Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1196/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, xx.xx.1960-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 11/1 ünvanında yerləşən ofisdə keçirilən planlı yanğın-texniki müayinə zaman icarədar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 11/1 ünvanında yerləşən Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birliyi Əmlak Hərrac Mərkəzinin rəhbəri Şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC 2024-cü ildən yeni ofis binası kimi ünvan 3 ünvanında fəaliyyət göstərir. Həmin fəaliyyət dövründə ilk dəfə olaraq 18 fevral 2025-ci il tarixində 2-ci Ərazi X3 İdarəsinin DYNŞ-nin böyük inspektoru Mahir Qasımov, eləcə də həmin İdarənin DYNŞ-nin inspektoru Şəmsi Oruclu 17 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixə kimi müayinə aparmaq üçün 12 fevral 2025-ci ildə qəbul olunmuş qərarı 18 fevral 2025-ci il tarixində "xxxx" MMC-nin növbətçi xanımına təqdim etmişdir. X2 vaxtından gec olaraq yəni, 12 fevral 2025-ci il tarixdə qəbul etdiyi qərarı 18 fevral 2025-ci il tarixdə təqdim etmişdir. (həmin qərarda göstərilir ki, müayinə 17 fevraldan 21 fevral 2025-ci il tarixinə kimi aparılacaq, deməli qərar onlara müayinə müddəti başlandıqdan 1 gün sonra təqdim olunmuşdur) X5 vaxtından bir gün gec təqdim etdiyi qərar da göstərilən müddətdən bir gün sonra, yəni 19, 20 fevral 2025-ci il tarixilərində müayinə üçün ofisə yaxınlaşmalı olduğu halda əksinə yaxınlaşmamışdır. Ofisin daxilində və xaricində quraşdırılmış videokameralardan da göründüyü kimi X5 qərardakı müayinə müddəti bitdikdən sonra, yəni 21 fevral 2025-ci il tarixində günün ikinci yarısında ofisə yaxınlaşmışdır. "xxxx" MMC Ədliyyə Nazirliyinin İcra Xidmətinin sifarişləri əsasında fəaliyyət göstərir. Məlumdur ki, 2024-cü ilin may ayından Ədliyyə Nazirliyinin İcra Xidməti yeni struktur dəyişikliyi ilə əlaqədar hərraclara sifarişlərin göndərilməsini məhdudlaşdırmışdır. 2025-ci ilin yanvar ayından "xxxx" MMC maliyyə çətinliyi ilə əlaqədar işçilərə əmək haqqı ödəmək iqtidarında olmadığı üçün müvəqqəti olaraq öz fəaliyyətini məhdudlaşdırmış və əməkdaşlarım öz hesablarına məzuniyyətə göndərmişdir. Növbəti dəfə növbədə olan əməkdaş "xxxx" MMCnin hüquqşünası X1 həm təhsil məzuniyyəti ilə əlaqədar, həm də hava şəraiti kəskin olduğu üçün və işə çıxmasına heç bir zərurət olmadığı halda 2-ci Ərazi X3 İdarəsinin DYNŞ-nin böyük inspektoru Mahir Qasımovun, eləcə də həmin İdarənin DYNŞ-nin inspektoru Şəmsi Oruclunun təqdim etdikləri qərara əsasən 19-20 fevral 2025-ci il tarixlərində onların ofisdə müayinə aparmalarına şərait yaratmaq üçün ofisdə olmuşdur. Lakin 19-20 fevral 2025-ci il tarixlərində sözügedən İdarənin əməkdaşları X5 və Şəmsi Oruclu "xxxx" MMC-nin ofisinə yaxınlaşmamışdırlar, (bunların hər biri videogörüntülərdə öz təsdiqini tapır) "xxxx" MMC-nin videogörüntülərindən görünür ki, 2-ci Ərazi X3 İdarəsinin əməkdaşları yalnız qərarda göstərilən müayinə vaxtı bitdikdən sonra, yəni 2025-ci ilin fevral ayının 21-də günün ikinci yarısında "xxxx" MMC nin ofisinə yaxınlaşmışlar. Bu zaman hava şəraiti ilə əlaqədar və ofisdə zərurət olmadığı üçün heç kim, yəni növbətçi işçi olmamışdır. 2-ci Ərazi X3 İdarəsinin DYNŞ-nin böyük inspektoru Mahir Qasımov, eləcə də həmin İdarənin DYNŞ-nin inspektoru Şəmsi Oruclu qanunamüvafıq, ədalətli şəffaf müayinə aparmaq üçün mütləq onlar qabaqcadan yazılı surətdə rəsmi müraciət edib hansı sənədlərin, hansı cihaz və avadanlıqların ofisdə zəruri olması barədə "xxxx" MMC-ni məlumatlandırmalı və təlimatlandırmalı idilər. Lazım olan sənədlərin, cihazların, avadanlıqların siyahısını verməli və bunların hazırlanması üçün vaxt verməli idilər. Lakin onlar öz vəzifə borclarım yerinə yetirməmişdirlər. Həmin zaman ölkədə hava şəraitinin kəskin olduğu hamıya bəllidir, X5 və Şəmsi Oruclu şəffaf bir müayinə aparmaq istəsəydilər ofisin telofon nömrələri və ya e-mail vasitəsi ilə də ofislə əlaqə saxlayıb vaxt müəyyən edib gəlib müayinə apara bilərdilər. 2-ci Ərazi X3 İdarəsinin DYNŞ-nin böyük inspektoru Mahir Qasımov, eləcə də həmin İdarənin inspektoru Şəmsi Oruclunun öz maraqlarına görə bizə qarşı tərtib etdikləri o sənədlərdən heç bir xəbəri yoxdur, sənədləri görməmiş, tanış deyil. Çünki həmin sənədləri onlara heç kim təqdim etməmişdir. 2-ci Ərazi Dövlət Yanğm Nəzarəti İdarəsi tərəfindən məhkəməyə təqdim olunan məktubda protokolun, eləcə də aidiyyəti sənədlərin ona təqdim olunması öz əksini tapsa da, hazırkı günədək nə protokol, nə də heç bir sənəd istər Xuraman xanıma, istərsə də "xxxx" MMC-yə təqdim olunmamışdır. Ümumiyyətlə növbətçi xanım Abdullayeva Nigara X5 tərəfindən qərar təqdim olunandan sonra o, nə Mahir Qasımovu, nə də Şəmsi Oruclunu ümumiyyətlə görməmiş, onlarla heç bir ünsiyyəti belə olmamışdır. Azərbaycan Respublikası FHN DYNX-nin inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* saylı protokola əsasən 2-ci Ərazi Dövlət Yanğm Nəzarəti İdarəsinin DYNŞ-nin böyük inspektoru Mahir Qasımov, eləcə də həmin İdarənin inspektoru Şəmsi Oruclunun vəzifə səlahiyətlərindən sui-istifadə edərək onun məlumatı olmadan barəsində tərtib edilən əsassız, qanunsuz sənədlərin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2025ci il tarixli, 1171 saylı qərardan görünür ki, Şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 11/1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2025-ci il tarixli, KY252278552 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası FHN X3 Xidməti tərəfindən Şəxs məxsus obyektdə xx.xx.2025xx.xx.2025-ci il tarixlərində planlı (növbəti) yoxlamanın keçirilməsi barədə məlumat reyestrə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Yanğın-texniki müayinə Aktı”na əsasən Şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 11/1 ünvanında yerləşən təsərrüfat obyektində müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: obyektdə keçirilən yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov 11/1 ünvanında yerləşən Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birliyi Əmlak Hərrac Mərkəzi xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində fəaliyyət olmamış, həmin qurum öz fəaliyyətini dayandırmışdır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar vəzifəli şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2ci X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1196/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1196/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver