Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1192/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ S/N: 002 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Elməddin Hüseynov Məhkəmənin adı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=beb8b071547d4bc3860edb18cac9977c Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 1 / 3 İD: ******* Azərbaycan Respublikası adından QƏRAR BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri İş № 3(006)-1192/2024 xx.xx.2024-cü il Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Xaçmaz şəhəri, Nərimanov rayonu, H.X.Fərzəliyev küçəsi ev 9-da qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 5, mənzil 42-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 4-də yerləşən «Nar Mobile» adlı obyektdə X4 məxsus 300 manat dəyərində «Samsung A12» markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, 17 mart 2024- cü il tarixdə X6 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu S/N: 002 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Elməddin Hüseynov Məhkəmənin adı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=beb8b071547d4bc3860edb18cac9977c Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 2 / 3 Polis Şöbəsinə müraciət edərək, 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 4-də yerləşən «Nar Mobile» adlı obyektdə «Samsung A12» markalı mobil telefonun “Ceyhun” adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olmuş və o, saxlanılaraq şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 17 mart 2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 4-də yerləşən «Nar Mobile» adlı obyektin ətir satılan hissəsində işləyən tanışı Taleh Rüstəmovu görmüş və onunla salamlaşıb ətir istəmişdir. Taleh Rüstəmov ətiri hazırlayarkən telefonuna zəng gəlmiş və sonuncu telefonla danışdıqdan sonra «Samsung A12» markalı mobil telefonu vitrinin üzərində nəzarətsiz qoyaraq digər müştərilərlə maraqlanmışdır. O, «Samsung A12» markalı mobil telefonun nəzarətsiz vəziyyətdə olduğunu görüb oğurlamış və ərazidən uzaqlaşmışdır. Daha sonra həmin mobil telefonu tanımadığı şəxsə ucuz qiymətə satmışdır. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Hal-hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 4-də yerləşən «Nar Mobile» adlı obyektin ətir satılan hissəsində işləyərkən Şəxs obyektə daxil olaraq ondan ətir istəmişdir. Daha sonra onun «Samsung A12» markalı mobil telefonuna zəng gəlmiş, o da telefonla danışdıqdan sonra həmin telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra içəri başqa müştərilər daxil olduğundan onlarla maraqlanmış və bir müddət sonra Şəxs obyektdə olmadığını müşahidə etmişdir. Həmin vaxt qeyd olunan «Samsung A12» markalı mobil telefonun oğurlandığını aşkar etmiş və bu barədə 17 mart 2024-cü il tarixdə Nəsimi RPİnin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında HK-1/771 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S/N: 002 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Elməddin Hüseynov Məhkəmənin adı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=beb8b071547d4bc3860edb18cac9977c Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3 / 3 Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 19 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1192/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1192/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver