Məhkəmə qərarları › İş №3(006)-1197/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1197/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1197/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 mkr, ev 22A, məhəllə 3014, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 17.02.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, 17.02.2022-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs mülkiyyətində olan «Hyundai İX-35» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06.01.2022-ci il tarixdə saat 11:47-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş AP ******* saylı, 17.02.2022-ci il tarixli inzibati protokola xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin verilməsi haqqında bildirişin üzərində olan imza sahibi kimə məxsus olması müəyyən edilməmişdir. Belə ki, işçilər arasında Əhmədova və ya Əhmədli soyadlı şəxs yoxdur. Göndərilməli olan sorğunun üzərində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev 3mkr, ev 22A, məh3014 ünvanı qeyd edilmişdir, həmin ünvan hüquqi şəxsin əvvəlki ünvanıdır. 18.08.2020-ci il tarixdən etibarən şirkətin ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28D ünvanına dəyişdirilmişdir. Sənədin yanlış ünvana göndərilməsi səbəbindən bəlli olur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilməmişdir, inzibati xəta haqqında izahatı alınmamışdır və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etiraz vermək hüquqları kobud şəkildə məhrum edilmişdir. Qeyd olunanları nəzərə alaraq hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxsnə məxsus «Hyundai İX-35» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 06.01.2022-ci il tarixdə saat 11:47də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 15.01.2022-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan “Hüquqi şəxs olan işəgötürən barədə məlumatlar”dan görünür ki, cəmiyyətdə işləyən işçilərin siyahısında “Əhmədov” və ya “Əhmədli” soyadlı işçinin olması müəyyən edilmir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X4 tərəfindən Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 7nına göndərilmiş 06.01.2022-ci il tarixli sorğu məktubunun sonuncu tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmi qaydada alınması müəyyən edilməmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar