməkdaşı onlara heç nə demədən təkcə onu gecə vaxtı polis idarəsinə aparmışdır. Yalnız az qala bir il ötəndən sonra Nəsimi rayon İcra şöbəsinin göndərdiyi bildirişi aldıqdan sonra cərimə olunduğunu bilmiş, çünki ona qərar təqdim olunmamışdır. Hesab edir ki, həmin Qərar haqqında şikayət verdiyi əsassız tərtib olunmuş protokola əsasən çıxarılmışdır və hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də qeyd etdiyi 06.06.2020-ci il tarixli, MN ******* saylı protokol və həmin protokola əsasən verilmiş eyni tarixli, MN ******* saylı Qərar ləğv edilməlidir. Bu halın obyektiv yanaşma olmadan qayda pozuntusunu əsaslandırmadan inzibati xəta kimi qiymətləndirilməsini qanunsuz hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Göstərilən əsaslara görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06.06.2020-ci il tarixli, MN ******* saylı qərarının qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X2 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 06.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 ünvan 2 ünvanında yerləşən ofisdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29.06.2020-ci il tarixli, 142-VİQD saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 ünvan 2 ünvanında yerləşən ofisdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 06.06.2020-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin 06.06.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1170/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1170/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver