Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1171/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, “X5 Fermer Təsərrüfatı” MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 127, mənzil 59-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “X5 Fermer Təsərrüfatı” MMC-nin və "xxxx" firmasının direktoru Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2(006)-2531/2017 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2(006)-2531/2017 saylı qətnaməsi ilə onun rəhbəri olduğu “X5 Fermer Təsərrüfatı” MMC-dən və ondan müştərək qaydada "xxxx" ASC ilə bağlanılmış xx.xx.2012-ci il tarixli, 100.LN.2004.131112.00001 saylı kredit müqaviləsi üzrə 1.380.000 manat əsas borc, 187.680 manat faiz borcu, cəmi 1.567.680 manat, xx.xx.2013-cü il tarixli, 100.LN.2004.020413.00001 saylı kredit müqaviləsi üzrə 900.000 manat əsas borc, 126.446,96 manat faiz borcu, cəmi 1.026.446,96 manat, olmaqla ümumilikdə 2.594.126,96 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Habelə, direktoru olduğu "xxxx" firmasından və ondan müştərək qaydada "xxxx" ASC ilə bağlanılmış xx.xx.2013-cü il tarixli, 100.LN.2005.020413.00001 saylı kredit müqaviləsi üzrə 315.978,52 ABŞ dolları əsas borc, 109.714,18 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 426.692,70 ABŞ dolları pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Həmin vəsaitlərin ödənilməsi ilə bağlı tutma onun və rəhbərlik etdiyi şirkətlərin mülkiyyətində olan əmlaklara yönəlmiş və 558.976,49 manat ödənilməmiş borc qalmışdır. O tam müflisləşib, heç bir yerdə işləmir və heç bir fəaliyyətlə də məşğul olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2(006)- 2531/2017 saylı icra vərəqəsinə əsasən “X5 Fermer Təsərrüfatı” MMC-dən və Şəxs müştərək qaydada xx.xx.2012-ci il tarixli, 100.LN.2004.131112.00001 saylı kredit müqaviləsi üzrə 1.380.000 manat əsas borc, 187.680 manat faiz borcu, cəmi 1.567.680 manat, xx.xx.2013-cü il tarixli, 100.LN.2004.020413.00001 saylı kredit müqaviləsi üzrə 900.000 manat əsas borc, 126.446,96 manat faiz borcu, cəmi 1.026.446,96 manat, olmaqla ümumilikdə 2.594.126,96 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Tutma ipoteka qoyulmuş “X5 Fermer Təsərrüfatı” MMC-yə məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən 3,8 ha torpaq sahəsinə və həmin torpaq sahəsində göbələk istehsalı üçün inşa edilmiş tikililərə, tikinti materiallarına və avadanlıqlara yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 1.977.290 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2145a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2147 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 2145 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2146 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2143a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2144a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş "xxxx" Firmasına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 145 saylı binanın yarımzirzəmisində yerləşən ümumi sahəsi 123,9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 242.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2144 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2143 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2142 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 0,10 ha və 0,11 ha torpaq sahələrinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 147.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. İpoteka əmlakları açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ cavabdehlər “X5 Fermer Təsərrüfatı” MMC-dən və Şəxs ümumi qaydada tutulmalıdır. Şəxs, X4, "xxxx" firması və «X5 Fermer Təsərrüfatı» MMC-dən müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. "xxxx" firmasından və Şəxs müştərək qaydada xx.xx.2013-cü il tarixli, 100.LN.2005.020413.00001 saylı kredit müqaviləsi üzrə 315.978,52 ABŞ dolları əsas borc, 109.714,18 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 426.692,7 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tutma ipoteka qoyulmuş “X5 Fermer Təsərrüfatı” MMC-yə məxsus Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən 3,8 ha torpaq sahəsinə və həmin torpaq sahəsində göbələk istehsalı üçün inşa edilmiş tikililərə, tikinti materiallarına və avadanlıqlara yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 1.977.290 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2145a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 2147 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2145 saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2146 saylı 0,06 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2143a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. Tutma ipoteka qoyulmuş Şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2144a saylı 0,06 ha torpaq sahəsinə yönəldilməlidir. Həmin əmlakın ilkin satış qiyməti 96.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalıdır. İpoteka əmlaklarının açıq satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ cavabdehlər "xxxx" firması və Şəxs ümumi qaydada tutulmalıdır. İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitləri müvafiq olaraq Şəxs, X3, "xxxx" firmasına və «X5 Fermer Təsərrüfatı» MMC-yə qaytarılmalıdır. İpoteka predmetləri satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır; • "xxxx" ASC-nin 15 mart 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs məxsus olan əmlaklar bank tərəfindən balansa götürülmüş və "xxxx" ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Şəxs və digər borcluların sözügedən icra vərəqəsi üzrə borcu 558.976,49 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat təşkil edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, “X5 Fermer Təsərrüfatı” MMC-nin və "xxxx" firmasının direktoru Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2(006)- 2531/2017 saylı icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən tam icrası yerinə yetirilmir, qalıq qalan borcu üzrə heç bir ödəniş edilmir. Bu hərəkətləri ilə də onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X5 Fermer Təsərrüfatı” MMC-nin və "xxxx" firmasının direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1171/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1171/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver