Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1175/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru R.A.Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-325/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməmişdir. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru R.A.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektrik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməlidir. Xəzər Rayon Məhkəməsinin icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və həmin icra sənədi üzrə borclu "xxxx" ASC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıqlar edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi icra şöbəsinə gəlməmiş və ASC tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədi təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2lan 28 fevral 2023-cü il tarixli, 3(006)-1175/2023 saylı bildirişdən görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 3əməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (01 mart 2023-cü il tarixli reyestr nömrəsi 3). Bununla da, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən "xxxx" ASC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, "xxxx" ASC-nin yeganə hüquqi ünvanı kimi qeyd edilən ünvana bildiriş göndərilmiş və ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektrik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 325/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün "xxxx" ASC-yə xəbardarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022, və xx.xx.2022-ci il tarixli inzibati məsulliyyat haqqında xəbərdarlıqlardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün "xxxx" ASC-yə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. İş materiallarında olan tələbkar X1 Nəsimi rayon İcra şöbəsinə ünvanladığı ərizədən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektrik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilməlidir. Lakin icra sənədində qeyd olunan tələblər bugünədək icra edilməmişdir. Bu səbəbdən borclu "xxxx" ASC barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini elektrik enerjisi ilə təchiz edən qırılmış elektrik veriliş xəttinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa edilmişdir. Xəzər Rayon Məhkəməsinin icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və həmin icra sənədi üzrə borclu "xxxx" ASC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıqlar edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi icra şöbəsinə gəlməmiş və ASC tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-325/2022 saylı icra sənədi təmin olunmamışdır. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu "xxxx" ASC icra sənədlərinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan icra sənədini bugünədək icra etməməsi borclu "xxxx" ASCnin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" ASC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1175/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1175/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver