Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1190/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin MN seriyalı, ******* nömrəli xx xxxxx 2020-ci il tarixli inzibati tnbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin MN seriyalı, ******* nömrəli xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılır ki, o, xx.xx.2020-ci il tarixində Zabrat dairəsində saxlanılmış və ondan sənədləri tələb edilmişdir. O, şəxsiyyət vəsiqəsini və elektron icazə snədini polislərə təqdim etmişdir. Yoxlama nəticəsində onun icazəsinin olmadığı ona bildirilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq 100 manat miqdarına inzibati cərimə tətbiq edilmişdir. Halbuki, onun iş yerindən icazəsi alınmışdır. O, həmin günün səhəri yaranmış bu anlaşılmazlığı aydınlaşdırmaq üçün iş yerindən maraqlanmış və aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ona icazə sənədi alınarkən rəsmiləşdirmə köhnə şəxsiyyət vəsiqəsi üzərindən aparılmış, yoxlama zamanı isə artıq yeni şəxsiyyət vəsiqəsi qüvvədə olduğundan təqdim edilmiş sənəd üzrə heç bir icazə sənədi tapılmamışdır. Bundan sonra o, zəruri olan bütün sənədləri toplayaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə yaxınlaşaraq, barəsində tərtib edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən ona bildirilmişdir ki, qanunvericiliyə əsasən onların belə bir səlahiyyətləri yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin dəlillərini müdafiə edərək, hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin MN seriyalı, ******* nömrəli xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılması xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru kamran İsmayılov tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xx.xx.1983-cü təvəllüdlü Vət. X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Zabrat dairəsində karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Kamran İsmayılov tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. -icaze.e-gov.az portalından çıxarışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş üçün icazə verilmiş, icazə verilən zona Bakı şəhəri, vəzifəsi elektrik, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 90UD765 qeyd edilmişdir. -Əmək müqavilənin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi X4 işəgötürən X1 tərəfindən xx.xx.2015-ci il tarixədən Mənzil Komunal İstismar Sahəsində elektrik vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi qüvvədədir. Beləliklə məhkəmə iclasında X2 şikayətində irəli sürülən dəlillər əsasında müəyyən olundu ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən qabul edilmiş hazırda mübahisələndirilən qərar qəbul edilən zaman X2 iş icazəsi olmuş, lakin səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman ilk növbədə inzibati xəta hadisəsinin olub-olmaması, inzibati xətanın törədilib-törədilməməsi, sonra inzibati xətanı törətmiş şəxs, daha sonra isə digər zəruri hallar müəyyən edilməmiş və müvafiq sübutlar toplanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 211-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərinin pozulmasına görə - yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin X2 barəsindəki xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, xx xxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1190/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1190/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver