Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1180/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə,, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru V.Ş.Qaralov tərəfindən 28 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 28 fevral 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli, 16(006)-2/2023 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən icra edilmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru V.Ş.Qaralovun tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli e-16(006)-2/2023 saylı icra vərəqəsinə əsasən e-2(006)-979/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb qutaranadək müvəqqəti təminat tədbiri qismində S.N.Hacıyev ilə uşaqları – 09 yanvar 2015-ci il təvəllüdlü X5, 25 may 2019-cu il təvəllüdlü X2 hər həftənin bazar günü saat 12:00-dan. Saat 15:00-dək görüşüb ünsiyyətdə olmasına Şəxs maneələr yaratması qadağan edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış, qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada barədə bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına göndərilmişdir. Daha sonra cavabdehə xəbərdarlıqlar edilmişdir. Cavabdeh tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(006)- 1017/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, onların iştirakı ilə bir neçə dəfə görüş keçirilmişdir. Şəxs dəfələrlə S.N.Hacıyev ilə uşaqların sərbəst ünsiyyət qurmasına maneəçilik yaratmişdir. İcra sənədinin təmin olunması üçün tələbkar dəfələrlə ərizə yazmış və aktlar tərtib olunmuşdur. Hal-hazırda tələbkar məhkəmə qərarının tam olaraq icra edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatı var. O icra sənədi üzrə tələbi icra etmişdir. Belə ki, 2 görüş Baku Mall və Dəniz Mall-da baş tutmuşdur. Bu görüşlər icra sənədinə əsasən 3 saatdan artıq olmuşdur. Digər görüşlərdə isə tələbkar onun yaşadığı ünvana gəlmiş, o qapını açıb içəri dəvət etsə də, tələbkar içəri girməmiş və uşaqlarla qapının ağzında görüşmüşdür. Uşaqlar xəstələndiyindən o, S.N.Hacıyevə qapını örtəcəyi ilə bağlı xəbərdarlıq etdiyində, o qapının bağlanmamasını təkid etmişdir. Həmçinin bildirmişdir ki, icra sənədi üzrə tələb onun tərəfindən icra olunmuşdur. O, iki görüşdə uşaqlar özləri ataları ilə getməkdən imtina etmişdir. O, icra sənədi üzrə göstərilən tələbə dair heç bir maneəçilik göstərməmişdir. Uşaqlarla atanın ünsiyyətinə şərait yaratmışdır. Həmçinin bildirmişdir ki, oğlu Vahid getmək istəmiş, qızı Nilufərdə qardaşı olmadan atası ilə getmək istəməmiş və aralarında olan əvvəlki mübahisələrə görə atasından qorxmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.N.Hacıyev bildirmişdir ki, hər görüşlərində Şəxs uşaqlara təsiri var, sonuncu onun validenylərinə də hörmətsizlik etmiş, hər dəfə mübahisə yaratmış və uşaqlara pis təsir göstərmişdir. Qızı onunla getmək istəməsinə baxmayaraq Şəxs qoymamış, sonuncunun atası tərəfindən ona qarşı müdaxilə edilmişdir. O, Şəxs tərəfindən icra sənədinin manesiz icra edilməsini, sonuncunun uşaqlara təsir etməməsini və uşaqlarla rahat görüşünün təşkil edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli e-16(006)-2/2023 saylı icra vərəqəsindən görünür ki, e-2(006)-979/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb qutaranadək müvəqqəti təminat tədbiri qismində S.N.Hacıyev ilə uşaqları – 09 yanvar 2015-ci il təvəllüdlü X5, 25 may 2019-cu il təvəllüdlü X3 hər həftənin bazar günü saat 12:00-dan. Saat 15:00-dək görüşüb ünsiyyətdə olmasına Şəxs maneələr yaratması qadağan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli e- 16(006)-2/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli görüş aktlarından görünür ki, Şəxs uşaqların S.N.Hacıyev ilə sərbəst ünsiyyət qurmasına şərait yaratmamışdır. Bununla da 08 yanvar 2023-cü il tarixli e-16(006)-2/2023 saylı icra sənədi üzrə tələb təmin olunmamışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu Şəxs Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli e-16(006)-2/2023 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, gələcəkdə uşaqların S.N.Hacıyevin sərbəst görüşməsinə maneəçilik yaratmayacaq. Bununla bağlın Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan S.N.Hacıyevin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, sonuncunun Şəxs ilə uşaqla görüşlə bağlı aralarında razılığa gəldiklərindən sonuncu barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1017/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan S.N.Hacıyevin məhkəməyə təqdim etdiyi ərizələrində bildirmişdir ki, Şəxs uşaqların S.N.Hacıyev ilə sərbəst ünsiyyət qurmasına şərait yaratmamışdır.Bununla bağlı Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli e-16(006)-2/2023 saylı icra vərəqəsindən görünür ki, e-2(006)- 976/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb qutaranadək müvəqqəti təminat tədbiri qismində S.N.Hacıyev ilə uşaqları – 09 yanvar 2015-ci il təvəllüdlü V.S.Hacıyevin, 25 may 2019-cu il təvəllüdlü N.S.Hacıyevanın hər həftənin bazar günü saat 12:00-dan. Saat 15:00-dək görüşüb ünsiyyətdə olmasına Şəxs maneələr yaratması qadağan edilmişdir. İcra sənədi icraata daxil oldudan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Cavabdeh Şəxs ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra sənədini tam şəkildə icra etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı cavabdeh Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirməməsi kimi qiymətləndirmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1180/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1180/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver