Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1173/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X3 şəxs: iştirakları ilə X3 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilir ki, Bakı şəhər X10 İdarəsinin Yol patrul xidməti inspektoru X2 xx.xx.2023-cü il tarixdə, saat 16:02-də “20 Yanvar” dairəsində X3 idarə etdiyi **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə onun barəsində protokol tərtib etmişdir. Səbəb olaraq guya o, manevr etmə qaydasını pozaraq solundan gələn nəqliyyat vasitəsini buraxmamışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin yerdə zolaqlar üzrə hərəkət etdiyi halda sol zolaqda olan nəqliyyat vasitəsi onun zolağına keçərək qəza şəraiti yaratmışdır. Hətta qaydalara əsasən o, zolağı dəyişəcəyi halda belə həmin nəqliyyat vasitəsinin sağında olduğu üçün yenə də ona yol verməli idi. Nəticədə polis əməkdaşı digər sürücüyə cərimə yazmaq əvəzinə onu saxlamışdır. O, qayda pozuntusu ilə razılaşmadığı üçün yalnız protokol tərtib edilmiş, inzibati tənbeh haqqında qərarı isə araşdırma aparıldıqdan sonra verilib-verilməyəcəyi bildirilmişdir. Eyni zamanda qərarsız verilmiş protokoldan “Asanpay” elektron kabinetdə də bu məsələ ilə bağlı şikayət yerləşdirmişdir. Protokola diqqətlə baxılsa inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə və inzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar öz əksini tapmamışdır. Bir müddət sonra “Asanpay” elektron kabinetində həmin protokolun qərarlı olması haqqında ona “smsbildiriş” gəlmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə qərardan şikayət verildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırmalı, işə onun iştirakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona sifarişli poçt ilə göndərilməli idi. Qərar elektron kabinetdə yerləşdirilmədiyindən onu kağız daşıyıcıda əldə etmək üçün o, Bakı şəhər X10 İdarəsinə müraciət edərək onu götürmüşdür. Bu zaman ona məlum olmuşdur ki, Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 xx.xx.2023-cü il tarixdə TP ******* saylı tənbeh vermə haqqında qərarı onun iştrakı olmadan qəbul etmişdir. Qərar özlüyündə sübut sayılmır. Belə ki, qanunvericiliyin tələblərinə görə bütün qərarlar sübutlara əsaslanmalıdır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Asanpay” kabinetdə əlavə olunan materiallar şəxsi kabinetə yerləşdirilməmişdir. Eyni zamanda qeyd olunur ki, “20 Yanvar” dairəsindən başqa, eyni hal Xətai prospektindən H.Əliyev prospektinə çıxışda da və digər yerlərdə anoloji olaraq təşkil olunmuşdur. Belə ki, zolaqlar üzrə sola hərəkət edən sürücülər müvafiq yerdəyişməni qabaqcadan etməlidirlər. Sonradan sürücü digər zolağa keçəcəyi təqdirdə həmin zolaqla hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Bu qaydalar dairədə hərəkət edən avtomobillər üçün də keçərlidir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, qərar polis əməkdaşları tərəfindən sübutlarsız verilmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş bir ədəd kompakt diskdəki görüntülərdən aydın olur ki, hadisə “20 Yanvar” dairəsində baş vermişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən əldə olunmuş elektron xəritəyə görə həmin ərazi Yasamal rayonuna aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X3 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1173/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1173/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver