Məhkəmə qərarları › İş №3(006)-1189/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1189/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1189/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin 10 yanvar 2023-cü tarixli, BNA ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: R.Ə.Əlizadə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(005)-519/2023 saylı qərardadına əsasən (hakim: H.E.Kamranov) R.Ə.Əlizadənin edərək Bakı Nəqliyyat Agentliyinin 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında qərarlar qəbul edilməsi barədə məlumat aldıqdan sonra Bakı Nəqliyyat Agentliyi ilə telefonla əlaqə saxlamış, asanpay vasitəsilə şikayətlərini göndərmiş və həmin qərarların ona email və ya hansısa digər rabitə vasitələrindən təqdim edilməsini xahiş etmişdir. Qərarlar ona rəsmi qaydada təqdim edilməmişdir. Onun müraciətindən sonra email ilə təqdim edilmişdir. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ş.Əzizbəyov küçəsində sürücü avtomobilin içərisində olarkən, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Xan Şuşinski küçəsində, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, S.Mehdiyev küçəsində başqa bir hüquqi şəxsə məxsus olduğu halda təxminən 1 il müddət keçdikdən sonra başqa bir şəxsə protokol tərtib edilməsi qanuna zidd haldır. Həmin inzibati xətanın **-AH-*** saylı avtomobillə törədildiyi qeyd edilmiş və inzibati xəta olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddənin tələblərinin pozulması qeyd edilmisdir. Avtomobilin mülkiyətçisi “QARANT AUDİT MÜHASİBAT KONSALTİNQ“MMC olan dövrdə şəkillər çəkildiyi və asanpayda 2022-ci ilin yanvar ayına aid olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində 3 cərimə qərarı email ilə ona göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.1ci maddasinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasən qararın sürəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Azərbaycan Respublikası İXM-nin 81.2-ci maddəsinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, yol hərəkəti qaydalar, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vəsitalar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Lakin səlahiyyətli orqan tərəfindən İXM-nin göstərilən müddaalarına riayət edilməmiş qanunamüvafiq protokol va qərar tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzrə xətaların foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin həmin Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmadığından BNA ******* saylı xx.xx.2023-cü il tarixli qərarların ləvğ edilməsini həmin orqandan xahiş etmişdir. Lakin göstərilən hallar inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Bununla əlaqədar qeyd etmişdir ki, BNA-nın istinad etdiyi Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsindən görünür ki, hazırki icraatda inzibati xəta hadisəsi BNA-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən bilavasitə aşkar edilməlidir (bu həmin normanın imperativ qaydasıdır). BNA-nın əməkdaşları tərəfindənd də ona ünvanlanan müraciəti diqqətlə araşdırılsaydı müəyyən edə bilərdi ki, həmin normada qeyd olunduğu kimi o, nəqliyyat vasitəsinin yanında deyil, hətta bilavasitə avtobilin sükanın arxasında olmuşdur. Odur ki, İXM-in 124cü maddəsinin əksinə olaraq heç bir səlahiyyatli vəzifəli şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hüquq pozuntusunu qeydə almamışdır. Bununla da, İXM-in 124.5 və 124.6-cı maddələrinə əsasən həmin Məcəllənin 346.2-ci maddəsi üzrə xətanın aşkar edilməsi üçün iki halın olması tələb olunur: birincisi, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmamalıdır; ikincisi isə həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmalıdır. BNA-nin verdiyi cavabdan da məlum our ki, BNA-nin əməkdaşı inzibati inzibati xəta üzrə icraatı İXM-in 124-cü maddəsinə əsasən aparmamış və belə halları da protokolda qeyd etməmişdir. Beləliklə icraatın İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında aparılması iş üzrə sübüt kimi göstərilə bilməz və qərar birmənalı olaraq ləvğ olunmalıdır. Həmin qərarlar İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında tərtib edilmişdirsə, bu zaman səlahiyyəti vəzifəli şəxs tərəfindən həmin normalarda qeyd olunan hər iki halın olması müəyyən olunmalı və imtina cavabında da təqdim olunmalı idi, lakin BNA-nın əməkdaşları tərəfindən bununla bağlı nəinki heç bir sübut təqdim edilməmiş, əksinə fotolardan da görünür ki, idarə etdiyi nəqliyyat vasitəsi birinci cərgədə dayanaraq yol hərəkəti iştirakçısına heç bir maneə törətmir, hətta törətsə belə BNA-nın əmakdaşı yaxinlaşmamışdır. Bundan əlavə, internet vasitəsilə isə "Asanpay" elektron kabinetinə daxil olmuş inzibati xətanin fotolarından müəyyən oluna bilər ki, sükan arxasındadır. Göstərilənlərə əsasən 10 yanvar 2023-cü tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Nəqliyyat Agentliyinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, R.Ə.Əlizadə yaşadığı ünvan kimi qeyd edilən ünvan 1a Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 15 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, R.Ə.Əlizadəyə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının küçirilməsi vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Şikayətçinin yaşadığı ünvanı kimi qeyd edilən ünvan 1a bildirişlər göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.Ə.Əlizadə 26 yanvar 2022-ci il tarixdə, saat 16:52-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Mercedes Benz E250” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi BNA-nın “Hikvision DS-2DF82361X-AELW” markalı TŞ kameraları vasitəsi ilə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş foto-şəkildən müəyyən edilir ki, R.Ə.Əlizadənin idarə etdiyi “Mercedes Benz E250” minik markalı, **-AH- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkəti uzaqdan çəkilişlə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.Ə.Əlizadə 26 yanvar 2022-ci il tarixdə, saat 16:52-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- Ş.Əzizbəyov küçəsinin kəsişməsində “Mercedes Benz E250” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, BNA-nın əməkdaşları tərəfindən onun orada olması və Azərbaycan Respublikasının İXM-nin 124.6-cı maddəsi nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi bilavasitə BNA-nın səlahiyyətli əməkdaşları tərəfindən deyil, TŞ şəhər kameraları vasitəsi ilə aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə əsasən həmin Məcəllənin 346.1-ci maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsinin yanında olmadığı və səlahiyətli şəxs tərəfindən bilavasitə bort kompuyer və ya planşet kimi texniki vasitələrlə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta hadisəsini aşkar etdiyi hallarda yaranır. İşin hallarından göründüyü kimi, hazır ki, halda inzibati xəta hadisəsi BNA-nın səlahiyyətli əməkdaşı tərəfindən deyil, TŞ kameraları vasitəsi ilə foto çəkiliş aparılmaqla aşkar edilmişdir. Belə olan halda R.Ə.Əlizadənin əməlində ona istinad edilən inzibati xəta üzrə icraat inzibati xətalara dair qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar şikayətçi R.Ə.Əlizadənin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124cü maddələri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən (İXM-nin 124-cü maddəsi inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) Bu Məcəllənin 346.1“346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü“maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati“tənbeh vermə haqqında qərar“çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin“qərarın“surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.“İnzibati tənbeh vermə haqqında qərar“operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin“qərar“barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, R.Ə.Əlizadə tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla həmin inzibati xətanı yerində aşkar etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və R.Ə.Əlizadə barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi R.Ə.Əlizadənin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 10 yanvar 2023cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin 10 yanvar 2023-cü tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar