Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1174/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkarın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 04.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu "xxxx" ASC Şirvan Kommersiya Məhkəməsinin 12.08.2010-cu il tarixli, 2(86)-187/10 saylı icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin 12.08.2010-cu il tarixli, 2(86)-187/10 saylı icra vərəqəsinə əsasən elektrik enerjisinin kəsilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş maddi zərər 510.479 manat 63 qəpik məbləğində müəyyən edilmiş, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya vurulmuş 510.479 manat 63 qəpik məbləğində maddi zərərin "xxxx" MMC-nin gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi, iddianın 11.197 manat 14 qəpik məbləğində dəymiş maddi zərərin gələcəkdə istehlak ediləcək elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi tələbi hissəsində rədd edilməsi, işə baxılması ilə əlaqədar "xxxx" MMC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh “X5 Elektrik Şəbəkəsi” MMC-dən tutularaq iddiaçıya verilməsi, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 150 manatın “X5 Elektrik Şəbəkəsi” MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Belə ki,şirkət elektrik enerjisindən istifadə etdikcə borc məbləği silinəcək. Əvvəl aralarında problem yarandığı üçün icra sənədi icra olunmamış və bu səbbədən də 01.07.2021-ci il tarixdə borclunun barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Məhkəmədə barışıq əldə olunsa da, daha sonra elektrik enerjisinin verilişi dayandırılmışdır. X6 tərəfindən "xxxx" ASC-nin hesabına 1.000 manat məbləğində pul köçürülmüşdür. Pul ödənildikdən sonra işığın verilməsi bərpa olunur. Hazırda da icra sənədi üzrə tələblər icra olunmur. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 bildirdi ki, tələbkar tərəf borcunun əvəzləşdirilməsini tələb edir. Lakin onlar bununla razılaşmırlar. Çünki tələbkar hüquqi şəxsin təsisçisinin adına başqa hüquqi şəxslər də var. Və təsisçi həmin hüquqi şəxslərin də borclarının əvəzləşdirilməsini istəyir. Bu isə mümkün deyildir. Tələbkarın 1.000 manat borcunun olması barədə heç bir məlumatı yoxdur, amma həmin borc əvəzləşdirilib. Hazırda "xxxx" MMC-nin heç bir fəaliyyəti yoxdur və abunə kodunda 8700 manatlıq mənfi var. Onlara baş idarədən məlumat verilir ki, MMC-nin borcu var. Onlar da həmin borcu əvəzləşdirib silirlər. Tələbkar tərəfindən ödənilmiş 1.000 manat da nəzərə alınacaqdır. Həmin pul əvəzləşdirməni gözləyir. Hazırda isə qətnamənin icrası ilə bağlı tələbkarlarla razılığa gəlmiş, sonuncunun "xxxx" ASC-dən şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarrın nümayəndəsi X6 bildirmişdir ki, məhkəmə qətnaməsi ilə borclu "xxxx" ASC-nin "xxxx" MMC-yə 510.479 manat 63 qəpik borcunun olması müəyyən edilmiş, onun 108.637 manatı gələcəkdə istehlak ediləcək elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilərək 401.806 manat borc qalmışdır. Lakin buna baxmayaraq "xxxx" ASC yenə də işığı kəsməyə davam etmiş və yalnız ödəniş etdikdən sonra işığı yandırmışdır. Mart ayında da 1000 manat ödəniş etdikdən sonra işığı yandırmışlar. Hazırda isə qətnamənin icrası ilə bağlı borclu ilə razılığa gəlmişlər və "xxxx" ASC-dən şikayətləri yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 12.08.2010-cu il tarixli, 2(86)-187/10 saylı icra vərəqəsinə əsasən elektrik enerjisinin kəsilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş maddi zərər 510.479 manat 63 qəpik məbləğində müəyyən edilməsi, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya vurulmuş 510.479 manat 63 qəpik məbləğində maddi zərərin "xxxx" MMC-nin gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi, iddianın 11.197 manat 14 qəpik məbləğində dəymiş maddi zərərin gələcəkdə istehlak ediləcək elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi tələbi hissəsində rədd edilməsi, işə baxılması ilə əlaqədar "xxxx" MMC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh “X5 Elektrik Şəbəkəsi” MMC-dən tutularaq iddiaçıya verilməsi, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 150 manatın “X5 Elektrik Şəbəkəsi” MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İcraata başlamaq haqqında 22.04.2021-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 12.08.2010-cu il tarixli, 2(86)- 187/10 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu "xxxx" ASC-yə göndərilmişdir. Tələbkarın nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Cəmiyyət borclu ilə razılığa gəlmiş, hal-hazırda "xxxx" ASC-dən şikayətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, icra işinin materiallarını və tələbkarın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1174/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1174/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver