Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1193/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs «xxxx» Firmasının direktoru X2 nümayəndəsi və vəkili «FİDES» Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 18 dekabr 2020ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan «xxxx» Firmasının direktoru X2 nümayəndəsi və vəkili «FİDES» Vəkil Bürosunun vəkili Nümayəndə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» Firmasının direktoru X2 nümayəndəsi və vəkili «FİDES» Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 18 dekabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Firmasının direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X8 tərəfindən barəsində inzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında həmin İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən, barəsində 700 (yeddi yüz) manat məbləğində tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol və onun əsasında qəbul edilmiş qərardan şikayət verilərək, “xxxx” Firmasının direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X8 tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokolun və həmin protokol əsasında 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və "xxxx” Firmasının direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 3(005)-776/2021 saylı qərardadı ilə şikayət geri qaytarılmış və qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayətçi mübahisələndirdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan protokol tərtib edilsə də, onun əsasında qəbul edilmiş qərar bu günədək X5 təqdim edilməmiş, eləcə də yaşadığı ünvana göndərilməmişdir. Hansı ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsində qeyd olunur ki, “İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir”. Qeyd olunanları nəzərə alaraq, 02 aprel 2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə müraciət olunaraq, “xxxx” Firmasının direktoru X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş qərarın rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. Lakin müraciətinizə baxmayaraq, bu günədək qərar bizə göndərilməmiş, eləcə də, tərəfimizdən rəsmi qaydada əldə edilməmişdir. Beləliklə, tərəflərindən həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilmə müddəti ötürülməmişdir. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın surətini şikayət ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət edirlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, prokotol tərtib edərkən X11 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X8 ona əsaslanmışdır ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələbi pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol əsasında qəbul edibmiş 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və “xxxx” Firmasının direktoru X2 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məlumat üçün bildirmək istəyir ki, X10 28 oktyabr 2020-ci il tarixdə elektron qaydada “sosial.gov.az” saytına müraciət edərək, 18 fevral 2019-cu il tarixdən “xxxx” Firmasında işlədiyini, 2019-cu ilin sentyabr ayından etibarən aylıq əmək haqqının 1000 AZN təşkil etdiyini, 2020-ci ilin mart aymadək maaşını tam şəkildə aldığını, aprel və may ayları üçün 60 faiz, iyun ayı üçün 100 faiz aldığını, iyul, avqust, sentyabr, oktyabr tam, aprel və may ayları üçün qalan hissənin ödənilmədiyini bildirmiş və pandemiya dövründə əmək haqqının hansı qaydada ödənilməsi barədə məlumat verilməsini xahiş etmişdir. X3 müraciəti əsasında “xxxx” Firmasının direktoru X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X8 tərəfindən yuxarıda qeyd olunan protokol tərtib edilmiş və onun əsasında sözügedən qərar qəbul edilmişdir. Qeyd olunan protokolun və onun əsasında qəbul edilmiş qərarın əsassızlığı ilə bağlı ilk növbədə bildirmək istərdim ki, “xxxx Firması turizm fəaliyyəti ilə məşğul olan şirkətdir və koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə fəaliyyəti məhdudlaşdırılmış ilk və əsas sahələrdən biridir. Belə ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 1-ci bəndinə əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020- ci il saat 00:00-dan 20 aprel 2020ci il saat 00:00-dək dayandırılmış və həmin Qərarla fəaliyyətinə icazə verilmiş qurumların siyahısında turizm sahəsinin adı qeyd olunmamışdır (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının surəti əlavə olunur). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının icrası ilə əlaqədar “xxxx” Firmasının fəaliyyəti tamamilə məhdudlaşmış, ofis bağlanmış, işçilər heç bir iş yükü ilə yüklənməmişlər və əmək fəaliyyəti ilə məşğul olmamışlar. X10 da daxil olmaqla heç bir işçi 01 aprel 2020-ci il tarixdən bu günədək işə çıxmamış, heç bir işlə yüklənməmiş və əmək fəaliyyəti ilə məşğul olmamışlar. Lakin buna baxmayaraq, Koronavirus (COVİD-19) pandemiyasmm və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında dövlət tərəfindən edilmiş yardım hesabına X10 heç bir əmək fəaliyyəti göstərmədən 4 ay ortalama 55-56 faiz olmaqla əmək haqqı ilə təmin edilmişdir. Belə ki, X10 2020-ci ilin aprel ayı üzrə 568,19 AZN, may ayı üzrə 568,26 AZN, iyun ayı üzrə 545,79 AZN və iyul ayı üzrə 545,79 AZN əmək haqqı ilə təmin edilmiş, növbəti aylarda isə Maliyyə Nazirliyi tərəfindən edilən yardımlar dayandırıldığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə fəaliyyəti tamamilə məhdudlaşdırılmış və heç bir gəliri olmayan “xxxx” Firmasının ödəmə qabiliyyəti olmadığından əmək haqqının verilməsi Firmanın risk dairəsinə aid olmayan səbəblərdən mümkün olmamışdır. Beləliklə, dünyada davam edən Pandemiya şəraitində “xxxx” Firması da ciddi maliyyə böhranı yaşayır və bu səbəbdən əmək haqqını ödəmək iqtidarında deyil. Həmin Sərəncamda həmçinin qeyd edilir ki, Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Eyni zamanda həmin Sərəncamla Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılması nəzərdə tutulmuş və Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin, Azərbaycan Respublikası Maliyyə nazirinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin, Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərlikləri ilə İşçi Qrupların yaradılması nəzərdə tutulmuş və işçi qruplarına pandemiyadan zərər çəkməsi ehtimal olunan subyektlərə dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır. Lakin, sözügedən Sərəncamla pandemiyadan zərər çəkməsi ehtimal olunan subyektlərə dövlət dəstəyinin göstərilməsinin tapşırılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən bu tapşırıqların yerinə yetirilməsinin tam əksinə olaraq, ən böyük maliyyə böhranı ilə üzləşən turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektinə əlavə olaraq cərimə tətbiq edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, X10 02 noyabr 2020-ci il tarixdə yazdığı ərizə əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, 06 noyabr 2020-ci il tarixdən “xxxx” Firmasında tutduğu “Menecer” vəzifəsindən azad edilmiş, işdən azad edilərkən son haqq-hesab da Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq hesablanıb 948,38 AZN olmaqla sonuncu günü, yəni 06 noyabr 2020-ci il tarixdə ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, X10 ilə əmək müqaviləsinə xitam verilərkən “xxxx” Firması tərəfindən son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələbinin pozulması halı aşkar edilmir. 2020-ci ilin avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqının tam, aprel və may ayları üzrə qalan hissənin ödənilmədiyi səbəbindən isə “xxxx” Firmasının direktoru X2 barəsində inzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib edilməsi və həmin protokol əsasında qəbul edilmiş 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının surəti əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.4-cü bəndində isə qeyd edilir ki, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin. Həmçinin Qərarın 1.5-ci maddəsində də qeyd edilir ki, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin. Göründüyü kimi, Nazirlər Kabinetinin Qərarında fəaliyyətinə icazə verilən və verilməyən sahələr üzrə əmək münasibətləri fərqləndirilir. Fəaliyyətinə icazə verilməyən sahələrdə işəgötürənlərə ciddi tövsiyə olunur ki, işçilərin əmək haqlarının saxlanılması prosesini həyata keçirsin. Təbii ki, Nazirlər Kabinetinin Qərarında dövlət qurumlarında olduğu kimi, özəl sektora işçilərin əmək haqqılarının ödənilməsi mütləq tələb kimi qoyula bilməz. O səbəbdən də, işə gəlməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyyə olunur. Burada isə məqsəd Qərarın 1.5-ci maddəsinə uyğun olaraq imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələrinin təmin edilməsi və bunun müqabilində onların əmək haqlarının saxlanılmasıdır. Göründüyü kimi, Qərarla fəaliyyətinə icazə verilməyən sahələrdə ümumiyyətlə işləməyən və imkan oduqda öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləyən işçilərin də əmək münasibətləri fərqləndirilmişdir. Bu səbəbdən də, işçilərin əmək haqqılarının ödənilməsi mütləq tələb kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2.1-ci maddəsinə görə, müqavilənin bağlandığı məqamda tərəflərin şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmələri, 422.2.2-ci maddəsinə görə, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəfin müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməməsi, 422.2.3-cü maddəsinə görə, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsinin tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozması və maraqlı tərəfə o qədər zərər vurması, eləcə də müqavilə bağlanarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Eyni zamanda, turizm sahəsinin pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri olduğuna və bu sahədə işləyənlərin əmək haqlarının verilməsində yaranmış problemlərlə bağlı müxtəlif görüşlərdə ölkə başçısının səsləndirdiyi fikirləri məhkəmənin diqqətinə çatdırmaq istərdi. Belə ki, 17 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti X21 və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən videobağlantı formatında iclasda ölkə başçısı çıxışında bildirmişdir ki, “Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyubdur. Bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirib və bu xəstəlik sərhədlər tanımır”... Daha sonra X15 çıxışında qeyd edmişdir ki, “Bunu nəzərə alaraq, biz əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əmək haqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir”. Göründüyü kimi ölkə Prezidentinin çıxışlarında da, yalnız Dövlət sektorunda işləyənlərin əmək haqlarının ödənilməsi mütləq əsas kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Yuxarıda göstərilənlərdən və qeyd olunan maddi hüquq normalrınm tələblərindən aydın şəkildə görünür ki, “xxxx” Firması risk dairəsinə daxil olmayan səsəblərdən ödəmə qabiliyyətini itirdiyinə görə, müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına görə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə yalnız tövsiyə edildiyindən, yəni əmək haqlarının saxlanılması mütləq əsas kimi qoyulmadığından Firmanın direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında 08 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib edilməsi və həmin protokol əsasında qəbul edilmiş 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən ona 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən X4 Bakı şəhər İdarəsinin rəisi X6 qəbul etdiyi MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs «xxxx» Firmasının direktoru X2 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X9 barəsində X4 Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 18 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyin tələbi pozulmuşdur. Nəticədə «xxxx» Firmasının direktoru X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilən 09 fevral 2021-ci il tarixli hesabdan çıxarışdan və “xxxx” Firması işçilərinin müxtəlif aylar üzrə əmək haqqı hesablama cədvəlindən görünür ki, “xxxx” Firması tərəfindən X7 əmək haqqı işləmədiyi aylar üzrə dövlət yardımı hesabına ödənişlər edilmişdir. Beləliklə məhkəmə o, nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, X7 ödəniş edilməsi məqsədilə “xxxx” Firması tərəfindən işləmədiyi aylar üzrə dövlət yardımı hesabına ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, faktla bağlı tərtib edilmiş 18 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 18 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Bakı şəhər İdarəsinin rəisi X6 qəbul etdiyi MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1193/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1193/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver