Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1176/2023 27.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx xxx 1999-cu ildə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Göygöl rayonu, Topalhəsənli Ərazi Dairəsi, Topalhəsənli kəndində qeydiyyatda olan və Binə sovxoz qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 25 fevral 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur.Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərdi ki, aparılmış araşdırma zamanı X4 xx.xx.2023-cü il tarixdə saat 16:39 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə özünə məxsus **-HH-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili ilə hərəkət edən zaman ondan sol zolaqda hərəkət edən **-RJ-*** dövlət qeydiyyat nişanlı “Kia Ceed” markalı avtomobilin sürücüsü Şəxs sağ zolağa ani olaraq çıxıb onun avtomobilini sıxmağa başlaması, bu zaman Nigar Cemalın ona siqnal verərək xəbərdarlıq etməsi, Şəxs isə buna məhəl qoymayaraq qərəzli şəkildə sağ zolağa keçməyə cəhd etməsi, bu zaman X1 verərək xəbərdarlıq etməsi, lakin Şəxs nalayiq ifadələr işlətməsi, hətta arxasınca gələrək təkidlə olduğu zolağa keçmək istəməsi müəyyən oluynmuşdur. Həmin vaxt Nigar Cemal mobil telefonu vasitəsi ilə hadisəni video qeydə almağa başlamış, Şəxs isə avtomobildən düşərək onun avtomobilinə yaxınlaşıb yüksək səslə avtomobilin şüşəsini aşağı salmasını tələb etmiş, daha sonra isə yaxınlıqda olan digər avtomobilin sürücüsünün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə mübahisə etməməsini bildirmiş, lakin həmin şəxs avtomobilin sol yan güzgüsünü əli ilə vurmuş, Nigar Cemal isə hadisənin daha da kəskin xarakter almasından qorxaraq avtomobili sürərək oradan uzaqlaşmışdır. Daha sonra internet və sosial şəbəkə platformasında yayılmış video materiallar nəticəsində Şəxs saxlanılmış və polis şöbəsində izahatı alındıqdan sonra əməldə inzibati xəta tərkibi müəyyən olunduğundan sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İzahatının sonunda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, “Bolt” taksi şirkətində etibarnamə əsasında idarə etdiyini **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə hərəkət edən zaman Süleyman Rüstəm küçəsinə dönmək üçün sağ yola keçən zaman ağ rəngli “BMW” markalı avtomobilin sürücüsü sonradan adını bildiyi Nigar Cemal ona siqnal verərək sağ zolağa keçməsinə mane olmuş və avtomobili öz yolu ilə sürərək ona yol verməmişdir. O avtomobilin pəncərəsini endirərək Nigar Cemala yol verməməsi səbəbindən irad bildirmiş, cavabında isə sonuncu onu nalayiq ifadələrlə təhqir etmiş və telefonla videoçəkiliş aparmışdır. O əsəbləşərək avtomobilini saxlayaraq düşüb onu hansı səbəbə nalayiq ifadələrlə təhqir etdiyini soruşmuş və ondan avtomobilin pəncərəsini aşağı salmasını tələb etmiş, bu zaman arxa sol zolaqda olan sürücü ona Nigar Cemalın qadın olması səbəbindən mübahisə etməməyi tövsiyyə etmiş, özünün isə ona cavabında Nigar Cemalın onu təhqir etməsini, yol vermədiyini bildirmişdir. Həmin şəxslə aralarındakı dialoq zamanı Nigar Cemalın avtomobili sürüb getmək istədiyini görüb ani olaraq əsəbləşərək sürücü tərəfdə olan yan güzgünü əli ilə vurmuş və Nigar Cemal isə avtomobili sürərək ərazidən uzaqlaşmışdır. O, Nigar Cemalın avtomobilini əsəbiləşdiyi üçün özündən asılı olmadan vurmuş və hadisə təxminən 7-8 dəqiqə davam etmişdir. X7 avtomoblinə yaxınlaşmaqda məqsədi sonuncu tərəfindən çəkilmiş video görüntünün sildirmək niyyəti olmuşdur. Daha sonra polis əməkdaşları onu izahatının alınması məqsədilə dəvət etdikdə o, 26 fevral 2023-cü il tarixdə saat 00:00 radələrində Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə könüllü şəkildə getmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:40 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarını araşdıraraq, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən, saat 00:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1176/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1176/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver