Məhkəmə qərarları › İş №3(006)-1195/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1195/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1195/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(006)-1195/2025 saylı qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Hüquq idarəsinin rəisi İslam Həsənzadə tərəfindən şikayət verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(006)- 1195/2025 saylı qərarının ləğv edilməsi və Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, natamamlığın aradan qaldırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 3(006)-1195/2025 saylı iş xx.xx.2025-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol İXM-nin tələbləri pozulmaqla qeyri-obyektiv və natamam aparılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclaslarında və X2 Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında da 25 sentyabr 2024-cü il tarixdə Şəxs MMC-də işləməsi barədə hər hansı izahat verməmişdir. X2 Xidməti tərəfindən Zərərçəkmiş şəxs izahatı təhrif edilmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar onu işə cəlb edən Cəmil və Zamin adlı şəxslərə məlumat verdiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə prosesləri zamanı Şəxs MMC-də 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində işləyən işçilərin siyahısı təqdim olunmuş, həmin siyahıda nə Cəmil, nə də Zamin adlı şəxslə əmək müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Qeyd edilənləri X2 Xidməti müvafiq elektron sistemdən də müəyyən edə bilərdi. Bununla yanaşı, X2 Xidməti Cəmil və Zamin adlı şəxslərin şəxsiyyətini, iş yerlərini müəyyən edərək onların da izahatını almalı olduğu halda bunu etməmiş, zərərçəkmiş şəxsin hadisə baş verdiyi vaxtdan 4 ay sonra verdiyi izahata əsasən protokol tərtib etmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunarkən Şəxs MMC-nin hüquqları kobud şəkildə pozulmuş, məsələyə münasibəti öyrənilməmiş, başqa sözlə, araşdırma qərəzli, qeyri-obyektiv və natamam aparılmamışdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 25 sentyabr 2024-cü il tarixdə Faiq adlı dostunun vasitəsilə Cəmil və Zamin adlı şəxslərlə tanış olmuş, sonuncular da ona “COP- 29” tədbiri ilə bağlı Bakı Olimpiya Stadionunda iş təklif etmişlər. Həmin tarixdən o, Bakı Olimpiya Stadionunda işləməyə başlamışdır. Onun işi maşınlardan stol-stul boşaltmaq olmuşdur. O, həmin vaxt hər hansı şirkətə bağlı işləməmiş, gündəlik 20-25 manat civarında Zamin adlı şəxsdən maaş almışdır. xx.xx.2025-ci il tarixdə isə “X-ray” aparatını daşıyarkən əli əzilmişdir. Bununla bağlı o Cəmil və Zamin adlı şəxslər tərəfindən tibbi müayinəyə aparılmış və onda heç bir ciddi zədə aşkar olunmamışdır. Xəstəxanada ondan heç bir məlumat alınmamış, şəxsiyyət vəsiqəsi tələb olunmamış, onun ad-soyadını isə onu Cəmil söyləmişdir. O, xəstəxanada olan zaman Şəxs MMC-də işlədiyini bildirməmiş və həmin vaxta bu şirkəti belə tanımamışdır. Hadisədən 4 ay sonra bu ilin fevral ayında onu X2 Xidmətinə çağırıb məsələ barədə izahatını almışlar və bu zaman o, onu işə cəlb edən Cəmil və Zamin adlı şəxslər barədə məlumat vermişdir. X2 Xidmətinin əməkdaşı ondan harada işlənməsini soruşduqda o, 04 oktyabr 2024-cü il tarixdən əmək müaviləsi əsasında Şəxs MMC-də işlədiyini bildirmişdir. Lakin, hadisə baş verən gün Şəxs MMC-də işləməsi barədə hər hansı izahat verməmişdir. Belə ki, onun hadisə baş verən vaxt Şəxs MMC ilə əlaqəsi olmamışdır. O, hadisənin ertəsi günü stadiona gələn zaman onu işlə təmin edən şəxsləri tapa bilməmiş, daha sonra şirkətlərin ofislərini görüb işlə bağlı yaxınlaşmış və Şəxs MMC-də ona fəhlə işi verilə biləcəyi deyilərək 04 oktyabr tarixdə onunla əmək müqaviləsi bağlanılmışdır. Onun ümumiyyətlə əlindən aldığı cuzi zədə ilə bağlı heç kimdən şikayəti olmamış və bununla əlaqədar hansısa orqana da müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, X2 Xidməti tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, protokol tərtib edilərkən barəsində protokol tərtib olunan şəxsin izahatı alınmamış, iştirakı təmin olunmamış və ya dəvət edilməsini və məktubun çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdiyi Cəmil və Zamin adlı şəxslərin şəxsiyyətləri müəyyən edilərək izahatları alınmamış, sonuncuların hadisə baş verən gün harada işləməsi, hansı şirkətin əməkdaşları olması, sonuncuların Şəxs MMC-də işləyib-işləməsi, Zərərçəkmiş şəxs hadisə baş verən gün hansı şirkət tərəfindən işə cəlb edilməsi, hadisə baş verən gün ətrafda olan şəxslərin əhatə dairəsi müəyyən edilərək, həmin şəxslər şahid qismində dindirilməmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati İnzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinə qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar