Məhkəmə qərarları › İş №3(006)-1199/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1199/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1199/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Kərpic, ev 14, mənzil 1, 2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs MMC-nin mülkiyyətində olan «MAN TGA 18.360» yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 08:41-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin hüquqi şəxsin nümayəndəsi etiraz ərizəsi ilə elektron poçt vasitəsilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməmişdir. Belə ki, Şəxs MMC-nin mülkiyyətində olan “MAN TGA 18360” yük markalı **-JR-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixində inzibati xətanın törədilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusu poçt vasitəsilə Şəxs MMC-yə rəsmi qaydada 23 yanvar 2023-cü il tarixində çatdırılmışdır. Həmin gün, yəni 23 yanvar 2023-cü il tarixində Şəxs MMC mülkiyyətində olan “MAN TGA 18360” yük markalı **-JR-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında sorğu ilə tələb olunan bütün məlumatları Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə sorğuya cavab məktubunu poçt vasitəsilə göndərmişdir və 23 yanvar 2023-cü il tarixində çatdırılmışdır. Həmin poçt vasitəsilə göndərilən sorğuya cavab məktubunu 23 yanvar 2023-cü il tarixində Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol X2 soyadlı əməkdaşı imzalayaraq qəbul etmişdir. Beləliklə, Etirazlarına əlavə etdikləri sənədlərlə sübut olunur ki, Şəxs MMC sorğu ilə tələb olunan bütün məlumatları Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə sorğuya cavab məktubu ilə qanunla nəzərdə tutulmuş müddətdə vaxtında poçt vasitəsilə göndərmişdir və bununla da qanunun tələblərinə tam əməl edərək AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməmişdir. Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin heç bir inzibati xəta tərkibinin əlamətlərini daşımır. Şəxs Azərbaycan Respublikası İXM ilə nəzərdə tutulmuş heç bir inzibati xəta hadisəsi törətməmiş, hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur və inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas və səbəb yoxdur. Bu səbəbdən hesab edirlər ki, Şəxs barəsində tərtib edilməmiş protokol ədalətsiz, əsassız, qanunsuzdur və inzibati xətalar qanunvericiliyinin prinsiplərinə zid olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxs MMC-yə məxsus «MAN TGA 18.360» yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 08:41-də İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan Şəxs MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda «MAN TGA 18.360» yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etdiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, «Şəxs MMC-nin mülkiyyətində olan «MAN TGA 18.360» yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 08:41-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar