Məhkəmə qərarları › İş №3(006)-1186/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1186/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1186/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1995-ci ildə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), işləməyən, evli, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Cadenza” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində hərəkətdə olan zaman 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qarşıdan hərəkət edən “Suzuki” markalı, 10-B-127 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Cadenza” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində hərəkətdə olan zaman qarşıda sıxlıq olduğu üçün yerdə 1.3 üfüqi nişanlanma xəttinin olduğu görməmiş, telefonuna ailə üzvlərindən zəng gəldiyi üçün narahatçılıq keçirmiş və tələsdiyinə görə xətti tapdalayıb sola geri dönmək istəyərkən sağdan hərəkət edən “Suzuki” markalı, 10-B-127 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuşdur. Bu zaman motosikletin sürücüsü yerə yıxılmış, o da dərhal ona yaxınlaşaraq xəsarətin alıb-almamasını soruşmuşdur. Sürücü də heç bir xəsarətin olmadığını bildirmişdir. Sonradan ona həmin sürücü olan Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətinin yarandığını bildikdən sonra onunla əlaqə saxlamış, barışıq əldə olunmuşdur. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxeminə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində baş vermiş, “Kia Cadenza” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.3 üfüqi nişanlanma xəttinin üzərindən sola dönərkən “Suzuki” markalı, 10-B-127 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 53 saylı rəyinə əsasən 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol baldırın və sol aşıq-baldır oynağı nahiyəsinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan hematoma halında əzilməsi, sağ əlin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümimilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür; - 05.09.2013-cü il tarixli, AE seriyalı, 900560 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B, C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - Etibarnamələrin surətlərindən görünür ki, “Kia Cadenza” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r və həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixədək Şəxs, “Suzuki” markalı, 10-B-127 dövlət qeydiyyat nişanlı motosiklet isə "xxxx" MMC tərəfindən idarə etmək üçün Zərərçəkmiş şəxs verilib; - Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi 15 mart 2023-cü il tarixli teleqramdan görünür ki, ona dəymiş zərər tam ödənilmiş, onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin İ bəndinə görə 1.1-1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar