Məhkəmə qərarları › İş №3(006)-12/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-12/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-12/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola əsasən Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, 01 saylı ünvanda yerləşən “Xəzri villaları” otel kompleksinin ərazisində ətraf mühitə atılan, axıdılan zərərli maddələrin hədləri yol verilə bilən normativlərdən artıq olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-12/2020 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(103)-569/2020 saylı qərarı ilə bu qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə inzibati xəta hadisəsinin törədildiyi yer - Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, 01 saylı ünvandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmənin gəldiyi nəticəyə əsasən həmin Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi yeri onun törədən şəxsin qeydiyyatda olduğu ünvan (hüquqi ünvanı) üzrə deyil, inzibati xəta hadisəsinin bilavasitə baş verdiyi yer hesab olunmalıdır. Belə olan isə hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Bu Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar