Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1176/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X2 şəxsin vəkili: iştirakları ilə X2 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilir ki, X3 07 mart 2022-ci il tarixdə özünə məxsus “VAZ 2104” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Qələbə dairəsi” istiqamətində gedərkən onu yol patrul xidmətinin əməkdaşları saxlamış və ona avtomobilində konstruksiya dəyişiklikləri olduğu bildirilib yaxınlıqdakı cərimə meydançasına müayinə üçün dəvət etmişlər. Meydançaya daxil olduqdan sonra mütəxəssis çağırılacağı bəhanəsi ilə maşını orada saxlamışlar. Sonradan ona bildirmişlər ki, məsələ 14 saylı otaqda araşdırılacaq. İki gün sonra o, həmin ünvana gələndə ona avtomobildə konstruksiya dəyişikliyi olduğu bildirilib onun 150 manat cərimə olacağını söyləmişlər. O da buna etiraz edib sənəd tələb edəndə, ona heç nə verməmişlər və məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərarla yazılmış cərimənin silinməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək əlavə olaraq göstərdi ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən o, A.Salamzadə küçəsi ilə üzü “Qələbə dairəsi” istiqamətində olan körpünün üzərindən avtomobili ilə enib Yasamal Rayon Polis İdarəsinə çatmamış saxlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə şikayətçi X2 izahatından aydın olur ki, inzibati xəta hadisəsi Yasamal Rayon Polis İdarəsinin yaxınlığında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayət verən şəxsin yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 05, mənzil 52 olsa da, şikayətçi işə onun yaşayış yeri üzrə baxılmasına dair vəsatət verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1176/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1176/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver